“Türklərin gözündə Elçibəyin ən böyük günahı hökumətini müdafiə etmək lazım gəldikdə geri çəkilməsi idi...”
Region15 iyun 2020 18:19

“Türklərin gözündə Elçibəyin ən böyük günahı hökumətini müdafiə etmək lazım gəldikdə geri çəkilməsi idi...”
"Dəmirəl təcili olaraq Naxçıvana zəng etdi və öz köhnə dostu Heydərdən xahiş etdi ki, Bakıya qayıtsın və nə qədər ki, gec deyil, Surətin hərc-mərcliyinə son qoysun...”
Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi arayarkən gözümə yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın siqnal nüsxəsi sataşdı. Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı 2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında keçirilib. 1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən 0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...

Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik...
Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki, Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün maraqlı olar.
"Heydər Əliyev Elçibəyin prezident təyyarəsinə minməkdənsə, hava limanının beton meydançasında qalmağı üstün tutdu..."

(Əvvəli burada:https://www.moderator.az/news/329904.html )
Heydər Əliyev evə qayıdır...
Qiyamçıların paytaxta yürüşü, ordusunun ona naxələf çıxması və ermənilərin bütün bunlardan istifadə etməsi Prezident Elçibəyi ekstremal tədbirlər görməyə çağıran ekstremal vəziyyətlə üz-üzə qoydu. Odur ki, o, böyük təcrübəsi olan adama müraciət etdi və ondan xahiş etdi ki, illər uzunu məruz qaldığı özünütəcridə son qoysun və paytaxta qayıdıb ölkəni böhrandan çıxarmaq üçün tədbir görsün...
Əslində Elçibəyin özü yox, türklər istəyirdilər ki, Əliyev özünütəcridə son qoysun və Bakıya qayıtsın. Heydər Əliyevi dövlətin batmaq üzrə olan gəmisinə dəvət etməyə Elçibəyə xüsusilə təzyiq göstərən Türkiyənin yeni Prezidenti (və köhnə siyasi xadim) Süleyman Dəmirəl idi...
Açığını desəm, rəsmi Ankarada Dəmirəl və bir çox başqaları Elçibəylə özlərini öz evlərindəki kimi hiss etmirdilər. Bunun səbəblərindən biri onun özünəməxsus davranışı idi. Bunu onun çox içməyi ilə əlaqələndirən söz-söhbətlər gəzirdi...
(Ardınca Amerika jurnalisti Tomas Qolts mərhum eks-prezident Əbülfəz Elçibəyin o vaxt Gəncə səfərindən sonra el arasında yayılmış məşhur “Tamara” söhbətini xatırladır. Etika xatirinə biz bunun təfərrüatını yazmırıq. Müəllif isə bu əhvalatı təsvir etdikdən sonra mötərizədə belə bir qeyd edir:
“Ola bilər ki, Tamara hekayəti Surətin adamlarının düzüb-qoşduğu təbliğat nağıllarından idi. Lakin Gəncə camaatı arasında xeyli söz-söhbət oldu – onlar buna inanırdılar”...-S.L.)
Türklərin gözündə Elçibəyin ən böyük günahı hökumətini müdafiə etmək lazım gəldikdə onun geri çəkilməsi idi. Bu, hökumət, hər halda demək olar ki, Ankaranın rejimi idi – onun süqutu Türkiyənin Qafqazın və Orta Asiyanın iqtisadiyyatına inteqrasiya etmək xəyalından əl çəkməsi demək idi...

Beləliklə, Ankara alternativ siyasi lider axtramağa başladı. Elə həmin bu məqamda Heydər Əliyev hakimiyyətə gəldi...
Türklər üçün Heydər Əliyev Əbülfəzin olmadığı hər şey, siyasətə yeni girişənlər üçün isə o, sağlam düşüncəli bir insan idi. O, siqaret çəkmirdi və dilinə çaydan acı heç nə vurmurdu. Nə vaxtsa yol verdiyi hamıya məlum günahı artıq arxada qalmışdı...
Ən əhəmiyyətlisi o idi ki, Heydər Əliyev hakimiyyət nə olduğunu başa düşürdü. Onun Sovet üslublu təşkilatçılıq və idarəetmə sahəsində çox böyük təcrübəsi vardı...
Beləliklə, Dəmirəl təcili olaraq Naxçıvana zəng etdi və öz köhnə dostu Heydərdən xahiş etdi ki, Bakıya qayıtsın və nə qədər ki, gec deyil, Surətin hərc-mərcliyinə son qoysun. O, söz atdı ki, ölkənin gündəlik işlərində sahman yaratmağa başlayın; Elçibəyin nə hakimiyyəti var, nə də nəyəsə təsir edə biləcək imkanı...
Buna baxmayaraq Heydər Əliyevin Elçibəy və onun dağılmaqda olan rejimi ilə əlaqədə olmaq istəyi yox idi. O, ən azı, 3 dəfə bu şərəfə nail olmaq imkanını rədd etdi. 1993-cü ilin fevralında ona Baş nazir vəzifəsi təklif olundu və Heydər Əliyev bu təklifdən “demokratik prinsiplər əsasında” imtina etdi. Aprelin sonunda Turqut Özalın dəfni zamanı həmin məsələ yenidən böyük aktual problemə çevrildi. Bu dəfə Heydər Əliyev Elçibəyin prezident təyyarəsinə minməkdənsə, hava limanının beton meydançasında qalmağı üstün tutdu...

