- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
Səfir oğlunun adı keçən sirli ölüm işi - 3 il əvvəlin dosyesi (FOTO)

3 il əvvəl, 26 iyun 2017-ci ildə Xəzər dənizinin Bilgəh qəsəbəsi ərazisində bu günə qədər sirri açılmayan ölüm hadisəsi baş verdi. Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyeva dənizdə boğuldu.
Hit.Az xatırladır ki, bundan sonra sosial şəbəkələrdə, mətbuatda Günel Mirzəyevanın həyatla öz xoşu ilə vidalaşmadığına dəlalət edən məlumatlar yayıldı.
Ortaya çıxan məlumatlar çox ciddi mətləblərdən xəbər verirdi. Günel Mirzəyevanın öldürülməsi fərziyyəsinin yoxlanılmasının zəruriliyini ortaya qoyurdu. Həmin gün nə baş vermişdi?
Yayılan ilk rəsmi xəbərdə bir nəfərin yaxtadan suya düşərək öldüyü, meyitinin aşkar edilmədiyi deyilirdi. Ardınca bəlli oldu ki, yaxtada Günel Mirzəyevanın yanında daha 5 nəfər olub. Onlardan biri də hazırda Ukraynada səfir olan Elmira Axundovanın oğlu Həbib Axundovdur.
Xəbər ictimailəşəndən sonra Həbib Axundov ilk olaraq hadisə yerində olmadığını söyləməkdə israr etdi. Anası tələm-tələsik mətbuata açıqlama verib “oğlum orada olmayıb, olsaydı, üzgüçüdür, o qızı xilas edərdi” tipli açıqlama verdi.
Bu açıqlama ortada ikən Həbib Axundov hadisə yerində olduğunu, lakin sahildə dayandığını, yaxtada olmadığını açıqladı.
Ortaya çıxan faktlar isə Həbib Axundovun nəinki hadisə yerində olduğunu, faktiki olaraq Günel Mirzəyevanın həmin gün Bilgəhdə dənizdə, yaxtada olma səbəbinin məhz Həbib Axundov olduğunu üzə çıxarırdı. Məlum olurdu ki, Günel Mirzəyeva sirli ölümünə qədər ailəli olub.
Həbib Axundov Günel Mirzəyevaya “Jeep Wrangler” markalı maşın bağışlayıb. Günel Mirzəyeva uzun müddət Həbib Axundovun adına olan Nəsimi rayonu, Vəzirov küçəsi 50 ünvanında yerləşən 3 nömrəli mənzildə yaşayıb.
Həbib Axundovla isti münasibətləri yaranandan sonra isə həyat yoldaşından boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə verib.
Bilirsiniz, Günel Mirzəyevanı məhkəmədə nümayəndə olaraq kim təmsil edib.
Düzdür, Həbib Axundovun anası Elmira Axundovanı məhkəmələrdə nümayəndə olaraq təmsil edən Rövşən Yusifovdur. Günel Mirzəyevanın bacısı Cəmilə Mirzəyevanın da boşanma işinə Elmira Axundovanın təmsilçisi çıxıb.
Daha bir məqam...
Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra Günel Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
Həmin 3 gün ərzində Elmira Axundovanın sürücüsü Fərrux Adnayev Günel Mirzəyevanın yaşadığı ünvanın qarşısında keşik çəkib.
Elmira Axundovanın sürücüsü meyiti sudan çıxarılmayan Günel Mirzəyevanın evinin qarşısına kimin göstərişi ilə gəlmişdi? Onun sürücü olaraq ərazidə keçik çəkməsi kimə lazım idi?
Həmin günlərdə Axundovlar Günel Mirzəyevanın müəmmalı ölümünün mümkün qədər mətbautdan kənar saxlamaq üçün çabalar göstərirdilər. Lakin mümkün olmadı.
Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlandı. Əslində isə faktlar iş üzrə daha ağır maddə ilə cinayət işinin başlanması üçün əsas verirdi.
Modelin dənizə kiminlə, kimin yaxtasında çıxması haqda rəsmi qurumlardan yalnız Fövqəladə Hallar Nazirliyi uyğun mövqe nümayiş etdirib məlumat açıqladı.
FHN-in jurnalist sorğusuna verdiyi cavab ümumilikdə Sabunçu Rayon Prokuroluğunun iş üzrə apardığı istintaqı şübhə altına qoyur. Sorğu üzrə FHN-ə ünvanlanan sualları və verilən cavabları təqdim edirik:
Sual:
- Günel Rəşid qızı Mirzəyeva 2017-ci il iyunun 26-da hansı markalı su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxıb?
