Balıq tutarkən Buş Əliyevdən kimləri soruşub? (STENOQRAM)
20 il əvvəl, 2000-ci ilin sentyabrında Azərbaycan prezidenti Heydər Əliyevlə ABŞ-ın eks–prezidenti, ata Corc Buş arasında maraqlı görüş olub. Qeyri–rəsmi keçirilən bu görüş zamanı Corc Buş Heydər Əliyevi öz rançosuna aparıb və orada şam yeməyi verib.
Azpost.info üstündən 20 il ötmüş bu səfəri yenidən xatırladaraq oxuculara təqdim edir. Bu görüş bir zamanlar iki süper dövlətin – SSRİ və ABŞ-ın rəhbərliyində olmuş siyasətçilərin təmasları baxımından maraqlıdır. Edilən söhbətlərdəki notlar, mesajlar və replikalar bunu bir daha göstərir…
Qeyd edək ki, Azərbaycan Respublikasının o zamankı prezidenti Heydər Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun dəvəti ilə sentyabrın 9-da Nyu-Yorkdan Portlend şəhərinə yola düşərək oradan avtomobil karvanının müşayiəti ilə Kennibunkport şəhərinə gəlib. Corc Buş Heydər Əliyevin görüşünə gələrək onu böyük hörmət və mehribanlıqla qarşılayıb.
Bundan sonra onların arasında belə bir dialoq olub:
C o r c B u ş: Cənab Prezident, Sizinlə görüşməyi özüm üçün şərəf hesab edirəm.
H e y d ə r Ə l i y e v: çox məmnunam.
C o r c B u ş: çox məmnunam ki, dəvətimi qəbul edib mənim görüşümə gəlmisiniz.
H e y d ə r Ə l i y e v: Mən Sizinlə görüşməyimdən çox şadam.
C o r c B u ş: Cənab Prezident, Men ştatına xoş gəlmisiniz.
H e y d ə r Ə l i y e v: çox sağ olun.
C o r c B u ş: Cənab Prezident, mənim şəxsi katerimə buyurun. Biz bununla gedəcəyik. Bu çox sürətli katerdir.
Bundan sonar prezident Heydər Əliyev və Corc Buş katerlə malikanəyə yola düşüblər. İki dövlət xadimi XXI əsrin astanasında gələcək qarşılıqlı münasibətlərin və bərabərhüquqlu əməkdaşlığın prinsiplərinə dair məhz bu gün ətraflı fikir mübadiləsi aparacaqdılar.
…Ali qonağı gətirən kater malikanəyə yan alır. C.Buş prezident Heydər Əliyevi yaşadığı evlə tanış edir, hər gün balıq tutduğunu bildirir.
C o r c B u ş: Görürsünüz, burada çoxlu balıqlar var. Mən indi onlardan birini tutmağa çalışacağam. Baxın, xırda balıqlar suda atılıb-düşürlər. Bu o deməkdir ki, böyük balıqlar kiçiklərin dalınca düşüblər, onlar da yaxalarını qurtarmaq istəyirlər. Deyəsən, birinci dəfə bir şey alınmadı. İndi tilovu yenə atıram, yəqin bu dəfə bir şey alınacaq. Burada gecələr çox gözəl olur. Cənab Prezident, indi Azərbaycanda havalar necədir?
H e y d ə r Ə l i y e v: Azərbaycanda indi havalar hələ istidir.
C o r c B u ş: Cənab Prezident, bizim balıq tutmaq «layihəmiz» alınmadı. Mənim oğlum, Amerika Birləşmiş Ştatları prezidentliyinə indiki namizəd Corc və digər oğlum Nil – hər ikisi Texasda yaşayırlar. Cənab Prezident, Siz özünüzlə bərabər bizə çox gözəl, günəşli bir gün də gətirmisiniz. Hörmətli Prezident, bizim bu görüşümüzdə Amerika tərəfdən milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft da iştirak edəcəkdir. Səhv etmirəmsə, o, dünən gecə sizinlə görüşübdür.
H e y d ə r Ə l i y e v: Bəli, biz dünən görüşmüşük. O, Azərbaycana da gəlmişdi.
C o r c B u ş: ABŞ-ın sabiq dövlət katibi Lari İqlberger də bu gün bizimlə bir yerdədir.
H e y d ə r Ə l i y e v: Bəli, o da bizim dostumuzdur.
C o r c B u ş: Cənab Prezident, mənim bacım da bizim görüşümüzdə iştirak edəcəkdir.
H e y d ə r Ə l i y e v: çox gözəl.
C o r c B u ş: Xanım Ales Bostonda yaşayır. Gördüyünüz bu yerdə ev var idi. Ailə üzvlərimizdən biri yüksək vergiləri ödəmək istəmədiyinə görə, evi söküb burada hovuz düzəltdik.
