“Bəzi məqamlarda çoxarvadlılıq vacibdi”
Allahşükür Paşazdənin: “Əminəm ki, xalqımız gec-tez axtardığı yolu tapacaq”
Modern.az saytı jurnalist Səfurə Çərkəzqızının Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadədən illər öncə aldığı müsahibəni təqdim edir:
Qeyd edək ki, müəllifin “Sevdalılar” adlı kitabında yer alan bu müsahibə internet mediada ilk dəfədir yayınlanır.
***
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadəylə görüşüm onun doğum günü ərəfəsində baş tutdu. Olanlardan, ola biləcəklərdən, dindən, dindarlardan, hətta doğum gününü necə keçirəcəyindən də danışdıq...
- Şeyx həzrətləri, bura gələndə məscidin qapısında oturan dilənçi qadınları gördüm. Hara gedir bu millətin axırı? Hamı əl açıb dilənir...
- Bismillahir-Rəhmənir - Rəhim! Yaxşı olar ki, bu sualı dövlət qurumlarına, onun işçilərinə verəsiz. Bu məsələləri dövlət həll eləməlidi.
- Həmişə güzəran ağırlaşanda deyirlər, dinsizliyimizdən bu günə düşmüşük. Siz necə fikirləşirsiz?
- Bizim xalq heç vaxt dinsiz olmayıb. Bugünkü çətin vəziyyəti dinin üstünə yıxmaq lazım deyil.
- Bəs dinin dövlətə təsiri necədi?
- Azərbaycan dövlətinin Konstitusiyası, qanunu var. Biz də işimizi o çərçivədə görürük. Yəni həmin qanunda yazılmayıb ki, din dövlətə təsir eləməlidi. Dinin dövlətə köməyi o olmalıdı ki, məscidlərdə dini işlər aparsın. Şəriət kitablarını, “Quran”ı çap elətdirsin.
- Dinlə siyasət necə? Din xadiminin siyasətə müdaxiləsi düzgündür?
- Konstitusiyanı oxumusunuzsa, bayaq dediyim kimi, “Vicdan azadlığı” bəndində göstərilir ki, din dövlətdən ayrıdı. Heç bir siyasi işlərə qarışmır.
- Amma sizi ən çox siyasətə müdaxilənizlə suçlayırlar.
- Mən heç vaxt siyasətə qarışmamışam. Amma elə şeylər var ki, kənardan durub baxmaq olmur. Mən də bu ölkənin vətəndaşıyam. Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil. Onun işlərinə müdaxilə eləmək, dövlətçilik ideyasını yaymaq mənim də borcumdu.
-Onda gəlin indiki siyasi vəziyyəti sizin baxışınızla çözək.
- Yaşadıqlarımız bütün dövlətlərin həyatında olub. Bu dövrdə çətinliklər, laxlamalar baş verir. Amma axırda xalq öz doğru yolunu tapır. Camaata da bu dövrdə köməyi biz eləməliyik. Uzun müddət müstəmləkədə olduğumuz üçün azadlığa birdən-birə çatmaq çətindi. Bu gün bütün müsəlmanların qəlbində iman var, o vaxtsa bunu izhar eləmək mümkün deyildi. İndi məscidlər, mədrəsələr açıq-aşkar öz işiylə məşğuldu. Əminəm ki, xalqımız gec-tez axtardığı yolu tapacaq.
- Bununçün xalq kimə arxalanmalıdı? Lap belə deyək: müxalifətə, ya iqtidara?
- Allaha!
- Şeyx, deyirlər, siz türkçülüyə qarşı çıxırsız?
- Yalan söhbətdi, buna heç bir əsas yoxdu. Mən milli məsələlərə yox, dini işlərə baxıram. Milli məsələlər dövlətin işidi. Biz heç bir dini məzhəbi birləşdirmək fikrində deyilik. Amma bunların arasında dostluq yaratmaq borcumuzdu. O sözü deyən ancaq təxribat məqsədi güdür. Əslində, mənim istəyim odur ki, islamdan gələn keyfiyyətləri qoruyub saxlayaq. Heç bir dövlətin xüsusiyyətləri bizdən o keyfiyyəti almasın. Bizim öz modelimiz olmalıdı, ordan-burdan gələn yox. Əgər mənim bu mövqeyimi hər hansı millətin əleyhinə yönəldirlərsə, daha sözüm yoxdu.
