- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
“Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı canişini olub” – PARTİYA SƏDRİ
Əhməd Oruc: “Polis zorakılığı, qarşıdurma xətti məhz Moskvanın dəstəklədiyi xəttdir, çünki Kreml Azərbaycanda milli barışın olmasını, Rusiyanın ölkəmizə təsirinin azalmasını istəmir”
“Doğrudan da Azərbaycan hakimiyyətdəki radikal kəsim müxalifətlə heç cür bir arada olmaqda, yaxınlaşmaqda, ölkədə demokratik mühitin yaradılmasında maraqlı deyil”
“Ramiz Mehdiyevin həyat yoldaşını Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu nəzdində “Kompüter elmləri” ixtisası üzrə Dissertasiya şurasının sədri vəzifəsinə təyin etməsi Azərbaycan cəmiyyətinə və İlham Əliyevə bir çağırışdır”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bugünlərdə qələmə aldığı məqalədə Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə qarşı sərt ittihamlarla çıxış edib. Belə ki, Ramiz Mehdiyevi radikal müxalifətlə iş birliyində ittiham edən deputat onun ölkədə gərginlik yaratdığını, müxtəlif siyasi qüvvələri idarə etməklə hakimiyyəti əlinə cəmlədiyini bildirib: “Əslində dövlətçiliyimizdə önəmli əhəmiyyət kəsb edən geniş xarakterli islahatların XXI yüzilliyin çağırışlarına uyğun aparılması niyyətini İlham Əliyev 2003-cü ildə prezident seçildikdən dərhal sonra başlamaq niyyətini ortalığa qoydu. Ciddi xarakter daşıyan dövlət proqramlarını imzaladı, struktur dəyişikliyi apardı, yeni, vacib nazirlikləri təsis etdi. Lakin islahatların davamlı və ardıcıl olmasına xaricdən dəstək alan hakimiyyətdaxili qüvvələr maneçiliklər törətdi. R.Quliyev – F.Əliyev – Ə.İnsanov üçlüyü 2005-ci ildə dövlət çevrilişinə cəhd etdi. Xalqın ciddi dəstəyi ilə prezidentimiz tərəfindən çevrilişin qarşısı alındı. Yaranmış şəraitdən sui-istifadə edən boz kardinal əlinə güclü hakimiyyət toplamağa start verdi. Hakimiyyətin bütün qanadlarında geniş şəbəkəsini, başqa sözlə desək, piramidasını yaratmağı bacardı”.
“Boz kardinal və onun əlaltıları varlanmaq və korrupsiya şəbəkəsi yaratmaq, ölkədaxili qarşıdurmalar layihələrini həyata keçirməkdə idilər”
Ramiz Mehdiyev radikal müxalifətlə iş birliyində olub” - Fəzail ...
Fəzail Ağamalı iddia edir ki, uzun illər boyu Ramiz Mehdiyevin səyi və dirijorluğu ilə ölkəmizdəki yeniliklərə maneçiliklər törədilir: “Ulu Öndərimizə, dövlətçiliyimizə və cənab prezident İlham Əliyevə sədaqətilə fərqlənənlər küncə sıxışdırılır, bir sıra hallarda qurduğu tələ ilə onlar vəzifədən uzaqlaşdırılır, demokratik prosesin inkişafına əngəllər yaradılırdı. O, radikal müxalifətlə iş birliyi yaradaraq qaragüruhu və anarxistləri küçələrə çıxatdırır, polisin vasitəsilə onlara təzyiqlər göstərilirdi. Beləliklə, bir tərəfdən 5-ci kalonun aparıcı şəxsi kimi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirir, başqa tərəfdən özünün “vacibliyini” və “təkrarolunmazlığını” nümayiş etdirir, mövqeyini gücləndirirdi. Radikal müxalifəti və korrupsionerləri peşəkarlıqla koordinasiya və idarə edən baş kordinator, həm də onu bu vəzifədə himayə edən dövlətin baş prezidenti kimi funksiyasını kölə psixologiyası ilə yerinə yetirməkdə idi. Müşahidələr və təhlillər sübut edir ki, 2003-cü ildən başlayaraq ölkə prezidenti Azərbaycanı regional lider və dünyada nüfuzlu dövlətə çevirmək uğrunda fəal hərəkətə keçdiyi və bu baxımdan mühüm uğurlara imza atdığı zaman kəsiyində boz kardinal və onun əlaltıları varlanmaq və korrupsiya şəbəkəsi yaratmaq, ölkədaxili qarşıdurmalar layihələrini həyata keçirməkdə idilər.
Bu şəbəkə öz fəallığını 2018-ci il prezident seçkilərinin inauqurasiyasına qədər qoruyub saxlaya bildi. İlk demontaj idarəçilik sistemində vitse-prezidentlik institutunun yaradılması və daxili siyasətdə prezidentin siyasi xəttinin mahiyyəti və fəlsəfəsi ilə tam ziddiyyət təşkil edən korrupsiya və rüşvətxorluq piramidası yaradıcısının və qoruyucusunun səlahiyyətlərini məhdudlaşdırmaqdan başladı”.
Deputatın sözlərinə görə, 2019-cu ilin sentyabrında Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədovun da ciddi dəstək verdiyi “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşəbbüsü ilə keçirilən dəyirmi masanın baş tutmaması üçün “boz kardinal” ən yaxın adamlarından biri olan administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri vasitəsilə müzakirəyə dəvət olunan müxalifət partiyalarının iştirakının yolverilməz olduğunu “məsləhət deyil” mesajı ilə pozmağa çalışdı: “Bu, partiyalararası və iqtidar-müxalifət münasibətlərinin normal müstəvi üzərində inkişafına mane olmaq məqsədi daşıyırdı. Lakin istədiyi alınmadı. Himayəsində olan bəzi müxalifət partiyaları dəyirmi masada iştirak etməsələr də, bütövlükdə dialoq baş tutdu və gələcək münasibətlərin sivil, dövlət və milli maraqlar zəminində qurulması yolunda ilk və mühüm addım atıldı”.
