Azad Xan Xoyski: “Sibirdə yeri qazıb altında qalmışıq”
Cəmiyyət13 iyun 2020 09:03

Azad Xan Xoyski Fətəli Xan Xoyskinin qardaşı Cahangir xanın nəticəsidir.
O, Xoyski nəslini davam etdirən azsaylı şəxslərdən biridir. Hazırda Gəncədə yaşayır.
Azad bəy 1948-ci ildə Gəncə şəhərində anadan olub.

1973-cü ildə Aqrar Universitetin mexanizasiya fakültəsini bitirib, daha sonra kənd sovxozunda və 2001-ci ilə qədər Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi çalışıb.
Hazırda Azad bəy Gəncədə tək yaşayır, 2 övlad sahibidir.
Azad Xan Xoyski Toplum Tv-yə Xoyskilərin həyat hekayəsindən danışıb.
"Babam Əmiraslan xan 1914-1918-ci ilə qədər ilk Müstəqil Azərbaycan dövlətini yaratmaq üçün danışıqlar aparırdı”

Azad Xan Xoyski bildirib ki, onun babası Əmiraslan xan da Azərbaycanın müstəqilliyi üçün çalışıb: "Əmiraslan xan 1914-1918-ci illərdə müstəqillik əldə etmək uğrunda bir neçə cəhd etməsinə baxmayaraq bu plan baş tutmur. Hazırda bunların səbəbləri tam aydın olmasa da, bu cəhdlərdən ən önəmlisi Əmiraslan xanın 200 nəfər gəncdən ibarət könüllü qoşun yaratması qeyd olunur. Lakin, digər cəhdlər kimi bu da uğursuz alınır. Bu məsələdən sonra artıq o, Gəncədə qala bilməyəcəyini başa düşür. İlk olaraq Gürcüstana, oradan da Türkiyəyə qaçmalı olur. 1918-ci ilə qədər Türkiyədə yaşayır. Nəhayət, cümhuriyyətin elanından sonra artıq, doğma şəhərinə, Gəncəyə qayıda bilir.
"AXC dövründə Əmiraslan xan Gəncənin qubernatoru olub”

O bildirir ki, babasını Gəncə şəhərinin General Qubernatoru vəzifəsinə təyin ediblər: "Gəncədə 3 ay fəaliyyət göstərdikdən sonra, Bakıya köçür və Bakı Qubernatorunun baş müavini olaraq işləməyə başlayır. 1919-cu ilə qədər də burada fəaliyyət göstərdikdən sonra, Qazax Quberniyasının Generalı, 1920-ci ildə isə Qubanın General Qubernatoru vəzifələrində fəaliyyət göstərir. Qızıl Ordu sərhəddi keçdiyi zaman Əmiraslan xan, Gəncə üsyanında fəal iştirak edir. Üsyan yatırıldıqdan sonra isə təkrar Türkiyəyə qaçmalı olur”.
"Bəzən aclıqdan dilənçilik etməyə məcbur olublar”

Deyir ki, Əmiraslan xan Xoyski ölkədən getməsinə baxmayaraq, ailəsi və övladları Gəncədə qalır. Müsahibimiz həmin dövrləri bu cür izah edir: "Uzun müddət səfalət içərisində yaşamalı olurlar. Anası və babasının ölümündən sonra vəziyyət daha da pisləşir, kimsəsiz qalırlar. Atam Cəfər və bibim Bilqeys bu yaşananlardan sonra məktəb dövrlərini acınacaqlı keçirirlər. Bəzən aclıqdan dilənçilik etməyə məcbur olublar. Onlar məcburən ata adlarını Cahangir və soyadlarını Cahangirli olaraq dəyişməyə məcbur olublar”.
"Soyuqda ölməmək üçün yeri qazıb altında yaşamışıq”

"Uzun müddət bu cür davam edən həyatdan sonra, atam Cəfər Şərəf Nişanı Ordeni ilə təltif olunan ilk şəxs olur. Lakin bu çox uzun çəkmir. 1940-cı ildə hər şey açığa çıxır və bizim Xosyki nəslindən olduğumuz aydın olur. Bundan sonra bibimi Qazaxstana, bizi – atam, anam, qardaşım, bacım və məni – isə Sibirin Tomsk vilayətinə sürgünə göndərdilər. O vaxt mən 9 aylıq idim. Anamın dediyinə görə, Sibirdə yeri qazıb, yerin altında qalmışıq. Nəhayət, 1956-cı ildə Stalinin ölümündən sonra ölkəmizə qayıda bilmişik”.

Toplum TV
Oxşar xəbərlər
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
5 iyul 2025 00:58
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
3 iyul 2025 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
3 iyul 2025 02:16
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
2 iyul 2025 22:45
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
3 iyul 2025 13:00
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
2 iyul 2025 19:04
- Azərbaycan Polisi 107 yaşında!
2 iyul 2025 10:30
Xəbər lenti
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
Video & Fotoqalereya
Video
Fotoqalereya