- ...Bizdə həm çadraya bürünənlər var, həm də açıq-saçıq geyinənlər...
- Azərbaycan müsəlman dövləti yox, müsəlman ölkəsidi. Burda müxtəlif xalqlar yaşayır. Kim müsəlmançılığa əməl eləyirsə, başını örtməlidi. Bu, mənim sözüm deyil, Allahın, peyğəmbərin, şəriətin tələblərindən biridi. Kim istəmirsə, məcburiyyət yoxdu. Amma təbliğat bizim borcumuzdu.
- Son illər bizdə müxtəlif dinlərin təbliğatı gedir...
- Bir vaxtlar ateizmdən imtahan verib “5” alanda sevinirdik. Həmin nəsil beş-altı ilin içərisində dönüb müsəlman ola bilməz ki... Onların içərisində kök salmış ünsürlər həmin təbliğata tez uyur. Bir də ki Azərbaycanın coğrafi mövqeyi, onu əhatə edən dövlətlərin dünyadakı siyasi yeri buna təsiri göstərir. Həmin dövlətlər Azərbaycanın gələcəyini öz arzusuyla görmək istəyir. Hər birinin də öz maraqları var.
- Siz onlara qarşı hansı işləri görürsüz?
- Bizimki təbliğdi. “Vicdan azadlığı”nda var ki, xalqın ümumi etiqadına, ənənəsinə yad məzhəblərin, dinlərin yayılması qadağandı. Bu qanunu dövlət qəbul eləyib, o da cavabdehdi. Azərbaycanda hər hansı bir dini yayırlarsa, onun fəaliyyəti üçün şərait yaradan, viza verən, sərhəddən keçirən dövlət məmurlarıdı. Həmin dinlərin təbliği üçün nə qədər pul qoyulur. Özü də gələnlər xüsusi öyrədilmiş adamlardı. Onlar öz dövlətlərində məktəb keçiblər. Bizimsə qarşımızı qanunlarımızdakı qüsurlar, boşluqlar kəsir. Missionerləri cəzalandıracaq qanunumuz yoxdu. Bu məsələləri biz dəfələrlə qaldırmışıq. Milli Məclis xüsusi qərarlar çıxarmalıdı.
- Bizdə İran mədrəsələrinin, dini məktəblərin sayı artır. Sizcə, bu da İran dövlətinin gizli təbliği deyil?
- Elə hesab eləmirəm.
- O məktəblərin yerləşdiyi binaların üzərində ancaq İranın bayrağı asılır...
- Mənə qalsa, ümumiyyətlə, hər hansı binadan bayraq asılmasının əleyhinəyəm. Özümüzün bayrağı, ya başqasınınkı, fərqi yoxdu. Bu, o deməkdi ki, bu işi mən eləmişəm. Bir növü, elədiklərinə minnət qoymaqdı.
- Keçək başqa məsələyə...Şəriət məhərrəmlikdə baş yarmağa, qan çıxarmağa icazə vermir. Amma belə mərasimlər elə sizin məscidin həyətindəcə olur...
- Qan çıxarmaq müsəlmançılıqda günah sayılır. Biz dəfələrlə televiziyadan bu barədə çıxışlar eləmişik. O mərasimləri təşkil eləyənlərsə bizim mollalar deyil. Kənardan gələn camaatdı. Onlar elə bilir ki, zəncirlə özlərini döyməklə Allahın yanında günahlarını yuyurlar. Bir də ki onlar ancaq bir gün bura gəlirlər. Biz onlara necə deyək “gedin burdan!”?
- Sizcə, bu, camaat arasında dini təbliğatın zəifliyi deyil?
- Düzdü.
