Qızını ölən qızının ərinə verdi, oğlu intihar etdi, nəvəsi güllələndi...
Mədəniyyət12 iyul 2020 19:14

Bu gün dahi Mirzə Fətəli Axundovun doğum günüdür.
Onun həyatından maraqlı faktları təqdim edirik.
Mirzə Fətəli Axundov hökumət qulluğunda işləyərkən işə, eləcə də digər yerlərə çox zaman atla gedirmiş. Bir gün yenə yoldaşları ilə gəzməyə çıxıblarmış. Mirzə Fətəli yolun bir hissəsində necə olursa atını bir arxın içi ilə sürür. Birdən arxın yatağı o qədər daralır ki, Mirzə Fətəlinin bir ayağı arxın bir tərəfində, o biri auyağı da arxın o biri tərəfində qalır və at onun altından çıxıb yolunu davam edir. Mirzə Fətəli üzünü ata tutaraq deyir:
- Ay heyvan, dayan. Sən də Mirzə Hüseyn xan kimi bivəfalıq etmə, haraya gedirsən, məni də apar.
Yoldaşları xeyli gülürlər.
Ədib bir gün evdə olarkən pəncərədən Kür çayına tamaşa edirmiş. Bu vaxt evin xalçaları balkona sərili imiş. Onların evinə qonşu olan bağda da çoxlu avara-sərgərdan adam var imiş . Bu avaralardan biri də fürsət axtarırmış ki, xalçanı oğurlayıb aparıb bazarda satsın. Oğru bu məqsədlə balkona yaxınlaşır və xalçaları sürüşdürüb yerə salır və birini qoltuğuna vurub Tiflisin məşhur Şeytanbazarına satmağa aparır. Mirzə Fətəli bütün bunları görürmüş və oğrudan xəbərsiz onun ardınca düşüb izləyir. Bunlar düz gəlib çıxırlar Şeytanbazara. Xalçanı oğurlayan bazarda onu qabağına sərib satmaq istəyəndə Axundov ona yaxınlaşır:
- Xalçanı neçəyə satırsan?
- Çox bahadır, sən ala bilməzsən.
- Əşşi, qiymətini de, alacağam.
Nəhayət, oğru bir qiymət deyir, Axundov da razılaşır , amma bir şərt irəli sürür ki, xalçanı o özü Axundovun evinə gətirsin.
Onlar gəlhagəl düz gəlib çıxırlar Mirzə Fətəlinin evinə. Mirzə oğruya "Indi xalçanı hardan götürmüşdün ora da qoy" deyəndə, oğru qorxudan ağappaq ağarır. Axundov ona deyir, qorxma, pulu da götür. Oğru təşvişə düşsə də, Mirzə Fətəli onu sakitləşdirərək deyir ki, bala, götür pulu, amma bir də belə şeylər eləmə.
Mirzə Fətəli Axundov haqqında maraqlı məlumatlar
Mirzə Fətəli Axundovun fikrincə, kamil adam olmaq üçün 7 vəzifəni yerinə yetirmək vacibdir:
İnsan pis əməldən qaçmalıdır.
İnsan hər zaman yaxşılıq etməyə çalışmalıdır.
İnsan zülmü dəf etməyə çalışmalıdır.
İnsan öz həmcinsləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır.
İnsan elm ardınca getməlidir.
İnsan hər yerdə elm nuru yaymağa səy etməlidir.
İnsan öz qüvvəsi və imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və həməqidələri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır.
***
Ədəbiyyat tarixindən məlumdur ki, 1866-cı ildə M.F.Axundov böyük qızı Seyrəbəyimi Qacar şahzadələrindən Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə verir. Altı ildən sonra Seyrəbəyim vəfat edir, iki uşağı yetim qalır. Bu hadisədən bərk sarsılan M. F. Axundov ölən qızından yetim qalan körpə nəvələrinin anasızlığını hiss etməmələri üçün kürəkənin gözəl əxlaqi keyfiyyətlərə malik bir gənc olmasını nəzərə alaraq ikinci qızı Nisə xanımı da Xanbaba xana ərə verir. Bəzi tədqiqatçılar yanlış olaraq bu uşaqların Nisə xanımdan olduğunu qeyd edirlər.
***
Böyük mütəfəkkirin yurdunda oğlu Rəşid bəy qalmış, onun vəsiyyətinə görə bütün mülkünə o, sahib olub. Amma M.F.Axundovun övladlarının sonrakı taleyi hələ də tədqiqatçılar tərəfindən müfəssəl olaraq işlənib üzə çıxarılmayıb.
1. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin elmi işçisi, hörmətli ziyalımız Mirzə Məmmədoğlunun aşağıda sizə təqdim etdiyimiz yazısı bu istiqamətdə atılan xeyirxah təşəbbüslərdən biridir.
Mirzə Fətəli Axundov haqqında maraqlı məlumatlar
Rəşid bəy Axundov 28 yanvar 1854-cü ildə Tiflis şəhərində anadan olub. 1863-72-ci illərdə Tiflis klassik gimnaziyasında təhsil alıb. 1874-də ali təhsil almaq üçün Brüsselə getsə də 1878-ci ildə atasının vəfatı onu sarsıdır, xəstələnir, maddi durumu pisləşir və geri qayıtmağa məcbur olur. 1882-də təhsilini tamamlamadan Tiflisə qayıdır, az sonra təhsilini bitirmək üçün Peterburqa gedir və yol mühəndisi ixtisasına yiyələnir. 1883-1884-cü illərdə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində çalışıb.
Mikayıl Rəfili "Mirzə Fətəli Axundov” adlı əsərində yazır: "Rəşidin həyatı faciəli olmuşdur. Vətənə dönəndən sonra o, uzun müddət iş tapa bilməmiş, Rusiyanı gəzmişdir. Fransız sosialistləri ilə əlaqədə şübhəli bilinərək, polis nəzarəti altında yaşamış, doğma xalqından və ictimai mübarizədən ayrı düşmüş, ideya çıxılmazlığından və çar polisinin onu sıxışdırıb saldığı həyat burulğanından nicat tapmayaraq öz həyatını intiharla bitirmişdir”.
Yuxarıdakı fikirlər düşünməyə əsas verir ki, atası Mirzə Fətəlinin ölümündən bərk sarsılan Rəşid bəy uzun müddət toparlana bilmir və düşdüyü depressiya, ümidsizlik onun həyatına ciddi şəkildə təsir edir. Uzun müddət dövlətin etimadsızlığından əziyyət çəkən Rəşid bəy 1905-ci ildən quberniya katibi vəzifəsini də icra etməyə başlayır. Amma ruhi sarsıntılar onu qarabaqara izləyirmiş…
Şəmistan Nəzirlinin araşdırmalarında 1909-cu il yanvarın 30-da Müfti Mirzə Hüseyn Əfəndi Qayıbovun Bakıda həkim işləyən oğlu Bahadır bəy Qayıbovun yazdığı məktuba rast gəlirik: "Rəşid bəy molxulyanın "qələbə”sindən sonra məyusluqla özünü tapança ilə qətl elədi. Oğlu Fətəli bu günlərdə gələsidir. Rəşid bəy məni və Xanbaba xanı apekun (qəyyum) təzim edibr. Bu barədə də kağız yazıbdır. Bu gün "Kafkaz”dakı cənab sərdara və qrafinyaya oxunan nitqinin (reçini) müsəlmancasını mən tərtib etdim, sonra Nərimanov ruscasını sərdara və qrafinya hüzurlarında oxuduq. Hər ikisi çox razı qaldılar və sərdar dedi ki, bu beş nəfər qızların vəsaitimlə Svyataya Ninaya götürməkləri mənim tərəfimdən bir cüzi nümunədir. Gələcəkdə gücüm çatan qədər müsəlman uşaqlarının təlim və tərbiyələrinə çalışacağam”.
Rəşid bəy Axundovun yeganə oğlu Fətəli bəzi məlumatlara görə "Molla Nəsrəddin” jurnalının əməkdaşı İsmayıl Həqqi ilə bir vaxtda repressiyanın qurbanı olub və 1938-ci ildə güllələnib.
Rəşid bəyin ədəbiyyat tariximizdə də özünəməxsus rolu olub. 18 yaşındaykən "Şarl Mismerin Ali paşaya məktubu" fəlsəfi əsərini fransızcadan ruscaya, Alfred dö Breanın "Bir balaca parislinin həyatı" romanınısa fransızcadan dilimizə çevirib. Atasının irsini qoruyaraq saxlayıb. Mirzə Fətəli Axundov kimi bir dahinin oğlunun intihar etməsi, nəvəsinin repressiya qurbanı olması çox ağırdır. Eyni zamanda bu barədə məlumatlar da çox cüzidir. /anaveusaq.az/
Oxşar xəbərlər
- Ermənistan Rusiyaya NOTA verdi
5 iyul 2025 00:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
4 iyul 2025 14:08
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
3 iyul 2025 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 11:48
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
2 iyul 2025 19:28
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
Xəbər lenti
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
Video & Fotoqalereya
Video
Fotoqalereya