Lakin türklər çox inadkar idilər. 1993-cü il aprelin 26-26-da iş belə gətirdi ki, Dəmirəl Əliyevi böyük amal uğrunda öz qürurundan keçərək Bakıya gedib Əbülfəzə yardım əlini uzatmağa, nəhayət, razı sala bildi. Təfərrüatları dumanlı olsa da, lakin bir şey fakt olaraq qalmaqdadır:
Türkiyə səfirliyindən Mehmet Əli Bayarı təcili zənglə oyatdılar və “QAP”-ın(Baş nazirin təyyarəsininn adıdır) yerə enə bilməsi üçün hüquqi məsələləri həll etməklə əlaqədar ona təlimat verdilər. Yəni Dəmirəl gecənin yarısında Bakıya gəlirdi? Bayara tapşırmışdılar ki, heç nə soruşmasın və yalnız yerə enmə üçün icazə məsələləri ilə məşğul olsun: Nəhayət, Heydər Əliyev yolda idi...
Bayar lazım olan icazələri aldı və gözləməyə başladı. Lakin təyyarə ən son məqamda Azərbaycan hava hüdudlarına girmədən istiqaməti dəyişib Qarsda yerə endi. Uçuşun ləğvinin texniki probelmlərlə heç bir əlaqəsi yox idi: Qars Türkiyənin Naxçıvana ən yaxın hava limanı idi. Nəhayət, Bakıya qayıtmaq üçün Türkiyənin dəvətini qəbul etmiş Ulu İnsan ən son məqamda fikrini dəyişərək təyyarəni evə sürdürməyi qərara almışdı...
“Mən nə edə bilərəm? O, dəlidir!”- deyilənə görə, Heydər Əliyev Surət üçün Dəmirələ belə demişdi..."

Sonra iyunun əvvəllərində Dəmirəl öz köhnə dostunu yenidən çağırdı. Amma bu dəfə məsələ daha təcili və səbəb daha spesifik idi: Surət Hüseynov Bakıya qoşun yeritməkdə və Elçibəyin hökuməti isə dağılmaqda idi. Təxirə salmaq və vaxtı boş yerə itirmək olmaz – və sən Heydər yeganə adamsan ki, milləti bu vəziyyətdən xilas edə bilərsən...
“Mən nə edə bilərəm? O, dəlidir!”- deyilənə görə, Heydər Əliyev Surət üçün Dəmirələ belə demişdi.
“Get və öz nüfuzundan istifadə et”- cavabı gəlmişdi.
Beləliklə, Heydər Əliyev Bakıya mühasirəyə alınmış Prezidentin qonağı kimi gəldi; lakin o, ev sahibindən aralı gəzirdi. O, Elçibəyin təklif etdiyi vəzifələri – baş nazirdən tutmuş təhlükəsizlik xidmətinin rəhbərinə kimi - qəbul etməkdən yenə də imtina etdi. Heydər Əliyev təmənnasız olaraq adi bir vətəndaş kimi öz ölkəsinə kömək etmək üçün qayıtmışdı və böhrandan heç də siyasi məqsədlər üçün istifadə etmək istəmirdi...
Lakin adi vətəndaş kimi o, ölkənin həqiqətən hansı problemlərlə üzləşdiyini öyrənmək istəyirdi. Odur ki, o, Bakının göbəyində, Elmlər Akademiyası yerləşən şahanə bir binada öz idarəsini yaratdı. Səfirlər, neft adamları, həmçinin ona vaxtilə sədaqətlə xidmət etmiş insanlar və müxalifət partilarının nümayəndələrindən ibarət “məhkəmə” düzəltdi. Amma onlar gəlməmişdən və sorğu-sual olunmamışdan öncə məni çağırdı...
(Davamı var)
Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 2025 21:54
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 2025 11:22
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 2025 10:27
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 2025 09:54
- Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ
9 sentyabr 2025 22:48
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
9 sentyabr 2025 13:13
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
9 sentyabr 2025 10:52
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
8 sentyabr 2025 22:11
- Lalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki...
8 sentyabr 2025 17:41
- Ağ Evdən Rusiya üçün bəd xəbər: Sabahdan başlanır...
8 sentyabr 2025 00:23
Xəbər lenti
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41
- Rusiyada yumurta böhranı...
13 sentyabr 00:31
- BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
12 sentyabr 22:47
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 21:54
- Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLDİ
12 sentyabr 15:11
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 13:30
- AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı
12 sentyabr 13:17
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 11:03
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 10:56
- Bu rayonlara qar yağır
12 sentyabr 10:44
- Bədənin bu hissəsi qadının yaşını göstərir -QULAQ MƏMƏSİ
12 sentyabr 03:09
- Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü
12 sentyabr 02:55
- Laima Vaikule: SSRİ-dən ABŞ-a getməklə həyatımı xilas etdim
12 sentyabr 01:14
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 22:45
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 13:23
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 11:37
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 10:45
- Türkiyə həftədə 4 günlük iş rejiminə KEÇİR
11 sentyabr 10:33
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 10:27
- Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır - Maskı da geridə qoydu
11 sentyabr 03:37
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 01:46
- Sülhü pozmaq istəyən qüvvələr var - Paşinyan
11 sentyabr 01:40
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
10 sentyabr 18:43
- Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında (FOTO)
10 sentyabr 18:30
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 09:54
- Hikmət Hacıyev ABŞ-da mühüm görüşlər keçirdi (FOTO)
10 sentyabr 09:45
- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
10 sentyabr 00:34
- Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ
09 sentyabr 22:48
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
09 sentyabr 21:13
Video & Fotoqalereya
Video
Fotoqalereya