- Doğum gününüzü təmtəraqlı keçirmək fikriniz var?
- Yox, elə bir şey fikirləşməmişəm.
- Gəlin bir az da islamda qadının yeri barədə danışaq...
- İslamın qadınlara verdiyi hüquq, ixtiyar heç bir dində yoxdu. Allah-təala Quranda buyurur ki, qadınlar bəzi şeylərdə kişilərdən üstündü.
- İslamın qadına verdiyi o hüquqları müasir Azərbaycan qadını qoruya bilirmi?
- Yox.
- Niyə?
- Çünki cəmiyyət hələ o səviyyədə yetişməyib. Bununçün heç kəsi qınamaq olmaz. Hələ xeyli zaman gərəkdi. Bax, bilirəm ki, başınızdakı yaylığı bura gələndə örtmüsüz, eləmi?
- Doğrudu.
- Amma çox istəyərdim ki, həmişə belə örtünəsiz. Siz bu yaylığı Allaha görə yox, mənə görə bağlamısız. Nə vaxt bu işi Allaha görə eləsəz, deməli, azadlığınızı, hüquqlarınızı qoruya bilirsiz. Əgər daxili azadlığınız daxili hicabınız olsa, bu dediklərinizə çatmaq mümkündü. Qadına verilən ixtiyar Sovet dövründə onların əlindən alındı. Biz səkkiz il qabaq bunları qışqırıb deyirdik. Mən Azərbaycan qadınlarından o qədər də narazı deyiləm. Amma axır vaxtlar televiziyada, qəzetlərdə elə açıq-saçıq şeylər verirlər ki. Siz elə bilməyin ki, mən fanatikəm. Amma əgər mən ailəmlə oturub hansısa filmə baxa bilmirəmsə, bu, biabırçılıqdı.
- İslamın verdiyi azadlığı Azərbaycan qadını tarixin daha hansı dövründə yaşayıb?
- Mən Sovet dövründə yaşamışam. Əvvəlki dövrləri də ancaq kitablardan oxumuşam. Hər halda, qadınların hüquqları Sovet dövründə daha çox tapdanıb.
- Sizcə, qadınlarımız o azadlığa çatacaq?
- İnşallah! Bu, sizdən, dinə yanaşmağınızdan asılıdı. Əgər addımınızı şeytana yox, Allaha görə atırsınızsa, gec-tez o zirvəyə çatmalısız.
- Milli Məclis çoxarvadlılıqla bağlı bir ara səs-küy qopardı. Amma qərar qəbul olunmadı...
- Çoxarvadlılıq Allahın “Quran”da buyurduğu qanundu. Şəriətdə dörd arvada qədər evlənmək olar. Amma çoxlu şərtləri var. Gərək arvadların hamısına ədalətli olasan. Eyni cür sevəsən, mənəvi-maddi, şəhvani tələblərini bərabər ödəyəsən. İkincisi, şəriətə görə birinci arvadın uşağı olmursa, ya keçici xəstəliyi varsa, kişi ondan icazəsiz ikinci arvad ala bilər. Əgər bu səbəblər yoxdusa, ikinci arvad almaq üçün mütləq birincinin icazəsi olmalıdı. Üçüncünü almaq üçünsə hər iki qadının icazəsi lazımdı. Dördüncü də elə. Hanı indi belə kişi? Şəriətə görə bəzi məqamlarda çoxarvadlılıq vacibdi. Müharibələr zamanı nəsil artımı üçün...
- Bəs şəriətə görə Şeyxin neçə arvadı olmalıdı?
- “Quran”da nə yazılıbsa, o, şeyxə də aiddir. Amma şeyxinizin bir arvadı var. İkincisinə, üçüncüsünə də ehtiyac duymuram.
1999-cu il
- COP29: Bakıda 70 min nəfərlik tədbir
3 may 2024 18:53
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Mayın ilk gününün havası
30 aprel 2024 13:17
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Rubensin 400 illik şah əsərindəki qırmızı tutuquşunun sirri açıldı (FOTO)
11 aprel 2024 23:53
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56