Əli İnsanovun “Ermənistanlı azərbaycanlıların etimad hökuməti”
İqtisadiyyat10 iyul 2020 23:50
Hakimiyyətə qorxulu iddia və ya YAP-ın təlaş səbəbləri...
Sabiq Səhiyyə naziri Əli İnsanov həbsdən azad olunandan sonra bəziləri maraqla, bəziləri həyəcanla gözləyirdi ki, o neynəyəcək?
...O, Haqq Ədalət Partiyasını (HƏP) elan etdi. Mövcud müxalifəti, radikallı, neytrallı bir masada topladı. Onları çeşidlədi. Bir qismi ilə əməkdaşlıq planladı. Digər qismini ikinci dönəmə saxladı, yəni, istəkləri səssiz reallaşmasa, dönəminə daha radikal addımlar üçün. AXCP və Müsavat bu planın ikinci hissəsində qaldı. Onlar daha az, bəlkə də etimad göstərilməyəcək güc kimi nə yaxın buraxıldı, nə uzaq tutuldu. Çoxu bu detalın fərqinə varmadı. İnsanovun yeni partiyasından gedənləri, iki-üç adamı gündəm elədilər, gülüb keçdilər. Və bu, ölkə siyasi səhnəsində olanların nə böyük qüsurudur. Siyasi rəqibini küçümsəmək. Ən xırda rəqibi belə, küçümsəməyəcəksən. Bu, son dəcərə vacib qaydadır.
İndi Ə. İnsanov siyasi fəaliyyətinə müsahibələrlə davam edir. Ölkənin bu durumunda ən yaxşı variant məhz budur. Hər kəsin başı bir işə qarışıqdır. Hamı səni unudub, sən altyapı hazırlamaqla məşğulsan. Məsələ o deyil ki, bu alınacaq və ya alınmayacaq. Məsələ o ki, bu işlər görülür və ciddiliyini nəzərə alan tərəflər var. Məsələn, hakim YAP Ə.İnsanovun "dinməzcə” fəaliyyətindən çox narahatdır.
Başlayaq ondan ki, YAP və onun siyasi çox məlumatlı simaları nədən, niyə narahatdır?
*
...1996-cı ildə, keçmiş Səhiyyə naziri Əli İnsanov mərhum Prezident Heydər Əliyevin yanına yeni layihə ilə gəlir. "Ermənistanlı Azərbaycanlıların Etimad Hökuməti” adlanan layihədə, kimlərin hansı yeri alacağı belə, dəqiq məlum idi. Bəzi mənbələrin məlumatına görə, həmin dönəmdə mərhum Prezident layihə haqda nə mənfi, nə müsbət mövqe ortaya qoymayıb, yəni, layihəyə start verilməyib. Sadəcə İnsanova gözləməyi tövsiyə edib. O, yaxından tanıdığı Əli İnsanovun yerlipərəstlik hikkəsinə yaxşı bələd idi. Eyni zamanda, gözəl anlayırdı ki, bu etimad hökuməti DQ münaqişəsinin həllindən dolayı Azərbaycana son dərəcə vacibdir. Məsələ orda düyünə düşürdü ki, bu layihəni H.Əliyevə Ə.İnsanov təqdim etmişdi. Bu isə məlum şəxsi keyfiyyətlərdən dolayı həm siyasi hakimiyyətə, həm də bütövlükdə dövlətə ziyan vuracaqdı. Ə.İnsanovun şəxsi keyfiyyətindəki yerlipərəslikdən doğan "alman hikkəsi” real vəziyyəti dəyərləndirməyə imkan verməyəcəkdi.
*
Bu qısa xatıratmanı etməyi niyə lazım bildim? YAP yetkililəri ona görə narahatdır ki, onlar sözügedən layihə barədə daha detallı məlumatlıdırlar. Və o layihədə kimlərin adbaad yer aldığından xəbərdardırlar. Bəli, bu gün həmin insanların bir qismi artıq həyatda deyil. Tanrıdan rəhmət diləyirəm. Amma sələfləri və böyük bir qismi hələ də həyatdadır.
İndiki ehtimallara görə Ə.İnsanov 1996-cı ildə həyata keçirə bilmədiyi "Ermənistanlı Azərbaycanlıların Etimad Hökuməti” layihəsini siyasi məqsədləri üçün istifadə edir. Yəni zamanında mərhum Prezident Heydər Əliyevin ehtiyatlı davranışının əslində ciddi əsasları ortaya çıxır. Bir ermənistanlı sözünü sənəddən çıxarmaqla, cəmiyyətə və siyasi çevrələrə etimad hökuməti təklif edirlər. Bu yöndə çox "etibarlı” dəstək də var, Qərb, Avropa, siyasi simaları, çevrəsi və hətta media gücü ilə.
