- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
“İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…”
Milli Məclisin deputatı Aqil Abbas müsahibə verib.
– Aqil müəllim, Azərbaycanda koronavirusdan ölənlərin sayının 120 nəfəri keçməyinə baxmayaraq, hələ də bu xəstəliyin mövcud olduğuna inanmayanlar var. Hətta çox adam bunu sosial şəbəkələrdə açıq şəkildə yazır. Sizcə, bu inamsızlığa səbəb nədir?
– Əgər bizdə əhalinin 99 faizi Allaha inanmırsa, koronavirusa necə inansın? Bu xəstəlik mövcuddur, ona yoluxanlar və ondan ölənlər var. Tutulanların içərisində dost-tanışlarımız var. Amma yenə inanmırlar. Bizim millətdə inamsızlıq var. Bu həm də düzgün informasiyaların verilməməsilə də əlaqədardır. Bəzən belə hallar yaşanır. Operativ Qərargahın işi düz deyil, onun verdiyi qərarları insanlar təəccüblə qarşılayır, çünki qərarlarda məntiq tapmaq olmur. Yayın bu istisində iti çölə çıxarmağa icazə verirlər, amma uşağa qadağa qoyurlar.
Çölə çıxmaq uşağa lazımdır, itə yox. İti nə edirəm mən? Azərbaycanda neçə adamın iti var? İti olanlar imkanlı adamlardır. Operativ Qərargah niyə icazə vermir ki, biz ailələrimizi aparıb kənddəki qohumlarımızın yanına, yaxud öz evimizə qoyaq?
Burda yaşayanların çoxunun kənddə evi var. Gedib müvəqqəti ora yerləşsinlər ki, həm şəhərdəki sıxlıq aradan qalxsın, həm də özləri arxayın olsunlar. Lap gedib kirayə tutacaq, belə olması belə başqa biri üçün faydalıdır, çünki o verilən kirayə ilə bir başqası heç olmasa dolana biləcək. 5-10 kilometrlik tıxaclar yaranır, niyə? Kimin imkanı varsa, ailəsini kəndə aparmasına imkan verilməlidir.
– Dövlət, ictimai təşkilatlar, tanınmış şəxslər neçə vaxtdan bəri “evdə qal” desələr də, hamı çölə can atır. İnsanların karantin rejimini pozmağa bu qədər meylli olması nə ilə bağlıdır?
– Bəli, videolar var, insanlar qaçmaq istəyir, çünki adamları belə həbsxanaya salmaq olmaz, onun arxası çox pis gələ bilər. Bütün dünya qapılarını açır, bizimkilər bağlayır. Moskvada 10 milyondan çox, yəni Azərbaycandakı qədər əhali yaşayır və orada 4 mindən çox adam ölüb. Azərbaycanda isə 120-130 adam ölüb. Bu vəziyyətdə Moskva, İtaliya, Fransa, ümumiyyətlə bütün dünya artıq qapıları açır…
Amerikada 100 mindən çox adam ölüb. Artıq rəqəmləri də yadda saxlamaq olmur. Amma bizdə belə deyil axı… Niyə bu qədər sərtləşdirirlər? Belə olduğuna görə də adamlar qıcıqlandı, əsəbləşdi, nəticədə polislə aralarındakı münasibətlər pozuldu. Hamı düşdü polisin üstünə… Polis vəzifəsini icra edir. Ona desələr ki, get Aqil Abbasın qoluna qandal tax, gətir. O, gedib gətirməlidir. Onun vəzifəsi əmrə qulluq etməkdir.
Adamları polisə qarşı qaldırdılar, polislə münasibəti pozdular. Elə bil Azərbaycana bir çömçə fırlanır. Baxıram, Binəqədidə və digər yerlərdə su yoxdur. İnsanlar karantindədir və nəinki əlini yumağa heç nə bilim nəyinə su tapmır. Bunu kim edir? Həmin adamlar cəzalanmalıdır.
İspaniya, Macarıstanda futbola icazə verilir. Azərbaycanda isə hələ futboldan söhbət getmir, niyə? Özü də futbolda 2 yox, 10 metrlik vəsafə olur. ÜST elə bil bizim başımıza corab hörür. Sən kimsən axı? ÜST Allahın bacısı oğludur?
