Avar icması İlham Əliyevə müraciət etdi: “İşğalçılara qarşı döyüşmək üçün əmrinizi gözləyirik” - Foto

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, yeni ərazilərin işğal edilməsinə cəhd göstərilməsi, Tovuz rayonunun yaşayış məntəqlərinin bombalanması ölkəmizdə döyüş əhval-ruhiyyəsini artırıb. Son bir neçə gün ərzində minlərlə şəxs könüllü olaraq Azərbaycan ordusunun sıralarına qatılmaq və işğalçılara qarşı döyüşlərdə iştirak emək üçün müvafiq qurumlara müraciətlər ünvanlayırlar.
Ali Baş Komandanın çağırışına səs verənlər sırasında müxtəlif yaş kateqoriyasının nümayəndələri kimi, müxtəlif xalqların təmsilçiləri də çoxluq təşkil edirlər.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə növbəti belə bir müraciəti Avar icması adından Azərbaycan-Avar İctimai Birliyi İdarə Heyətinin sədri Məhəmməd Nooyev edib.
Həmin müraciəti təqdim edirik:
“Möhtərəm cənab Prezident, Ali Baş Komandan!
İşğalçı Ermənistan Respublikası və onun cinayətkar rəhbərliyi Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasətini son günlər daha da genişləndirməyə və digər əraziləri işğal etməyə çalışır. Dağlıq Qarabağı və ətraf rayonları işğalda saxlamaqları azmış kimi hələ işğal bölgəsindən xeyli uzaq məsafədə yerləşən Tovuz rayonu ərazisinə də hücuma cəhd edir və Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədir, kəndləri artilleriya atəşinə məruz qoyur. Bütün dünya koronavirus adlı qlobal pandemiya ilə mübarizə aparmaqdaykən Ermənistan fürsətdən istifadə edib Azərbaycanın yeni ərazilərini işğal etmək istəyir. Lakin bu dəfə unudur ki, onun qarşısında duran 1990-cı illərin əvvəllərindəki nizamsız ordu deyil, özünün sabit və güclü imkanları, bölgəmizin ən güclü ordusu ilə seçilən Azərbaycandır. Elə bu üstünlüyümüz də bizə imkan verdi ki, düşməni nəinki geri oturdaq, üstəlik onun hərbi texnika və canlı qüvvəsini də məhv edək. Belə bir zamanda Ermənistanın bu təcavüzü Azərbaycan xalqını haqlı olaraq ayağa qalxmağa, Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə sövq etdi. Yüz minlərlə Azərbaycan gənci ordumuza könüllü qatılmaq, işğalçı Ermənistana öz yerini göstərmək üçün Ali Baş Komandan olaraq Sizə üz tutdu. Siz də hər zamankı əminliklə bəyan etdiniz ki, Azərbaycan ordusu indiki durumda əlavə səfərbərliyə ehtiyac duymur. Lakin belə bir iradə nümayişi, əlbəttə, hamımızın ürəyincə oldu.
Möhtərəm cənab Ali Baş Komandan,
Səfərbərlik üçün ayağa qalxmış yüz minlərlə Azərbaycan gəncinin arasında bizim icmamızın da çoxsaylı nümayəndələri var. Onlar da hər bir azərbaycanlı kimi ümumi Vətənimiz olan Azərbaycan naminə düşmən qarşısına çıxmaq, torpaqlarımızın azadlığı uğrunda döyüşməyə, hətta canlarını fəda etmək üçün Sizin əmrinizi gözləyirlər. Biz vahid Azərbaycan xalqının tərkib hissəsi olaraq ölkəmizin bir qarış torpağının belə Ermənistanın işğalı altında qalmasına dözmək fikrində deyilik. Ona görə də Sizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda apardığınız işdə yenidən tam dəstəyimizi ifadə edir, əmrinizə hazır olduğumuzu bildiririk. Tək bir çağırışınız yetər ki, bütün azərbaycanlılar kimi biz avarlar da silaha sarılıb işğalçı Ermənistana qarşı canımız və qanımızla savaşaq!
Qarabağ savaşında bu vaxtadək çox sayda avar gənclərimiz iştirak edib, onlardan bəziləri şəhid olub. Avar şəhidlər də daxil olmaqla bütün Azərbaycan şəhidlərinin qisasını almaq üçün qüdrətli ordumuzun tərkibində düşmən qarşısına çıxmağa hər an hazırıq.
Avar icması adından,
Məhəmməd Nooyev, Azərbaycan-Avar İctimai Birliyi İdarə Heyətinin sədri”.
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
5 iyul 2025 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
5 iyul 2025 00:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
4 iyul 2025 14:08
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
3 iyul 2025 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
3 iyul 2025 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 11:48
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
3 iyul 2025 09:46
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16