*
Onu da xatırladaq ki, YAP-ın nüfuzlu siyasi simalarından Eldar Sabiroğlu, Alqış Musayev, Əli İnsanova simpatiyalarına görə artıq siyasi idarəçilikdən uzaqlaşdırılan, "boz kardinal” Ramiz Mehdiyev tərəfindən "vurulmuşdu”. Bu günlərdə adıgedənlərin hər biri "boz kardinal”la bağlı media üzərindən kəskin çıxışları ilə diqqət çəkir.
Diqqət etsək, daha bir maraqlı məqam var. Hakim YAP, prosesi iki yandan qorumalıdır. Bir tərəfdən incik komanda yoldaşlarının Ə.İnsanova sarı getməsinə yol verilməməlidir. İkincisi, R.Mehdiyev dönəmində "vurulanlar” qarşısında "günahlar yuyulmalıdır”. Etiraf bu istiqamətdə ən yaxşı variantdır. Məsələn, Alqış Musayev barədə "o, "Yeni Azərbaycan” qəzetinin ən yaxşı rəhbəri idi” fikri, çox ağıllı düşünülmüş variantdır.
*
Digər vacib məqam, Əli İnsanov bir neçə yerli internet TV-nin, o cümlədən idarəçiliyi Qərb və Avropadan olan xarici mediaların daim diqqətindədir. Məhz bu söhbətlərdə ciddi mesajlar ötürülür. O, hər kəsi bağışlayan adam təəssüratı yaradır. Əslində psixoloji məqamdır. Sənə həyatının böyük pisliyini edən adamı və ya adamları "bağışlayırsan”, ya da "hamıya belə etməsini mən demişdim” söyləyirsənsə, daha böyük məqsədin və ya missiyan var.
Mətləbdən çox uzaqlaşmayaq. Diqqətinizi doxsanıncı illərdə "Avrasiya” qəzetini təsis etmiş, həm də Azərbaycanda siyasi hakimiyyətə yaxınlığı ilə seçilən, yaxşı bir biznes quran, tanınan jurnalist İrfan Sapmaza yönəltmək istəyirəm. Öncə bu suala cavabdan başlayaq. Çox sadə və səmimi biri təəssüratı yaradan İrfan bəy, əslində siyasət aləmi üçün kimdir?
İrfan bəy Azərbaycanla sıx bağlılığı olan, ölkəni yaxşı tanıyan, on beş ildən çox zaman kəsiyində Azərbaycanda baş verən hər hansı siyasi prosesə reaksiya verməyən, dünya çapında tanınan, türkiyəli jurnalistdir. İrfan bəy həm də o şəxsdir ki, Azərbaycan-Türkiyə münasibətlərində hər zaman amerikan münasibəti sərgiləyib. Amma mərhum Heydər Əliyevin hakimiyyəti dönəmində ona qəzetçiliyə paralel, biznes imkanları yaradıb neytrallaşdıra bilmişdilər. Bu fikri təsdiqləmək üçün daha bir faktı da təqdim edirəm diqqətinizə.
2003-cü il 26 iyulunda Azərtac Dövlət Agentliyi "Uzanlar, onların "Star yayım qrupu” və İrfan Sapmaz, Can Ataklı kimi muzdlularla əməkdaşlıq, Müsavat partiyasının xəyanətkar mövqeyini bir daha göstərdi...” başlıqlı yazı dərc edib. Yazıda İrfan bəy haqda belə qeyd olunur:
- Dünənə qədər Azərbaycan Prezidenti Heydər Əliyev haqqında yüzlərlə müsbət yazıları çıxan, onu yerlərə-göylərə sığışdırmayan İrfan Sapmaz qəzetçilik etikasını tamamilə bir tərəfə qoyaraq, büsbütün "dönmüşdür”. Bunun səbəbini anlamaq çətin deyildir: verilən vədlər və kim bilir, nələr hesabına əlindəki qəzetdən və imtiyazlardan Azərbaycan Prezidentinə qarşı istifadə etməyə başlamışdır. Lakin hər kəsə məlumdur ki, İrfan Sapmaz Azərbaycanda, sadəcə, "Avrasiya” qəzeti buraxmaqla kifayətlənməmiş, həm də ticarətlə məşğul olaraq külli miqdarda pul qazanmışdır. Azərbaycandan isə borclarını ödəmədən qaçmışdır.
