Səfər Əbiyevin seolit biznesi, 17 bank hesabı və .. (FAKTLAR)
İqtisadiyyat11 iyun 2020 23:12

Bu yaxınlarda KİV-lərdə və sosial şəbəkələrdə sabiq Müdafiə Naziri Səfər Əbiyev haqqında bir sıra məqalələr dərc olunmuşdu. Məqalələrin əksəriyyətində onun etdiyi qanunsuzluqlar barədə yazılırdı. Lakin çox təəccüblüdür ki, hələ də bəzi xəbər saytları utanmadan onun gördüyü müsbət işlərdən də bəhs etmişdi.
Yaxın keçmişə baxdıqda və Səfər Əbiyev dedikdə Azərbaycan dağları yadıma düşür. O dağlar ki, keçmiş müdafiə nazirinin dövründə Tovuz rayonundakı nəhəng seolit yatağından hər il əldə edilən milyonlarla dollarlar ağla gəlir. Bu dağların talanmasında ona yaxın olan adam Elçin Xəlilovu deməsək, bəlkə də günah olar.
Bir zamanlar Elçin Xəlilov Azərbaycanın seysmoloji vəziyyəti barədə utopik açıqlamalar verir, Müdafiə Nazirliyində bütün qapılar onun üzünə taybatay açılırdı.

Elçin XƏLİLOV
Çox qısa məlumat verim ki, seolit təbii mineraldır və onu tibb sahəsində, kənd təsərrüfatında, su təsərrüfatında, neft-qaz, parfüm sənayelərində istifadə edirlər.
Dünyada seolitdən geniş istifadə edən ölkələr sırasında ilk yerdə ABŞ, sonrakı yerdə Yaponiya gəlir. Yaponlar süni, amerikalılar isə təbii mineraldan istifadə edirlər. Bəs necə ola bilər ki, ölkənin müdafiəsini təmin etmək yerinə Səfər Əbiyev təbii minerallara göz dikməyə başlamışdı?
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yerləşən Ağdağ seolit yatağı uzun illər Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun nəzarətində olub.
1993-cü ilin ortalarında Azərbaycanda seolit yatağının işlənməsi məsələsi gündəmə gəlməyə başlamış, o dövrdə geoloq kimi çalışan Elçin Xəlilovun səyi nəticəsində Yerli Sənaye Nazirliyinin Tovuz İstehsalat Kombinatının bazası əsasında "Azərseolit” elmi-sənaye birliyi yaranmışdı.

Seolit yatağı
Təsisçilərdən biri Geologiya Komitəsinin sədri Əkrəm Şəkinski, digəri isə "İntergeo-Tetis” şirkətinin prezidenti E.Xəlilov olub. Sonradan bu yataq S.Əbiyevin təzyiqi ilə Müdafiə Nazirliyinin balansı keçirilmişdi. Azərbaycanda çıxarılan seoliti almaq istəyən xarici və yerli biznesmenlər isə Elçin Xəlilova, daha doğrusu, onun rəhbəri olduğu "İntergeo-Tetis” şirkətinə müraciət etmişlər.

"İntergeo-Tetis” şirkəti
Tovuz rayonunda çıxarılan təbii seolitin tonu keyfiyyətindən asılı olaraq elə yerindəcə 130-250 manata satılaraq ölkədən çıxarılmış, pul dövriyyəsinin izlənməməsi üçün isə offşor hesablar vasitəsi ilə yuyulmuşdu.
2013-cü ildə Səfər Əbiyev vəzifədə ikən "Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri, hərbi ekspert Yaşar Cəfərli keçmiş nazirin 65 milyonluq bank hesabı ilə bağlı məlumat yaymış, onun Macarıstan Respublikasının "OTR” Bankı tərəfindən 65 milyon avroluq bank hesabını dondurduğu haqda məlumatların araşdırılmasını istəmişdi. Bundan başqa hərbi ekspert 2013-cü il ərzində seolit satışından və digər mənbələrdən əldə olunan vəsaitlərin S.Əbiyevin Avropa ölkələrindəki bank hesablarına köçürüldüyünü bildirmişdi.

Yaşar Cəfərli
Ekspert qeyd etmişdi ki, S.Əbiyevin Almaniyada, Avstriyada, İspaniyada, İsveçdə və İsveçrədə bank hesabları var, habelə ayrı-ayrı şəxslərin adına ümumilikdə Avropada 17 bank hesabının olduğunu qeyd etmişdi. E.Xəlilovun o dönəmdə S.Əbiyevin bank məsələləri üzrə meneceri kimi fəaliyyət göstərdiyi isə hamıya məlum idi. Onun üçün E.Xəlilov Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi olaraq həbs olunmuş, daha sonra isə öz ağasının köməkliyi ilə ev dustaqlığına çıxmışdı.
Sözsüz ki, qanunsuz pullarla imperiya quran keçmiş müdafiə naziri bu bacarıqları ilə özünü hamıdan üstün hesab edirdi. Elə bu səbəbdəndir ki, ordunun idarəedilməsində S.Əbiyev "Mən anadangəlmə hamıdan ağıllıyam” prinsipi üzərində qurmuşdu. Tabeçilikdə olan general və zabitlərin, elmi işçilərin və ictimaiyyət nümayəndələrinin irəli sürdüyü istənilən yeniliyə qarşı qısqanc konservatizm reaksiyası mühütü fornalaşdırmış, Müdafiə Nazirliyində hökm sürən bu hakim vəziyyət zəncirvari şəkildə tabelikdə olan birləşmə, birlik, müəssisə və təşkilatlara da sirayət etmişdi. Bütün bunlar isə itirilən fürsətlər, gecikdirilən islahatlar, çoxsaylı insan itkiləri ilə nəticələnmişdi. Keçmiş nazirin qara əməlləri, bir çox yüksək rütbəli zabitləri məhv etməsi və onları didərgin salması barədə qeyd etmək istəmirəm.
Onun üçün ayrıca bir zaman, ayrıca bir mövzu lazımdı.
Oxşar xəbərlər
- Pezeşkian Xankəndiyə GƏLDİ
4 iyul 2025 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
4 iyul 2025 10:00
- Ərdoğan sabah Xankəndiyə gələcək
3 iyul 2025 14:14
- Japarov da Xankəndiyə gəlir
3 iyul 2025 10:18
- Azərbaycan güləşçisi Avropa çempionu olub
3 iyul 2025 00:46
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 13:52
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
1 iyul 2025 23:27
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
1 iyul 2025 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 2025 23:59
Xəbər lenti
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
Video & Fotoqalereya
Video
Fotoqalereya