H e y d ə r Ə l i y e v: Sizin malikanənin üstündə Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət bayraqları dalğalanır. Mən bundan çox böyük qürur duyuram.
C o r c B u ş: Cənab Prezident, mən Sizə onu da söyləyim ki, 1920-ci ildə atamla anam evlənəndə bu evi onlara toy hədiyyəsi kimi bağışlamışdılar. Babam bu evi mənim anama, yəni öz qızına vermişdi. Biz hamımız bu evdə böyümüşük. Bu evin yuxarı mərtəbəsində bir otaq var, orada yeddi ədəd çarpayı qoymuşuq. Nəvələrim çoxalanda çarpayıların da sayını artıracağıq.
Cənab Prezident, indi biz Sizinlə otağa keçəcəyik. Əvvəlcə söhbət edəcəyik, gecə isə şam edəcəyik.
H e y d ə r Ə l i y e v: Necə məsləhət bilirsinizsə, elə edək.
C o r c B u ş: Cənab Prezident, bu bizim qeyri-rəsmi görüşümüzdür.
H e y d ə r Ə l i y e v: Elədir.
C o r c B u ş: Yəni mən hökumətdə işləmirəm, bu barədə hesabat da yazmıram. Cənab Prezident, bu dəvətimi qəbul edib, evimdə məni ziyarət etməyinizi özüm üçün ən böyük şərəf sayıram. Siz Nyu-Yorkdan xüsusi olaraq buraya gəlmisiniz, sonra Vaşinqtona gedəcəksiniz. Yenə deyirəm ki, buraya gəlməyinizi mənə göstərdiyiniz böyük şərəf kimi dəyərləndirirəm. Ona görə də Sizə çox böyük təşəkkürümü bildiri
rəm.
H e y d ə r Ə l i y e v: Cənab Corc Buş, mən də bu imkandan istifadə edib, çox böyük təşəkkürümü bildirmək istəyirəm ki, Siz məni öz şəxsi evinizə dəvət etmisiniz. Siz Amerika Birləşmiş Ştatlarının ən dəyərli, ən hörmətli və tarixdə böyük hadisələrlə mühüm yer tutmuş prezidenti olmusunuz. Sizin vitse-prezident, prezident olduğunuz, ondan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etdiyiniz, ondan da qabaq Çində işlədiyiniz vaxt mənim yaxşı yadımdadır. O vaxtlar mən Sovetlər İttifaqının rəhbərlərindən biri idim, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü idim. Biz Amerikada kimin kim olduğunu həmişə izləyirdik. Corc Buş həm vitse-prezident, həm Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, həm də prezident kimi həmişə məşhur olmuşdur. Ona görə də o vaxtlar Sizin şəxsiyyətinizə çox böyük maraq var idi. Həmin dövrdə mən Sizinlə görüşə bilməmişdim. Amma indi çox məmnunam ki, Sizinlə görüşürəm. Mən bir daha Sizə təşəkkür edirəm ki, zəhmət çəkib məni öz evinizə dəvət etmisiniz. Əgər siz məni Ağ Evə dəvət etsəydiniz, mən bugünkü görüşümüzü ondan qiymətli hesab edərdim.
C o r c B u ş: Doğrudur, bugünkü görüş qeyri-rəsmi bir görüşdür.
H e y d ə r Ə l i y e v: Cənab Buş, mən Sizi şəxsi qonağım kimi Azərbaycana dəvət edirəm. Cənab İqlberger, cənab Skoukroft mənim qonağım olublar. Ancaq Azərbaycanda az bir müddətdə qalıblar. Mən xahiş edirəm ki, onlar yenə də Bakıya gəlsinlər. Cənab Corc Buş, mən Sizi xanımınızla, nəvələrinizlə birgə Azərbaycana dəvət edirəm.
C o r c B u ş: Neçəsini gətirə bilərəm? Mənim 14 nəvəm vardır.
H e y d ə r Ə l i y e v: Siz nəvənizin 14-nü də Azərbaycana gətirə bilərsiniz.
C o r c B u ş: Nəvələrimdən birini gətirə bilərəm.
H e y d ə r Ə l i y e v: Mənim 6 nəvəm vardır. Sizin isə 14 nəvəniz var. Hamısını Azərbaycana gətirin.
C o r c B u ş: Yox-yox, nəvələrimdən birini Azərbaycana gətirə bilərəm. Həqiqətən, özümə böyük şərəf hesab edərəm ki, bir gün Azərbaycana gəlim.
