Şirin MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödədiyi pulu işçilərin maaşından tutur?-İDDİA
2020-ci ildə dünyanı pandemiya öz cənginə aldı. Bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər gördü və karantin tədbirlərinə başladı. Koronavirusla mübarizə üçün isə fond yaradıldı. Azərbaycan prezidenti Cənab İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva bir illik maaşlarını Koronavirusla Mübarizə Fonduna bağışladılar. Bu təqdirəlayiq addımdan sonra əksər iş adamları, şirkətlər, adi və sıravi vətəndaşlar, dövlət məmurları da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr köçürməyə başladılar.
Bu şirkətlərdən biri də Şirin MMC şirkəti oldu.
Alqışlanası addımdır, ölkənin pandemiya ilə mübarizə apardığı bir dövrdə dəstək durmaq, ianə ayırmaq alqışlanası addımdır. Amma bu, işin sadəcə görünən tərəfidir. Əslində məsələnin bir əmması da var. Sən demə, şirkət Fonda köçürdüyü pulu əməkdaşlarının maaşından tuturmuş. Bu barədə redaksiyamıza bir müddət əvvəl sözügedən məsələyə görə şirkətlə yollarını ayıran Zamiq İbrahimov məlumat verib: “2020-ci ilin mart ayında Şirin MMC şirkətində supervayzer kimi işə dəvət edildim. İşə qəbul üçün ilk görüşdə şirkət rəhbərliyi iş qaydalarını izah edəndə bildirdi ki, əmək haqqım 1300 AZN olacaq və maaşım rəsmi qaydada adıma açılan bank kartına köçürüləcək. Bundan əlavə, aylıq satışa və müştərilər tərəfindən yığılan ödəmələrə görə bonusların da olacağını bildirdi. Ay tamamında isə maaş kartımı soruşdum, mənə maaşı bu ay kassadan nağd şəkildə alacağımı bildirdilər. Aprel ayında isə şirkətin İnsan Resursları şöbəsinə çağırıldım və əmək müqaviləsi imzalandı. Mən isə adətim üzrə imzaladığım bütün müqavilələri sona qədər oxuyuram. Əmək müqaviləsini də tam oxudum və müqavilədə rəsmi əmək haqqım 1300 AZN, iş vaxtı həftədə 40 saat olmaqla 5 gün 08:00-17:00 qrafiki ilə göstərilmişdi. Müqaviləni imzaladım. May ayında da əmək haqqı üçün nəzərdə tutulan bank kartım mənə verilməmişdi. Bu səbəbdən də aprel ayının maaşını bankdan şəxsiyyət vəsiqəmi təqdim edərək aldım. Bankın əməkdaşı hesabıma 1071 AZN köçürüldüyünü bildirdi. Bankdan maaşımı götürüb Şirin MMC-nin mühasibi ilə əlaqə saxladım. Mənə dedilər ki, aprel ayının əmək haqqından 3 günlük məbləğ tutulub və buna görə maaşım 1300 yox, 1071 AZN olub. Amma mən 5 mart 2020-ci il tarixdən Şirin MMC-də çalışırdım. May ayını da işlədim və iyun ayında da yenə də maaş kartım olmadığı üçün şəxsiyyət vərəqəsi ilə bankdan maaşımı almağa getdim. Bu dəfə isə sözün əsl mənasında şoka düşdüm. Çünki 1300 AZN əvəzinə hesabıma 836 AZN köçürülmüşdü. Şirkətə gəldim və bunun səbəbini soruşdum və mənə may ayının 1 həftəsinin maaşının hesablanmadığını dedilər. Bu barədə rəhbərliyə sual verəndə “Qərarı müdiriyyət verib, biz bilmirik” cavabını verdilər. May ayında mənimlə birlikdə işləyən supervayzer Famil Əliyevin də maaşı ilə bağlı eyni hal təkrarlandı və o da 836 AZN əmək haqqı aldı. Bundan əlavə, mənim tabeçiliyimdə olan satış nümayəndələri və merçandayzerlərin də maaşlarından müxtəlif məbləğlərdə pul tutulmuşdu. O günlərdə isə şirkət işçiləri arasında “Şirin MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min AZN ödəyib. Pulu isə işçilərin maaşından tutur” kimi söz-söhbət gəzirdi. Həmin gün isə işdən ayrılmaq qərarına gəldim. Ərizə yazıb işdən çıxmaq istədim. Şirkətin satış müdiri vəzifəsini icra edən Eton İbrahimov isə mənə “buyur, yaz. Amma tarix qoyma ayın sonuna qədər işlə, 30 iyun tarixində işdən çıxarsan” dedi. İyun ayının 30-a qədər Şirin MMC-də çalışdım və 30 iyun tarixində şirkətdən ayrıldım. 16 iyul tarixində isə əmək kitabçası və iyun ayı üçün maaşımı almaq üçün şirkətə getdim. Kassada mənə 268.50 AZN maaş yazıldığını dedilər. Bu dəfə isə 3 həftəlik iş günümü nəzərə almamışdılar. Maraqlıdır ki, şirkət son ayda da rəsmi maaş ödənişi etmədi. Görəsən şirkətin müvafiq dövlət qurumlarına verdiyi hesabatlarda işlədiyim dövrdə mənə verilməli olan 1300 AZN maaşımın tam ödənilməməsi necə izah edilir?” Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi və Dövlət Vergi xidmətinə yazılı şəkildə müraciət etməyə hazırlaşıram. Buradan rəsmi şəxslərə müraciət edirəm, bu şirkətlər gördükləri bu cür qara işləri necə gizlədirlər? İşçinin işə gəlmədiyini rəsmi hesabatlarda aktsız, arayışsız necə göstərmək mümkündür? Bu cür şirkətlər haqqında hələ də niyə tədbirlər görülmür? Məsələ ilə bağlı Şirin MMC-nin mövqeyini dərc etməyə hazırıq.
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 2026 20:00
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 2026 00:06
- Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
27 aprel 2026 00:00
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