Cavab:
- 26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.
Sual:
- Həmin su nəqliyyatı vasitəsi ölkəyə nə vaxt, kim tərəfindən gətirilib; kimlərin mülkiyyətində və istifadəsində olub?
Cavab:
- Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.
Sual:
- G.R.Mirzəyeva su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxarkən həmin su nəqliyyatı vasitəsini kim idarə edib?
Cavab:
- Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub.
Sual:
- Həmin şəxsin su nəqliyyatı vasitəsini idarə etmək hüququ olubmu?
Cavab:
- Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır.
Sual:
- Xəzərin Bilgəh qəsəbəsi hissəsində su nəqliyyatı vasitələrinin sahildən hansı məsafəyə qədər üzməsinə icazə verilir?
Cavab:
- Bu tip katerlərin texniki xarakteristikalarına görə sahildən uzaqlaşma məsafəsi 3 dəniz mili olduğu halda, Xəzər dənizinin xüsusiyyətləri nəzərə alınaraq gəmiyə Xidmət tərəfindən sahildən 2 mil üzmə məsafəsi icazəsi verilmişdir.
Sual:
- G.R.Mirzəyevanın ölümü ilə nəticələnən hadisə ilə bağlı rəhbərlik etdiyiniz nazirliyin müvafiq qurumunun səlahiyyət sahiblərinin məsuliyyəti müəyyən olunubmu?
Cavab:
- Gəmi dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir. Sözügedən katerin 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici canlıq və 1 sayda dairə ilə təhciz olunub.
Bədbəxt hadisə baş verən zaman gəmi texniki cəhətdən saz vəziyyətdə olub. Bədbəxt hadisənin səbəblərinin və şəraitinin təhlili nəticəsində Xidmətin vəzifəli şəxslərinin məsuliyyəti müəyyən olunmamışdır.
Sual:
- G.R.Mirzəyevanın ölümü ilə nəticələnən olayın baş verdiyi gün onun sərnişini olduğu su nəqliyyatı vasitəsində kimlər olub?
Cavab:
- Mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan kiçikhəcmli gəmi sahiblərinin və ya istifadəçilərinin Xidmət qarşısında dənizə çıxma vaxtı və sərnişinlər barədə məlumat vermək öhdəliyi yoxdur.
Sorğunun cavablarından aydın olur ki, Günel Mirzəyeva açıq dənizə məhz Həbib Axundovun yaxtasında çıxıb. Hadisə baş verərkən Həbib Axundov Günel Mirzəyevanın yanında olub.
Elmira Axundovanın dediklərinə inansaq, oğlu üzgüçüdür. Elmira Axundova əminliklə deyirdi ki, üzgüçü oğlu orada olacağı təqdirdə qızı xilas edərdi. Fakt ortaya çıxandan sonra Elmira Axundovanın bu xüsusda açıqlamasını eşidən olmadı.
Sabunçu Rayon Prokurorluğu əvvəlcə iş üzrə uyğun olmayan maddə ilə cinayət işi başladı, sonra isə iş üzrə olduqca səthi istintaq aparmaqla işini bitirmiş hesab etdi.
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
1 iyul 2025 15:39
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
1 iyul 2025 11:36
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
1 iyul 2025 11:18
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 2025 16:59
- Kəngərliyə növbəti köç karvanı yola salındı (FOTO)
30 iyun 2025 09:18
- İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir -FOTO
29 iyun 2025 17:45
- Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu
29 iyun 2025 16:02
- Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO
29 iyun 2025 01:38
- Günel hindistanlı həyat yoldaşından danışdı - FOTO
27 iyun 2025 17:27
- İranın İrəvandakı səfiri: -Qərbi Azərbaycan- ifadəsi bizi qıcıqlandırır!
27 iyun 2025 17:23
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
- Cümşüd Cümşüdlünün ölümünə səbəb olan kanal bu qurumun balansındadır, cinayət işi başlandı
30 iyun 15:48
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 15:30
- Rusiyanın imperiya siyasəti açıq formaya keçir
30 iyun 12:28
- Ruslar Ukraynaya qarşı döyüşmək istəmirlər – daha bir hərbi çağırış məntəqəsində yanğın...
30 iyun 11:20
- ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır
30 iyun 11:13
- Azərbaycanda BAYRAM- Qeyri-iş günü bir də 4 aydan sonra olacaq
30 iyun 10:46