Bir şey də deyim, TƏBİB-in böyüyü Ramin Bayramlı deyir ki, hər evdə bir nəfər virusa yoluxacaq. Ay qardaş, onda axı sən nəyə lazımsan? Get işinlə məşğul ol da… Səhiyyə Nazirliyi, bu qədər həkim nəyə lazımdır? Bu nə sözdür deyirsən? Sözü bir az arifanə deyərlər. Digər bir tərəfə baxıram, Seymur Kazımov adında bir adamın atası xəstələnib, amma heç kim kömək etməyib. Onda siz nəyə lazımsız? Görün, nə qədər problemlər var. Ona görə də insanlar inanmır. İnsanları nəzərə almaq lazımdır. İnsanları bu qədər sıxarsan və birdən elə partlayar ki, qabağında heç kim dura bilməz.
Lakin bildirim ki, edilməli olan şeylər də var, məsələn, əgər dövlət deyirsə ki, məsafə saxla, maska tax, hər kəs bunu etməlidir. Əslində, elə edilməli olan bunlardır. Karantindən bir gün qabaq bir-iki şey almaq üçün mağazaya girmişdim, basabas yox idi. Amma marketdəki 70 faiz əhali maska taxmamışdı. Bu da doğru deyil. Maska tax, ailəni, doğmalarını qoru.
İkinci bir tərəfdən artıq dünya dəyişib, nə etsən də fərqi yoxdur. Mənim dostum Bəhram Bağırzadə xəstədir. Özü də o adamın əvvəldən ağciyərində problem var idi, astması var, bunu danışanda onun səsindən də bilmək olurdu. İndi adamlar var ki, Bəhram ağır xəstə olduğu halda onunla məzələnməyə başlayıblar. Ayıb olsun. O insan ölüm ayağındadır. Onların bu cür davranması da elə bayaq dediyimiz inamsızlığa görədir. Lakin inanmaya-inanmaya bir gün özləri yoluxa bilər.
– Belə bir iddia da var ki, çağırış edənlərin çoxu xalq arasında inam və etibarını itirdiyi üçün insanlar onların sözlərinə inanmırlar. Bununla razısınızmı?
– Bəli, kimin çağırış etdiyi də önəmlidir. Məsələn, ÜST-nin də vəziyyəti ürəkaçan deyil. Açıqlama verib özünüzü qoruyun deyirlər, amma nümayəndəsi gedib orda-burda kef edir. Maska taxmayan biri maska tax deyirsə, hələ bunun üstünə gedib Qubada şəkil paylaşırsa, mən ona necə inana bilərəm? Camaatın başına corab hörürlər. Əgər maska lazımdırsa, sən də tax da, yaxud o xarabada sən də otur. Sən niyə gedib Qubada kef edirsən?
Hələ çıxıb deyir ki, məni bağışlayın. Sənin nəyini bağışlayım, a bala? Heç olmasa, bunu paylaşma da… Düzü, normal şəraitdə heç kəs ona deyə bilməz ki, niyə getmisən? Çünki istirahətə minlərlə adam gedir, biri də odur. Amma vəzifəsini düşünmədən bunu paylaşması, hələ sonra da insanlardan evdən çıxmamağı tələb etməsi artıq səhvdir. Sən çıxırsansa, mən niyə çıxmayım, sən məndən artıqsan, ya Allahın bacısı qızısan?
Gördünüz, bu hərəkət nə qədər böyük zərbə vurdu. Bütün mətbuat ondan yazır. Artıq elə adam var ki, onlara inam ölüb. Nə qədər deyirsən de, insanlar İbrahim Məmmədovun sözünə inanmırlar. Elə adam deməlidir ki, onun sözünə inansınlar. Çıxıb şeyxülislam desin.
– Evdə qalmaları üçün qohumlarınıza, dostlarınıza, seçicilərinizə müraciət etmisinizmi? Sizi eşidirlərmi?
– Mən müraciət etmişəm, bu mətbuatda da gedib. Hətta iki-üç gün də evdən çıxmamışam. Özü də deputatam, mənim evdən çıxmaq hüququm var, amma çıxmamışam, lazımsız yerə niyə çıxım? Guya çöldə yel əsib, qoz tökülüb? Deyirlər çıxmayın, çıxmıram. Mən nümunə olmalıyam. Bacım, qardaşım, qohum-əqrəbam zəng vurur, deyirəm, vallah evdəyəm. Karantin dövründə mən kəndlərdə çox olmuşam, düz 5 dəfə kəndlərdə seçicilərimlə görüşmüşəm.
