Sevinc Osmanqızıdan ermənilərə dəstək
Müsahibə26 iyul 2020 19:53
Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda azərbaycanlı jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib.
"Report” xəbər verir ki, soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı "sivil" mübarizə aparmağa çağıran Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb.
O, iddia edib ki, guya bu gün "sivil" qarşıdurmanı pozan Azərbaycan tərəfidir. "Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”, - deyən S.Osmanqızının Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi fikirlər ermənilərin çoxdan axtardıqları bəhanələrdir. Bəli, düşmən çoxdandır bizim hansısa birimizin dilindən bu sözləri axtarırdı ki, ondan istifadə edərək, "baxın, azərbaycanlılar özləri öz əməllərini işfa edirlər”, - desin.
"Onlar (xaricdə yaşayan azərbaycanlılar - red) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” - sualını verən jurnalist üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları "görmürmü”? Olmaya ermənilərin küçələrdə döyüb xəsarət yetirdikləri soydaşlarımızın axan qanını, yaralarını da görməzlikdən gəlir?
"Mən yenə də davanın kim başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”, - deyən Osmanqızı daha sonra əlavə edir: "Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”. Və Sevinc Osmanqızı bununla da özü barəsində tam, dolğun, əslində əvvəllər də mövcud olan xoşagəlməz imic haqqında aydın təsəvvür formalaşdırdı.
Məntiqsiz cümlələri ilə özü özünü ifşa edən jurnalist təəssüf ki, hansısa maraqlardan irəli gələrək Azərbaycanı nüfuzdan salmağa çalışır. Sevinc Osmanqızı gah "Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir” - deyir, gah da "Davanın kimin başlamasını ayırd etmək çətin məsələdir", - iddiasını ortaya qoyur. Onun çıxışında ittiham irəli sürdüyü Azərbaycan sözündən cəmi 1 dəqiqə sonra davanı kimin başlamasının naməlum olduğunu deməsi həm məntiqsizlikdən, həm də siyasi savadsızlıqdan irəli gəlir. Şübhəsiz ki, bütün bunların xarici zərbəsi bizə dəyə bilər.
Deyəsən Osmanqızı iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidlərimizi də unudub. Bütün bunlar bir yana, belə çıxır Sevinc Osmanqızı atası Osman Mirzəyevin ermənilərin əli ilə şəhid olmasını da "yaddan çıxarıb”. Yoxsa düşmən dəyirmanına bu qədər su tökməzdi.
Oxşar xəbərlər
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Abbas Abbasovun evində AXTARIŞ: Mehdiyev işi ALOVLANDI
28 yanvar 2026 12:07
- GƏRGİN DEBAT: Pənah Hüseynlə Nemət Pənahlının SÖZ DUELİ – Elçibəy, 20 yanvar, İran mövzusu....
27 yanvar 2026 14:39
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Veysəloğlu MMC -Gələcəyin Liderlik Ekosisteminin Qurulması- üzrə strateji yanaşmasını təqdim etdi (FOTO)
9 yanvar 2026 18:47
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
Xəbər lenti
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
Video & Fotoqalereya
Video
Fotoqalereya