İndi guya Elçibəyçi kimi müxalif mövqe sərgiləyən Sapmazı qaynar bölgələrdən Azərbaycanın iç siyasətinə düşürən görəsən hansı maraqdır? Yuxarıda qeyd etdim ki, İ.Sapmaz Türkiyə-Azərbaycan münasibətlərində həmişə amerikan mövqeyi sərgiləyib. Və təbii ki, biznesindən dolayı Azərbaycandan incikliyi də var. Bu halda müxalif mövqe sərgiləmək və Vaşinqtondan Əli İnsanovla müsahibə aparmaq heyif çıxmaq üçün olduqca uyğun addımdır. İndi gələk ona ki, İ.Sapmaza müsahibəsi daxil, çoxunun diqqət etmədiyi söhbətlərdə Ə.İnsanov hansı siyasi mesajları verib?
Əli İnsanov Prezident İlham Əliyevə münasibətini açıq etiraf edir:
- İlham Əliyevə münasibətim pis deyil. Ona kömək etməyə də hazır idim, əgər Avroatlantik məkana üz tutsaydı.
Əli İnsanov siyasi çevrəsi barədə mesaj ötürür:
- Hətta uzun müddətdir Azərbaycandan çıxmış insanlar sırasında mənəvi bacısının, çoxlu dostlarının olmasına işarə edir.
Əli İnsanov şübhələndirir:
- Hakimiyyətdə təmsil olunan tam əksəriyyət məni təbrik elədi, kim necə, bundan danışmağa ehtiyac yoxdur.
- Əli İnsanov xatırladır:
- Heydər Əliyevin qılıncı göydə "oynayanda” onların neçəsini xilas eləmişəm, yaxşı xatırlasınlar.
Əli İnsanov bağışladığını deyir. Bu onun hədəfinin daha böyük olmasına işarə də hesab oluna bilər:
- Hökumətdə təmsil olunanlar zamanında düz edib məni söyüblər. Özlərini, ailələrini, yaxınlarını qoruyublar. Mən də belə etmələrini istəmişdim.
Əli İnsanov bütün rədd cavablarına rəğmən, YAP-a koalisiya təklif edir:
- YAP-la etimad hökuməti yaratmağı təklif edirik. Sonra təkrar seçki keçiriləcək.
Əli İnsanov siyasi məqsədinə nail olarsa, öz kursunu da elan edir:
Avroatlantik məkana doğru bütün sənədlər imzalanacaq. Mən bu prosesdə iddialıyam. O, heç bir milli dəyərin nəzərə alınacağına vəd vermir.
Əli İnsanov deyir:
- Siyasi hakimiyyətin ötürülməsinə yol vermək kimi niyyətləri yoxdur. Əgər etimad hökumətu qurulmazsa, ehtiyatda saxlanılan siyasi güclərlə mübarizə yolu tutulacaq. Bu, təbii ki, mitinqlər, digər aksiyaların təşkilindən xəbər verir. Dolayısı ilə ölkəni xaosa aparmaq iddiasını ortaya qoyur.
Əli İnsanov quracaqları parlamentin tərkibi barədə indidən mesaj ötürür:
- Ölkədə qırxa yaxın partiya var. İcazə versinlər biz beş partiya ilə etimad hökumətini quraq, sonra hamısı parlament seçkilərinə qatılacaq layiqli siyasətçilərdir.
Əli İnsanov missiya daşıyıcısı olmasını istisna etmir:
- Ola bilər xırda bir partiyanın layiqli namizədi Prezident olsun.
Bu ardıcıllıqdan sonra nəsə deməyə lüzum görmürəm. Hə, bəlkə çoxları düşünər ki, Ə. İnsanov dönəmi bitmiş biridir. Onun özü demiş, şərt o deyil ki, hakimiyyətə gələcək. Rəhbər başqası da ola bilər....
Bir sözlə, Tanrı bu qaranlıq durumdan Azərbaycanı qorusun!
Jalə Mütəllibova
Oxşar xəbərlər
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 2026 11:17
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Tallində Ermənistanın baş naziri -Noldu Paşinyan- mahnısı ilə QARŞILANDI - VİDEO
25 yanvar 2026 12:11
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
7 yanvar 2026 00:24
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
6 yanvar 2026 10:59
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
3 yanvar 2026 12:19
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