“2014-cü ildə iqtidarla müxalifət arasında yaxınlaşma, demokratiya, cəmiyyətdə vəziyyətin yumşaldılması məsələləri Ramiz Mehdiyevin xəstəlik dövrünə düşmüşdü, lakin o, sağalıb gəldikdə isə yenidən kəskin qarşıdurma xəttinə rəvac verdi”
Gördüyünüz kimi, Fəzail Ağamalı birmənalı şəkildə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ölkədə gərginlik yaratdığını, onun “5-ci kalon”un aparıcı şəxsi olduğunu, həmçinin Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışdığını bəyan edib. Bütün bunlar isə olduqca ciddi ittihamlardır. Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Azadlıq Partiyasının sədri Əhməd Oruc da “Hürriyyət”ə açıqlamasında ittihamların ciddiliyinə önəm verərək, bildirdi ki, bütün bunlar ölkədə kənar bir qüvvənin təsirinin kifayət qədər güclü olduğunu göstərir: “Buna görə də İlham Əliyev ona heç nə edə bilməyib. Həmin kənar qüvvənin də Ramiz Mehdiyev olduğunu siyasi proseslərlə məşğul olanların demək olar ki, hamısı bilir.
O, faktiki olaraq Rusiyanın Azərbaycandakı canişini qismində çıxış edib. Onu da qeyd edim ki, 2014-cü ildə iqtidarla müxalifət arasında yaxınlaşma, demokratiya, cəmiyyətdə vəziyyətin yumşaldılması məsələləri də məhz Ramiz Mehdiyevin xəstəlik dövrünə düşmüşdü. Lakin o, sağalıb gəldikdə isə yenidən kəskin qarşıdurma xəttinə rəvac verdi və proseslər bu istiqamətdə inkişaf etdi”. Fəzail Ağamalının dediklərində həqiqətin olduğunu vurğulayan Azadlıq Partiyasının sədri hesab edir ki, doğrudan da Azərbaycan hakimiyyətdəki radikal kəsim müxalifətlə heç cür bir arada olmaqda, yaxınlaşmaqda, ölkədə demokratik mühitin yaradılmasında maraqlı deyil: “Buna görə də onlar həmişə qarşıdurmaların olmasını, hakimiyyətlə müxalifətin ən kəskin müstəvilərdə qarşılaşmasını istəyirlər. Bunun başında isə Ramiz Mehdiyev durur. Bu, şübhəsizdir. Hesab edirəm ki, onun 84 yaşlı həyat yoldaşı Qalina Mehdiyevanı Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu nəzdində “Kompüter elmləri” ixtisası üzrə Dissertasiya şurasının sədri vəzifəsinə təyin etməsi Azərbaycan cəmiyyətinə bir çağırışdır. Bu, həm də İlham Əliyevə bir çağırışdır ki, mən nə istəyirəmsə, onu da edirəm, sən heç nə edə bilməzsən. Prezidentin çıxışları da bunu təsdiq edir ki, faktiki olaraq ölkəni onlar idarə edirmiş. Bu baxımdan, müxalifətin müəyyən kəsimini zaman-zaman hakimiyyət radikal müstəviyə sürükləmək üçün maliyyə ayırıb. Nəticədə müxalifətin bir qismini açıq yumşalma prosesinin əleyhinə yönəldə biliblər”.
“Milli barışın olduğu, siyasi qüvvələr arasında kəskin qarşıdurmalar olmayan ölkələrdə kənar qüvvələrin təsir imkanları azalır”
Əhməd Oruc bu qənaətdədir ki, polis zorakılığı, qarşıdurma xətti məhz Moskvanın dəstəklədiyi xəttdir: “Çünki Kreml Azərbaycanda milli barışın olmasını, Rusiyanın ölkəmizə təsirinin azalmasını istəmir. Bildiyiniz kimi, milli barışın olduğu, siyasi qüvvələr arasında kəskin qarşıdurmalar olmayan ölkələrdə kənar qüvvələrin təsir imkanları azalır. Bu mənada, Fəzail bəyin fikirləri ilə müəyyən mənada razılaşmaq olar.
Ramiz Mehdiyevin radikal müxalifətlə iş birliyində olması ilə bağlı deyilənlərə gəlincə, qeyd edim ki, bu hakimiyyətin dövründə parlamentə təmsil olunmuş şəxslərin hamısı Ramiz Mehdiyevin siyahısından keçmiş adamlardır. Fikir versəniz, radikal müxalifət deyilən kəsim də məhz həmin adamlardır.
Belə ki, onlar vaxtikən parlamentdə olublar və yəqin iş birliyində olublar. İndi də onların hamısı ağa kimi yaşayırlar, hamısının müəyyən təminatları var. Bu isə həm qrantlar, həm də daxildə hakimiyyətlə müəyyən iş birliyinin hesabınadır. Hesab edirəm ki, bu, cəmiyyətin inamının sındırılmasıyla indiki hakimiyyətin daha da möhkəmləndirilməsi ilə nəticələnən, milli maraqların əleyhinə olan əməkdaşlıqdır. Bu, həmişə olub və təəssüf ki, indi də var”.Hurriyyet.org/
- Kiyevdə matəm elan edildi
14 may 2026 19:44
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 2026 18:30
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 2026 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 2026 14:31
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 2026 11:13
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
