Səməd Seyidovun müsahibəsindən işğalla barışmaq qoxusu gəlir
Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu
Cənab S.Seyidovun müsahibəsindən işğalla barışmaq, təslimçilik qoxusu gəlir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun ermənilərin Şuşada təşkil etdiyi “andiçmə” şousuna münasibət bildirərkən dediyi fikrilərlə tanış oldum.
Cənab S. Seyidov deyir ki, ermənilər 300-400 il işləyiblər. Biz də səbirli olmalıyıq. Cənab S.Seyidovun bu müsahibəsində, bir neçə epizodu çıxsaq, ümumiyyətlə götürsək işğalla barışmaq, təslimçilik qoxusu gəlir. Ona görə də bu müsahibəni bütövlükdə uğursuz, zərərli hesab edirəm. O, unudur ki, müharibədə qələbəni yalnız silahla əldə etmirlər. Qələbədə təbliğatın, ruh yüksəkliyinin, qələbəyə inamın rolu heç də silahın rolundan az deyildir. Bu cür fikirlər söyləmək erməniləri işğalı davam etdirməyə ruhlandırır, onlar əmin olurlar ki, Azərbaycan müharibədən çəkinir.
Cənab S.Seyidov öz mövqeyini onunla əsaslandırmağa çalışır ki, Avropa Parlamentinin 11 may, 19 may 2020-ci il qərarları, Lavrovun Dağlıq Qarabağla bağlı məlum açıqlaması, BMT-nin Dağlıq Qarabağla bağlı 4 məlum qətnamələri, "DQR"-iheç bir dövlət tərəfindən tanınmaması və s. ermənilərə böyük təpki, zərbə, bizim isə diplomatik uğurumuzdur. "...İndi o zərbədən sonra bunlar istəyirlər bizi təxribata çəksinlər". Ermənilər deyirlər ki: “Gəlin bunları qıcıqlandıraq, bunların hissləri ilə oynayaq, təhqir edək, onda bunlar təhqirə emosional reaksiya verəcək, onda da biz dünyaya car çəkəcəyik...”. Bərəkallah cənab Seyidov! Bu nə cür yanaşmadır? Qoy ermənilər bizim torpaqlarımızın işğalını davam etdirsinlər, orada yeni-yeni yaşayış məskənləri salsınalr və orada məskunlaşsınlar, istirahət ocaqları, geniş, müasir yollar salsınlar, məktəblər, kilsələr tiksinlər, təbii sərvətlərimizi vəhşicəsinə istisamar etsinlər, tarixi-mədəni sərvətlərimizi yerlə yeksan etsinlər, talasınlar və ... bizləri ələ salsınlar? Biz isə susaq? Susaq ona görə ki, susmasaq dünya bizi qınayacaq?
Qələbədə diplomatiyanın, təbliğatın mühüm rol oynadığını qeyd edən cənab Prezident İ.Əliyev işğala qarşı mübarizədə hücum diplomatiyasına üstünlük verilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Ancaq əslində, başda Xarici İşlər Nazirliyinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyi olmaqla, bizim bəzi siyasətçilərimiz müdafiə mövqeyindədirlər. Kim bir dəfə də olsun eşidib ki, qeyd edilən qurumlar tərəfindən işğalla barışmayacğımızla bağlı birinci olaraq ermənilərə yönəlik hər hansı bir tutarlı bəyanatlar verilsin? Belə bəyanatlar verilib- ancaq ermənilərin müntəzəm davam edən təxribatlarına qarşı cavab olaraq, müdafiə mövqeyindən, yumşaq, dişsiz! Məgər bu cənablar indiyədək başa düşməyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqlara uyğun olaraq sülh yolu ilə həlli yoxdur, ermənilər və onların havadarları buna imkan vermək istəmirlər? Nə qədər özümüzü aldatmalıyıq və torpaqlarımızın hərb yolu ilə azad edilməsini tələb edən vətəndaşlarımızı niyə təxribatçılar adlandırmalıyıq? O başqa məsələdir ki, biz torpaqlarımızın hərb yolu ilə azad edilməsinə ciddi hazırlaşmalıyıq, hansı regionda yerləşdiyimizi, şimaldan, cənubdan kimlərlə həmsərhədd olduğumuzu, xristian birliyinin mövcudluğunu, onlrın erməniləri dəstəklədiklərini nəzərə almalıyıq. Bəli, Azərbaycan torpaqlarımızı işğaldan hərb yolu ilə azad etmək üçün yubanmadan (çox yubanmışıq, daha yubanmaq olmaz), ciddi hazırlaşmalıdır. Bunun yolu iqtidar-vətəndaş birliyindən, iqtisadiyyatı hərbiləşdirməkdən, peşəkar ordu yaratmaqdan, korrupsiyanın, rüşvətxorluğun kökünü kəsməkdən, dövlət idarəetmə mexanizmini təkmilləşdirməkdən, rəhbərliyin qohumbazlıqdan, rusca düşünüb azərbaycanca kələ-kötür danışanlardan azad olunmasından keçir!
26.05.2020
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- İcra məmurları belə geyinəcək (FOTO)
3 fevral 2026 13:54
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
