Kremldəki sirli ölümlər və Andropov müəmması
SSRİ tarixinin 1970-1980-ci illəri Kreml məmurlarının müəmmalı ölümləri ilə yadda qalıb. Bu hadisələrlə bağlı fərqli versiyalar səsləndirilsə də, mövcud dövrdə rəsmi mətbuat ölüm hadisələrinin səbəbini “uzun sürən xəstəlikdən sonra” ifadəsi ilə qapayıb...
Həqiqətənmi Siyasi Büro üzvlərinin qəfil ölümləri uzun sürən xəstəlikdən sonra baş verib?
Müəmmalı ölümlərdə daha çox Yuri Andropovun adı hallanıb. 1967-ci ildə SSRİ DTK-sının sədri təyin edilən Andropov bir çox Kreml çinovnikləri üçün arzuolunmaz şəxs sayılıb. Əslində, onun DTK sədri təyin edilməsi gözlənilməz olub. Leonid İliç Brejnevin Ukrayna klanını gücləndirdiyi bir vaxtda Andropovun bu təyinatı Kremldaxili oyunlarda bir çaxnaşma yaradıb. Təbii ki, Brejnevin Andropova bu vəzifəni həvalə etməsi səbəbsiz olmayıb.
Baş katib Andropovu yaxından tanıyıb, onun qətiyyətinə bələd olub və ondan lazım olmayan kadrların aradan götürülməsi üçün istifadə etməyi qərara alıb. Elə bu məqsədlə Andropovun DTK-ya təyinatından sonra bu quruma daha böyük səlahiyyətlər verilib. Kreml “mətbəx”inə yaxşı bələd olan Andropov Brejnevin ona nəyə görə etimad göstərdiyini yaxşı anlayıb və gələcək karyerasına yol açmaq, birinci kürsüyə sahib olmaq üçün ikibaşlı siyasi oyunların mərkəzində dayanmaqdan çəkinməyib. Verilən səlahiyyətlər Andropov üçün gələcək rəqiblərini aradan götürməyə böyük şans olub.
1970-ci illərdə Kremldə söz sahiblərindən və Brejnevə təsir gücünə malik olanlardan biri SSRİ müdafiə naziri, Siyasi Büronun üzvü marşal Andrey Qreçko olub. Milliyyətcə ukraynalı olan Qreçkonun Brejnevlə yaxın ailəvi dostluğu da heç kim üçün sirr sayılmayıb. Kobud və sərt xarakterə malik olan marşal Brejnevlə yaxın münasibətlərdə olsa da, məqamı düşdükcə baş katibi tənqid etməkdən çəkinməyib. 1976-cı ildə Brejnevin 70 illik yubileyinə hazırlıq işləri görüləndə, baş katibə yubiley münasibətilə marşal rütbəsinin verilməsi müzakirə olunan zaman Qreçko bu məsələyə sərt münasibət bildirib və Brejnevin marşal rütbəsi gəzdirməsini haqsızlıq kimi qəbul edib. Xatırladıb ki, o general-polkovnik olanda Brejnev hələ polkovnik rütbəsində gəzib.
Bu hadisələr ərəfəsində, 1976-cı il aprelin 26-da Qreçkonun qəfil ölüm xəbəri yayılıb. Qreçkonun qəfil ölümü çoxlarında şübhə yaradıb. Kifayət qədər sağlam olan, mütəmadi olaraq xüsusi həkim müayinəsindən keçən marşalın ölümü müxtəlif versiyaların üzə çıxmasına səbəb olub. Bu versiyalardan birində Andropovun da adı hallanıb. Belə ki, dolaşan söhbətlərə görə Andropov Brejnevin göstərişi ilə marşalı qida zəhərlənməsindən öldürdüb. Qreçko ilə Andropovun arasında konflikti münasibətin olmasını nəzərə alsaq, fakt inandırıcı görünə bilər. Amma sözsüz ki, marşalın ölümü ilə bağlı ciddi araşdırmalar aparılmayıb.
