Səfər Mehdiyev və Əbülfəz Məlikovun adı yeni qalmaqalda
Dövlət Gömrük Komitəsinin adı növbəti monopoliya qalmaqalında hallanır.
Bu dəfə söhbət Komitənin sədri Səfər Mehdiyevə və illərin məşhur brokeri Əbülfəz Məlikova məxsus olduğu bildirilən gömrük terminalnın qanunsuzluğundan gedir.
Belə ki, sahibkarın idxal etdiyi məhsul məcburən dövlətə məxsus olmayan, AVELA MMC-yə (Bakı ş, Babək pr 92, mənz 23) məxsus gömrük terminalına yönləndirilib.
Sahibkarın bağçılıqda istifadə edlməsi üçün nəzərdə tutulan 42 ədəd motosiklet (hissələrə bölünmüş halda) günlərdir ki, Səfər Mehdiyevə və Əbülfəz Məlikova məxsus olduğu bildirilən bu terminalda saxlanılır. Sahibkardan heç bir şəkildə qanuni əsaslandırılmayan fantastik məbləğdə rüsum tələb olunur.
Sahibkar, "Grant Aqro Servis" MMC-nin rəhbəri Babayev Fərhad Vidadi oğlu məsələnin həlli üçün Hit.Az saytı vasitəsi ilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə "Açıq məktub" ünvanlayıb. Həmin məktubu olduğu kimi təqdim edirik:
"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
Cənab Səfər Mehdiyevə
AÇIQ MƏKTUB
Hörmətli Səfər müəllim,
Bu açıq məktubla sizə müraciət etməyimizə səbəb, mütəmadi olaraq vurduğumuz teleqramlara cavab verməməyiniz, sahibkarlar üçün onsuz da ağır olan bu pandemiya dövründə, gömrük orqanları və onlarla əlaqəli olan qurumlar, şirkətlər tərəfindən əlavə maneələrin yaradılması, özbaşınalığın, reketliyin baş alıb getməsidir. Aşağıda qeyd etdiyimiz məsələylə bağlı sizə teleqram vurmuş, onlayn müraciət etmiş, dəfələrlə telefonla qaynar xəttə məlumat vermişik, lakin laqeyidlik səviyyəsi o dərəcədədir ki, elə bil Azərbaycan Respublikasının deyil, hansısa qonşu dövlətin qurumuna müraciət etmişik.
Məsələylə əlaqədar kiminlə əlaqə saxladıqsa, aşağıda şikayətçi olduğumuz şirkətin Səfər Mehdiyevə və Əbülfəz Məlikova məxsus olduğu, bu səbəbdən cəzasızlıqlarına əmin olduqları bildirildi. Əslində, sahibkarlara saxlama terminalını sərbəst seçmək imkanının verilməməsi, digər sahibkarların da bu tip terminallar yaradıb gömrük orqanları ilə əməkdaşlıq etmək imkanının olmaması, Avela MMC-nin və 1-2 digər şirkətin bu sahədə monopolist və bununla da özbaşına olması, gömrük məmurları ilə sıx əlaqəsi olmayan şəxslərin bu sahəyə müdaxiləsinin mümkün olmaması, şirkətin əməkdaşlarının “kimə istəyirsiz şikayət edin” deməsi və sadalaya biləcəyimiz yüzlərlə digər cavabsız suallar yaranmış şübhələri qidalandıran amillərdəndir.
Sizin və bu işlərdə adları hallanan digər şəxslərin dövləti təmsil etməsi, ictimai fiqur olmağınız, əsas vəzifənizin xalqa xidmət etmək olması, dövlətin əsasının xalq olması bizə yaranmış suallarımıza açıq cavab tələb etmək hüququ verir.
Xahiş edirik, yuxarıda qeyd olunanları da nəzərə almaqla aşağıdakı şikayətə münasibət bildirib, yaranmış şübhələrə, inhisarçılığa, qanunsuzluğa son qoyasınız və məsələnin həlli istiqamətində əməli tədbirlər görəsiniz.
15 iyun 2020-ci il tarixdə 42 ədəd motosklet hissələrə sökülmüş vəziyyətdə, 1 ədəd yük maşınında Azərbaycan Respublikasının ərazisinə daxil olub və məcburi olaraq AVELA MMC-yə (Bakı ş, Babək pr 92, mənz 23) məxsus gömrük terminalına yönləndirilib. Terminalın kimə məxsus olmasını uzun müddət öyrənməyə çalışsaq da əməkdaşlarından heç biri işlədiyi müəssisənin rəsmi adını və ünvanını bizə bildirə bilmədi.
17 iyun 2020-ci il tarixdən bu günədək bütün rəsmi orqanlara tərəfimizdən şikayət olunub. Mallarımızın anbar ərazisindən çıxarılmasına qeyri-qanuni maneələr yaradılır, heç yerdə qeyd olunmayan, əsaslandıra bilmədikləri yüksək haqq tələb edirlər.
Xatırlatmaq istəyirik ki, terminalın dövlətə məxsus olmadığı bizə bildirilməyib, heç bir yerdə tariflər və ya anbarın kimə məxsus olduğu qeyd olunmayıb, tənzimlənən qiymətlər yoxdur, saxlama haqqları qanunvericiliklə tənzimlənmir, gömrük terminalında saxlamaya dair cəmiyyətlə heç bir müqaviləmiz yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən öhdəliyin yaranması üçün qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər arasında müqavilə olmalıdır. Cəmiyyətlə mübahisə etdikdən sonra bizə müqaviləsiz hesab faktura təqdim edir.
Bu məktubla sizdə xahiş edirik, cəmiyyətin qeyri-qanuni hərəkətlərinin araşdırılmasına, pozulmuş hüquqlarımızın bərpasına köməklik göstərəsiniz. Nəzərə almağınızı da xahiş edirik ki, həmin nəqliyyat vasitələri bağçılıqda istifadə üçün nəzərdə tutulub. Yüzlərlə fermer bu ağır dönəmdə yığımı həyata keçirmək üçün bu malları gözləyirlər". Hit.az


- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 2026 14:44
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
9 fevral 2026 12:46
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
7 fevral 2026 13:28
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
