Milli - siyasi elitamızın zirvəsi
Vaqif Abdullayev - siyasi elmlər doktoru, professor
51 il əvvəl, iyulun 14-də Azərbaycanın siyasi tarixində mühüm və əlamətdar hadisə baş verdi. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi. Ümummilli liderin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanın həyatında əsaslı dönüş yarandı, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında əhəmiyyətli dəyişikliklər baş verdi, ölkə həyatının bütün sahələrinin ritmi büsbütün dəyişdi.
Heydər Əliyev sovet üsul-idarəçiliyində hökm sürən köhnə həyat-tərzini, bürokratik aparatın dayaqlarını “sındırmağa”, idarətmənin və cəmiyyətin yeniləşməsinə gətirib çıxaran addımlar atmağa başladı. İqtisadi həyata yeni ahəngdarlıq, əhval-ruhiyyə gətirdi, 1969-cu ilədək SSRİ-nin geridə qalan aqrar respublikası kimi tanınan Azərbaycanın çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə çevrildi. 14 il ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi. Bakı Kondisionerləri Zavodu, “Ozon” Elm-İstehsalat Birliyi, Elektron Hesablayıcı Maşınlar Zavodu, Dərin Özüllər Zavodu, Sumqayıt Kompressor Zavodu, Üst Trikotaj Fabriki, Gəncə Əlvan Metallar Emalı Zavodu, Naxçıvan Şüşə Qablar Zavodu, Əli Bayramlı Məişət Cihazları Zavodu və yüzlərlə digər sənaye obyekti istismara verildi. Həmin illərdə respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə göndərilirdi.
Ötən əsrin 70-ci illərində Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verildi. On dörd ildə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Beləliklə, respublikamızın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı.
Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanması, soykökə qayıdışın başlanğıc dövrü kimi də səciyyəvidir. Böyük şəxsiyyət sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı. yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevirə bildi. Həmin illərdə 10 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.
Həmin illərdə Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycandakı memarlıq abidələrində bərpa işləri aparıldı, görkəmli şair və yazıçıların yubileyləri keçirildi, tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının abidələri ucaldıldı, milli varlığımızın, dəyərlərimizin və adət-ənənələrimizin təbliğinə xidmət edən filmlər çəkildi.
Ulu Öndərin həmin dövrdəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması oldu. Yüzlərlə azərbaycanlı gəncin keçmiş İttifaqdakı ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Bu kadr potensialı dövlət müstəqilliyinin bərpasından sonra milli Silahlı Qüvvələrin zabit heyətinin formalaşmasında müstəsna rol oynadı.
Ulu öndərin hakimiyyət zirvəsinin ən mühüm əlamətdar bir dövrü keçmiş SSRİ-nin Siyasi Büronun üzvü seçilməsi, Nazirlər Sovetinin birinci müavinin kimi məsul vəzifəyə irəli çəkilməsi idi. Azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması həqiqətən qürurverici hadisə idi.
Heydər Əliyevin SSRİ-nin siyasi elitasının zirvəsinə yüksəlməsi Azərbaycanın ümumilli maraqlarının qorunmasında, inkişafında, milli intibahında və gələcək milli dövlətçiliyin əsaslarının yaradılmasında mühüm rol oynadı.
Ümummilli liderimiz ötən əsrin sonlarında artıq dağılmaqda olan nəhəng bir dövlətin rəhbər vəzifəsində işləməyin mənasız olduğunu və Qorbaçov siyasi hakimiyyətinin bütün xalqları uçuruma apardığını dərk edərək şərəflə, vicdanla çalışdığı vəzifəsindən istefa verdi. Onun hakimiyyətdə olmaması xain və Azərbaycana düşmən olan bütün qüvvələrin əl-qolunu açdı, Azərbaycanın qara günləri başladı, erməni separatizmi Dağlıq Qarabağda meydan sulamağa başladı.
Azərbaycanı parçalamaq istəyənlər yeganə çıxış yolunu Ulu öndəri siyasi fəaliyyətdən kənarlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, Ümummilli Liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı. Elə Azərbaycanın dəhşətli, faciəli günləri də bundan sonra başlandı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edildi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Azərbaycanda siyasi qarşıdurmalar, xaos, anarxiya dərinləşdi, xalqımıza qarşı ən ağır cinayətlər törədildi. Hər kəs bu gün də əminliklə bu qənaətdədir ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Dağlıq Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi.
Azərbaycanın siyasi həyatının ən qürurlu səhifələrindən biri Ulu öndərin Moskvadan Bakıya qayıdışıdır. Həmin dövrdə Naxçıvanda son dərəcə ağır vəziyyət hökm sürürdü. Bir tərəfdən, iqtisadiyyat dağılaraq iflic olmuş, əhali var-yoxdan çıxmışdı. Digər tərəfdən isə ermənilərin aramsız hücumları situasiyanı daha da mürəkkəbləşdirirdi. Belə bir vaxtda Heydər Əliyevin Naxçıvana qayıdışı Muxtar Respublikanı böyük fəlakətdən qurtardı, işğaldan qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. Onun Muxtar Respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.
1990-cı illərin əvvəllərində azadlıq və nicat küləkləri məhz Naxçıvandan əsirdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi. Ümummilli liderin Naxçıvana qayıdışı, burada Azərbaycanın xilası naminə tədbirlər həyata keçirməyə başlaması təkcə naxçıvanlıların deyil, bütün xalqımızın itməkdə olan inamını özünə qaytardı.
1993-cü ilin ortalarında ölkədə yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. 1993-cü il 15 iyunu tarix salnaməmizə Milli Qurtuluş Günü, xilaskarın və onunla birgə inamın qayıdış günü kimi yazılıb. Ümummilli Lider Azərbaycanı çətin sınaqlardan, siyasi fırtınalardan sağ-salamat çıxararaq sakit limana gətirə bildi. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu.
Azərbaycanda yeni siyasi-iqtisadi inkişaf hədəfləri müəyyən edildi, qətiyyətli islahatlar həyata keçirildi, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu. Bununla da tənəzzüldən yüksəlişə doğru çətin, lakin qətiyyətli uğur yolu başladı.
Heydər Əliyev nadir dövlət xadimi kimi tarixdə dərin iz qoyub. Azərbaycanın son 50 illik tarixində Ulu Öndərin silinməz imzası var. Onun ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasında dayanır. Ümummilli Liderin strategiyası - Azərbaycanın inkişafına və modernləşməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu kursun davamı kimi 2003-cü ildən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub və bu yolda inamla irəliləyir. Bu gün Azərbaycan Ulu öndərin müəyyənləşdirdiyi inkişaf xətti ilə yeni uğurlara imza atmaqda, bölgənin ən inkişaf etmiş ölkəsinə çevrilməkdədir.
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
5 fevral 2026 22:49
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Ərdoğandan Misir prezidentinə hədiyyə
5 fevral 2026 00:53
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
4 fevral 2026 18:49
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
3 fevral 2026 21:39
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