Növbəti müəmmalı ölüm 1976-cı ildə baş verib. Mərkəzi Komitənin katibi, Kremlin ən perspektivli kadrlarından biri sayılan Fyodor Kulakov qəfil ürəktutmasından vəfat edib. Kulakov baş katib vəzifəsinə real namizədlərdən biri sayılıb. Mərkəzi Komitədə bir çox məsələlər onunla razılaşdırılıb. Sözsüz ki, bu da Andropovu ciddi narahat edib və Kulakovun müəmmalı ölümündə yenə də Andropovun adı hallanıb.
Yuri Andropova “mane” olan əsas simalardan biri Brejnevə yaxınlığı ilə tanınan Semyon Sviqun olub ki, o, DTK-da özünü Andropovla eyni səlahiyyətdə sayıb. Sviqunu DTK sədrinin birinci müavini vəzifəsinə Brejnev gətirib, məqsədi isə Andropovun fəaliyyətini nəzarətdə saxlamaq olub. 19 yanvar 1992-ci ildə Sviqunun da ölüm xəbəri yayılıb. Ordu generalının intihar etdiyi bildirilib. Bununla da Andropovun ətrafından daha bir arzuolunmaz şəxs zərərsizləşdirilib.
1982-ci ildə Brejnevin səhhətində yaranan ciddi problemlər hakimiyyət uğrunda mübarizəni daha da intensivləşdirib. SSRİ-də adətən rəsmi və qeyri-rəsmi qanunlara görə baş katib kürsüsünə Mərkəzi Komitə katiblərindən biri seçilib. Bunu nəzərə alan Andropov DTK-dan Mərkəzi Komitəyə transfer olunmağı vacib sayıb. Elə məhz bu ərəfədə də partiya xətti ilə Brejnevdən sonra ikinci şəxs sayılan Mərkəzi Komitənin katibi Mixail Suslov 25 yanvar 1982-ci ildə qəfil vəfat edib. Suslovun ölümü Andropov üçün Mərkəzi Komitənin qapılarını açıb. O, Mərkəzi Komitənin ideologiya üzrə katibi seçilib.
Yuri Andropov ən qısa müddətdə Kremldə özünü tanıtmağı bacarıb. 1982-ci ildə Kremldaxili siyasi oyunlarda o, ən mahir oyunçu sayılıb. Hakimiyyətin Ukrayna klanına keçməməsi üçün sabiq DTK şefi ən kiçik siyasi qüvvələri belə zərərsizləşdirməyi bacarıb. Qromıko, Ustinov, Çernenko, Romanov, Şerbitski kimi ölkənin nəhəng siyasətçiləri sayılan Siyasi Büro üzvlərinin arasında Andropov hakimiyyəti ələ keçirməyə müyəssər olub.
Beləliklə, 1970-1980-ci illərdə Kremlin yarpaq tökümündə ən müəmmalı siyasi fiqurlardan biri olan Yuri Andropov birincilik uğrunda gedən mübarizədə qələbə qazanıb, qısa müddətlik olsa da, SSRİ tarixinə Andropov dövrünü yazmağa nail olub. Ən başlıcası isə siyasilərin müəmmalı ölümündə rəsmi olaraq üzərinə heç bir ləkənin düşməsinə imkan verməyib. Musavat.com
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Ramiz Mehdiyev dosyesində azyaşlı qızların oğurlanması epizodu - DTX-ya müraciət
9 yanvar 2026 20:18
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
5 noyabr 2025 22:19
- Naxçıvanı və Qarabağı düşmənə verməyən – Həkim səhvi ilə dünyasını dəyişən Nazim Hacıyev
27 sentyabr 2025 14:43
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
5 sentyabr 2025 17:21
- Vanqadan avqust ayı üçün dəhşətli proqnoz
6 avqust 2025 11:30
- Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
3 avqust 2025 12:56
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
