"Vəzirov Ramiz Mehdiyevin Heydər Əliyev əleyhinə yazdığı materialları qarşıma qoydu..."
Maqazin12 iyul 2020 10:16
YAP-ın qurucularından biri olan tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev Moderator.az-a müsahibəsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqda gözlənilməz fikirlər səsləndirib.
- Maksim müəllim, sizin akademik Ramiz Mehdiyev haqqında mediaya son açıqlamalarınız cəmiyyətdə çox həssaslıqla qarşılanıb. Və hamıda təbii sual yaranır: necə olur ki, vaxtilə həm sovet dövründə, həm müstəqilliyimizin ilk onilliklərində Heydər Əliyevin ən yaxın silahdaşlarından, ideoloqlarından sayılan bu şəxs haqqında YAP-ın sizin kimi qurucuları tərəfindən də mənfi fikirlər səslənməyə başlayıb?..
- Onun haqqında məndə informasiyalar çoxdur… Bu məlumatı ilk dəfə sizin sayta açıqlayıram. Cəmiyyət bunu da bilməlidir ki, Ramiz Mehdiyev vaxtilə Yeni Azərbaycan Partiyasının yaradılmasının əleyhinə olub...

Səhv etmirəmsə, 1992-ci ilin iyun ayı idi. O dövrdə, səhv etmirəmsə, Elmlər Akademiyasında şöbə müdiri işləyən Ramiz Mehdiyev ilk özəklərini yaratmağa çalışdığımız Yeni Azərbaycan Partiyasına qoşulmaqdan imtina edirdi. Özü də elə ilk günlərdən biz həmin partiyanın lideri kimi Heydər Əliyevi görmək istəyirdik. Təşəbbüs qrupu mənim Ramiz Mehdiyevlə görüşüb söhbət etməyimi məsləhət gördü. Çünki mən onunla Azərbaycan komsomolunun mərkəzi komitəsində də, partiyanın mərkəzi komitəsində də birgə işləmişdik... İki dəfə onunla görüşüb söhbət etsəm də, o YAP-ın təəssübkeşi olmağa razılıq vermədi. Sözün düzü, nə “hə” dedi, nə “yox”... Çünki özü partiya yaratmağa çalışırdı, amma alınmırdı. Bizim təbliğ etdiyimiz, tanıdığım iki nəfəri də cəlb etmişdi... Bu yaxınlarda, artıq Ramiz Mehdiyev vəzifəsindən azad olunandan sonra həmin adamlardan biri məndən soruşdu ki, onunla partiya yaratmaq istədiyimi kiməsə deməmisən...
- Ramiz Mehdiyev partiyasının adını nə qoymuşdu?..
- Hələ heç bir ad qoymamışdı... Çünki nə qədər əlləşsə də, ətrafına heç 5-10 sanballı adam toplaya bilməmişdi. Açığını desək, həmin vaxt təşəbbüs qrupunu yaratmaq bizim üçün də çətin oldu. Amma sonda o vaxtkı qanunlara uyğun olaraq 1000 nəfərdən ibarət təşəbbüs qrupu yarada bildik...
Deməli, biz təşəbbüs qrupuna cəlb etmək üçün fərdi qaydada hər birimiz bir neçə nəfərlə söhbət edirdik. Ertəsi gün məlum olurdu ki, həmin adamlardan biri gəlmir. Soruşurdun ki, niyə gəlmirsən, cavab verirdi ki, fikrimi dəyişdim, başqa bir partiya var- onunla işləyəcəm. Axırda məlum olurdu ki, söhbət Ramiz Mehdiyevin qurmaq istədiyi partiyadan gedir...
- O, başqa vasitələrlə də mane olmağa çalışırdı YAP-ı yaratmağa?