H e y d ə r Ə l i y e v: Bəli, bu Sizin üçün çox maraqlı olacaqdır. Siz bununla mənə də, Azərbaycan xalqına da böyük şərəf vermiş olarsınız. Siz bu yaxın vaxtlarda Türkiyədə oldunuz. Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl mənim şəxsi dostumdur. Siz Türkiyədə səfərdə olanda o mənə telefon etdi, görüşləriniz və bir yerdə mühazirə oxumağınız barədə söhbət açdı. Sizin oraya səfəriniz Türkiyə üçün böyük bir hadisə oldu. O vaxt mən düşündüm ki, bu, Azərbaycana nə vaxt nəsib olacaqdır.
H e y d ə r Ə l i y e v: Süleyman Dəmirəl mənim çox böyük dostumdur. Mən Dəmirəl ilə 32 il bundan əvvəl tanış olmuşam. O çox böyük şəxsiyyətdir, mənim də yaxın dostumdur.
C o r c B u ş: Bilmirsiniz, Süleyman Dəmirəl indi nə işlə məşğul olacaqdır?
H e y d ə r Ə l i y e v: Mən onunla tez-tez telefonla danışıram. Onun yanına çox adam gedir. Amma güman edirəm ki, o, siyasətdən uzaqlaşmayacaqdır.
C o r c B u ş: Mən də Sizinlə razıyam. Mənə belə gəlir ki, o, partiya siyasətinə qoşulacaqdır.
H e y d ə r Ə l i y e v: Mən də belə düşünürəm. çünki o, ömrü boyu siyasətlə məşğul olub, indi siyasətsiz yaşaya bilməz.
C o r c B u ş: Mənə belə gəlir ki, Siz doğru deyirsiniz. Cənab Prezident, Siz Türkiyənin keçmiş prezidenti Turqut özalı yaxşı tanıyırdınızmı?
H e y d ə r Ə l i y e v: Bəli, Turqut özal mənim yaxşı dostum idi. Onun vəfatı məni çox sarsıtdı. Mən Türkiyəyə getdim, onun dəfnində iştirak etdim.
C o r c B u ş: Siz çox yaxşı iş görmüsünüz.
H e y d ə r Ə l i y e v: Turqut özal Türkiyənin iqtisadiyyatını qaldırmaq üçün çox işlər gördü.
C o r c B u ş: Biz onu da çox sevirdik. Cənab Prezident, buyurun, evə keçək.
* * *
Daha sonra Azərbaycan prezidenti Heydər Əliyev ilə ABŞ-ın keçmiş prezidenti Corc Buş arasında görüş olub. Görüşdə Amerikanın sabiq dövlət katibi Lari İqlberger, milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft iştirak ediblər.
Görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşdən şərəf duyduğunu söyləyən cənab Buş Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlara, respublikamız üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində görülən işlərə böyük maraq göstərib.
Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən prezident Heydər Əliyev bu görüşdə Amerikanın görkəmli siyasi xadimləri cənab İqlbergerin və general Skoukroftun iştirak etmələrindən çox məmnun qaldığını nəzərə çatdırıb. Azərbaycanda aparılan demokratik islahatlar nəticəsində əldə edilmiş uğurlardan, siyasi plüralizmin, söz azadlığının bərqərar olmasından bəhs edən respublikamızın rəhbəri qarşıdakı parlament seçkilərinin ölkəmizdə demokratiyanın inkişafında yeni mərhələ yaradacağına əmin olduğunu bildirib.
Prezident Heydər Əliyev ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqların gedişindən söhbət açıb, bu münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin, böyük dövlətlərin, xüsusən Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın səylərinin artırılmasına ehtiyac duyulduğunu bildirib.
Görüşdə Azərbaycan–Amerika münasibətlərinin daha da sıxlaşdırılması, bölgədə vəziyyət və bir sıra digər məsələlər barədə fikir mü badiləsi aparılıb. Prezident Heydər Əliyev cənab Corc Buşu bir daha Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
ABŞ-ın 41 -ci prezidenti olmuş Corc Buş 2018-ci ildə vəfat edib.
- Həkim ağ xalatda olmalıdır, xəstə məni dikdabanda görə bilməz - Videomüsahibə
7 may 2026 11:55
- Qonaq balıq kimidir - üç gündən sonra iyi gəlir
4 may 2026 13:32
- İlham Əliyevdən həmin hücumla bağlı paylaşım - Məni dərindən sarsıtdı
26 aprel 2026 11:28
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 2026 15:44
- Əbilixoz Qarayevin Rusiyada balıq biznesi - 103 MİLYON ...
22 aprel 2026 00:00
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanım Sadıxova haqqında…
16 aprel 2026 11:59
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 2026 13:21
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 2026 18:51
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