Gedib vəziyyəti izah eləmişəm. Düzdür, bizim kəndlərdə karantin rejimi ləğv olunub, amma mən onlara ehtiyatlı olmağı tövsiyyə etmişəm. Demişəm ki, maskadan istifadə etsinlər, şəhərə getməsinlər. Camaatla söhbət eləmişəm. O cümlədən Bakıda olan seçicilərlə də söhbət eləmişəm.
– Rəsmi məlumatlara görə, ötən iki gündə təkcə Nabranda 5 min yerli turist olub. Bundan əlavə, digər rayonlarımıza da minlərlə insanın üz tutması barədə məlumatlar var. Doğrudanmı, iki günlük istirahət, əyləncə koronavirus təhlükəsini üstələyə bilir?
– Əslində, mən buna sevinirəm. Çünki o beş min turist əgər Nabranda olubsa, bu, 50 min adamın çörəyi deməkdir. Turist gedib istirahət edib də… Yəni Hande Harmançı gedib istirahət edə bilirsə, digərləri niyə etməsin? Nabrana gedənin nə günahı var? Mən Milli Məclisdə də dedim. Qardaş, buraxın insanları gedib kənddə təmiz hava alsınlar. Axı bu iki günlük bir şey deyil, insan əsəbləşir və gedir. Ümumiyyətlə, yolları bağlamaq düzgün deyil. İnsanlara “Çölə çıxma, çıxsan səni güllələyəcəm” demək olmaz, sən niyə məni güllələyirsən, çıxıb blokda siqaret çəkirəm də, şəhərin mərkəzinə getməmişəm ki… Deyirlər “Get dəlini tap, özü gəlməsə, başını götür gəl”. Belə şey olmaz axı.
– Ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunmasıyla bağlı təkliflər səslənir. Siz vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
– Fövqəladə vəziyyət nədir? Qətiyyən. Heç müharibədə bu olmayıb. Kimlərsə fövqəladə vəziyyət olmalıdır kimi fikirlər səsləndirib, amma bu doğru deyil. Ağcabədidə, Bərdədə, Tərtərdə, Füzulidə, Qazaxda və s. fövqəladə vəziyyət elan edək, ermənilər də gəlib tutsun?
Fövqəldə vəziyyət müharibədə olar. Xalq vəziyyətdən çıxış üçün Operativ Qərargahın qaydalarına əməl etməlidir, amma Operativ Qərargah da verdiyi qərarları ağıllı verməlidir. Daha indiki kimi yox. Mən niyə evdə oturmalıyam? Niyə Bakıdan çıxa bilməməliyəm? Birinci mənə bunu izah elə. Yəni məni evdən çıxmamaq üçün inandır. Bazar və bazar ertəsi hamı evdəydi, amma yenə də ondan bir gün əvvəl qaçıb gedənlər var idi. Sovetin vaxtında maşın almaq növbə ilə mümkün idi.
3-4 il növbədə dayanıb maşın alırdın. İndi sabah sən çimərliyə getmək istəyirsən, buna görə sən onlara yazırsan və sənə deyirlər ki, ayın 22-si saat 3-dən 5-dək çimərliyə gedə bilərsən. Bundan düşük, mənasız bir qanun ola bilər? Mən niyə çimərliyə getmək üçün növbə gözləməliyəm? Ona görə də camaat etiraz edir. /Yenisabah.az/
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Niyə XORUZ BABA-nın barelyefini binaya vurmağa icazə vermədilər ? - Xalq artistinin qızından ETİRAZ
7 may 2026 18:10
- Həkim ağ xalatda olmalıdır, xəstə məni dikdabanda görə bilməz - Videomüsahibə
7 may 2026 11:55
- Qonaq balıq kimidir - üç gündən sonra iyi gəlir
4 may 2026 13:32
- Bina 15 ildir tikilib, istifadəyə verilib, amma sakinlərə SƏNƏD VERİLMİR..)))
4 may 2026 01:06
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
1 may 2026 21:31
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