- Xeyr, başqa cür maneə yaratmağa cəsarət etmədi... Onu deyim ki, Ramiz Mehdiyev mənimlə görüşməyə də ehtiyat edirdi... O vaxt mən zəng edəndə dedi ki, təhlükəsizlik qurumları bizi kabinetdə də, telefon vasitəsilə də dinləyirlər – başqa bir etibarlı yer tap, orada görüşək. Mən də məcbur olub onu apardım “8-ci kilometr”də yaşayan bir qohumumun evinə... Bunları rəhmətlik Sirus Təbrizliyə danışırdım, o qədər gülürdü... Di gəl ki, vəzifəyə gəldikdən sonra R.Mehdiyevin hökmü çox böyük idi. Elə hallar olurdu ki, onu aşağılar da, yuxarılar da canla-başla eşidirdi... Onun sinəsinə ki, o xarici ölkənin ordeni vuruldu, ondan sonra belə nüfuza yiyələndi... Hələ əvvəlki açıqlamamda mən R.Mehdiyev haqqında çox şeyləri demədim... Yalnız onu komsomola təqdim edənin soyadını dedim. Bu da çox şeyi aşkarlayır....
Mənə çox təşəkkür zəngləri olur. Ramiz Mehdiyevin “vurduğu” o qədər adamlar var ki, belə yazıları oxuyanda ürəklərindən tikan çıxır...
- Yeri gəlmişkən, YAP-ın ən fəal qurucularından biri olan Sirus Təbrizli sağ olsaydı, Ramiz Mehdiyev haqda nələr deyərdi?..

- Sirus... Əşşi, nələr deməzdi... Vəzifədə ola-ola Sirus ona lağ edirdi, istehza edirdi... Hələ bir neçə dəfə onu qınayırdım ki, a kişi, daha bu dərəcədə də lazım deyil... O da məni eşidib, bir az “tormoz”u basırdı... Onu deyim ki, Sirus bizdən də ayıq və məlumatlı idi... Çünki həm YAP-da müavin idi.... Həm də Prezidentin – Heydər Əliyevin yannda tez-tez olurdu, Prezident onu ləngitmədən qəbul edirdi...Odur ki, ölkədəki, dövlət, hökumət içindəki situasiyadan kifayət qədər xəbərdar idi... Hələ bircə dəfə də görmədim ki, rəhmətlik Sirus R. Mehdiyev haqda nəsə müsbət bir fikir söyləsin... Amma düzü, aralarında nə, hansı haqq-hesab olub-olmadığını bilmirdim...
- “91”-lərdən konkret kimləri vurmuşdu “boz kardinal”?..
- O, demək olar ki, bütövlükdə YAP-ı “vurdu”, onun ideya və prinsiplərini alt-üst elədi... Onun o qədər incə və həssas “mübarizə” metodikası vardı ki, bunu hər adam anlamazdı. Və onun iç üzünü açmaq da çox çətindir...
- Sizin dediklərinizdən həm də belə çıxır ki, Ramiz Mehdiyev partiya yaratmaq istəyirdisə, deməli, Azərbaycanda özü birbaşa hakimiyyətə gəlmək niyyəti güdürdü?
- Bilirsiz, o, bunu istəsə də, bunun üçün onun potensialı, qabiliyyəti yox idi. O, düzgün nitq qabiliyyətinə də malik deyil.... Onun müəyyən qədər yazmaq qabiliyyəti olsa da, səlist danışıq qabiliyyəti yoxdur... Yazmağını da o vaxtdan bilirəm ki, hələ Vəzirovun dövründə Heydər Əliyevin əleyhinə yazdığı materialları görmüşəm. O zaman Vəzirov məni də kabinetinə çağırıb belə yazılar yazmağa məcbur etmək istəyirdi. Lakin qəti şəkildə imtina edəndə, o vaxt məşhur rəhbər işçilərdən olan İsa Məmmədovla yanaşı, Ramiz Mehdiyevin də Heydər Əliyev əleyhinə yazdığı materialları qarşıma qoydu. Vəzirov dedi ki, sən nə “partizanlıq” edirsən, görürsən, bunlar necə yazır, sən niyə yazmırsan?..
Eyni zamanda R. Mehdiyev 1987-ci ildə Heydər Əliyev partiyanın Siyasi Bürodan çıxarılandan sonra keçirilmiş plenumda onun əleyhinə çıxışı da çoxlarının yadındadır... Lazım olsa, onu arxivdən çıxarmaq da olar...
Oxşar xəbərlər
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 2026 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
Xəbər lenti
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 11:04
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 00:40
- Prezidentdən Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım
25 fevral 23:27
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 21:07
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 18:53
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 18:45
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 12:09
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 12:02
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 11:17
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 10:59
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 10:50
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 01:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 18:56
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 17:23
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 17:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 14:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
