Rejissor: Tovuzdakı real döyüşləri əks etdirən sənədli çarxı tezliklə təqdim edəcəyik
Mədəniyyət26 iyul 2020 21:43

Bu gün müsahibim gözəl proqramlara imza atmış rejissor Ay Production-un rəhbəri Oktay Əliyevdir.
Öncə onu qeyd edim ki, Oktay Əliyev böyük bir yaradıcı məktəbin yetirməsidir.
O, 2003-cü ildə Azərbaycanda keçirilmiş “Naməlum kino” festivalında 18 ölkədən qatılan nümayəndələr arasında “Ən obyektiv jurnalist” nominasiyasına layiq görülüb. Müxtəlif telekanallarda dəfələrlə maraqlı layihələrlə izləyicilərin qarşısına çıxıb. “Retro”, “Kinoklubda görüş”, “Həyatın bir anı” kimi Qızıl fondda saxlanılan proqramların yaradıcı qrupunda iştirak edib. AzTV kimi yaradıcı bir məktəbin yetirməsi olmasıyla fəxr edir. Ən hörmətlə andığı ad isə bu günlərdə koronavirus səbəbi ilə həyatını itirən Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayevdir. Oqtay ilə söhbətimizə də əziz müəlliminin, ustadının xatirəsi ilə başlayır.
– Oktay, xoş gördük. Nə zamandır, görüşmürük. Necəsən?
– Əslində bu günlər çox üzüntülüyəm. Etibar müəllimin ölümü məni dərindən sarsıtdı. O mənim üçün müəllim, ustad olmaqla yanaşı, böyük qardaş idi. İncəsənət Universitetinə daxil olandan sonra, elə birinci kursdan onun yanıında rejissor assisenti kimi işləməyə başlamışam. Ali məktəbdə sadəcə dərs keçilir, iş prossesində isə sən her şeyi yerində öyrənirsən, həm də daha dərin və daha yaxşı. Bu mənada mən rəhmətlik Etibar müəllimə çox şey borcluyam. Çox gözəl insan idi, Eyni zamanda işinin peşəkarı, zəhmətkeş ,öyrənməyi və öyrətməyi sevən sənətkar idi. Mən onun şəxsində həm qardaşımı, həm ustadımı, həm də dəyərli bir insanı itirmişəm.
– Bildiyimə görə, yaxın dostlarınızdan olan Həmidə xanım Ömərova da sizin müəlliminiz olub.
– Bəxtim onda gətirib ki, həmişə gözəl müəllimlərim olub. Mənə peşəmin sirlərini öyrədən ustadım İman Məcidovun adını da çəkmək istəyirəm. Həmidə Ömərova universitetdə oxuyanda dərs deyirdi mənə. O zamanlar mən də AzTV- də Kinoproqramlar və dublyaj Baş Redaksiyasında işləyirdim, dərsə gedə bilmirdim. Semestrin sonunda mənə dedi ki, səni dərslərimdə görmürəm, qiymət yazmayacam . Mən də dedim ki, Həmidə xanım mən kinoproqramlar redaksiyasında işləyirəm. Qucaqladı məni, dedi sən ən yaxşı dərsi elə orda almısan, qiymətin hazırdır.Sonralar da məşhur “Retro” proqramının birlikdə çalışdıq.
– Bir aralar sizin producsion ölkə üzrə səs gətirən, çox maraqlı layihələrlə efirə çıxdı. Yeni layihələr varmı, tezliklə sizing yeni əl işlərinizi görə biləcəyikmi?
– Bəli, bizim hər zaman izləyicilərin marağını çəkən məhsullarımız olub.Hədiyyələrlə, musiqyiqlə, eyni zamanda ciddi social, ictimai proqramlarla efirlərə çıxmışıq, sözümüzü demişik. Yeni işlərimiz də var. Bir neçə layihə planlamışıq, hətta bir neçəsi artıq hazırdır, bu günlərdə efirlərə çıxacaq. Sadəcə pandemiya bütün sahələrdə olduğu kimi, bizim işlərə də müəyyən durğunluq gətirdi. Bir uşaq verilişi hazırlayırıq. İki kanalda veriləcək. Sosial şəbəkələrdən ən çox yer alan xəbərlərin toplusunu da bir proqramda yeni formatda təqqdim edəcəyik. Bir çox çəkilişlərimiz var ki, onları dayandırdıq ki, nə əməkdaşlarımız, nə də aralarında olduğumuz insanları yoluxdurmayaq. Türkidilli ölkələr arasında pop musiqi yarışması keçirəcəkdik. Danışıqlar aparmışıq, razılaşmalar, müqavilələr hazır idi. Pandemiyaya görə bu layihəni saxlamalı olduq. Amma indi onu da düşünürük ki, biz işimizi elə quraq, formatlarda bir balaca dəyişiklik edərək layihələrimizi ləngitmədən təqdim edə bilək.
– Kino, sənədli filmlər bu gündən sabahımıza ən yaxşı yadigardır. Son günlər ölkəmizin gündəmi Tovuzda baş verən təxribatlar, bunun fonunda ermənilərlə-azərbaycanlılar arasında baş verən toqquşma xəbərlərilə çalxalanır.Siz necə, “Ən obyektiv journalist” olaraq bununla bağlı hansısa bir iş üzərində fokuslaşa bildiniz?
– Sərhəddə, Tovuzda igid general və əsgərlərimizin həlak olması ürəyimizə toxunsa da bizi sarsıtmadı. Xalq olaraq ayaqlanmağımız da bunu göstərdi. Biz indi şəhid olan general və əsgərlərimiz haqqında bir sənədli film üzərində işləyirik. Real kadrlarla 15-20 dəqiqəlik bir çarx olacaq. Heç yerdə görünməyən lentlər var. Çox maraqlı bir iş alınacağından əminəm və bunu telekanallarımıza təqdim edəcəyik. Kommersiya filmi deyil, sırf şəhidlərimizin xatirəsinə ithafən yaradılıb, əminəm ki, kanallarımız da bu sənədli çarxın nümayişinə dəstək verəcəklər. Bu günlər xalqımızın mübariz ruhunu görmək, hiss etmək dilə gəlməyəcək qədər gözəl duyğudur. Mən özüm də hərbi xidməti Sərhəd qoşunlarında keçmişəm, Lazım gələrsə, vətən çağırarsa, bu uğurda canımı verməyə hazıram.Bu işdə təcrübəmin olduğunu da düşünərək hesab edirəm ki, Sərhəd Qoşunlarında mənim iştirakım faydalı olar.
– Siz də könüllü olaraq yazılmısız?
– Əslində hərbi xidmət keçmiş hər kişi yazıldı-yazılmadı, döyüş başlayarsa dərhal səfərbərlik xidmətinin qarşısında olmalıdır.Döyüş başlasa əlbəttə ki, hər işi qoyub , ilk növbədə vətəni qorumağa dəcəyik. Bəli, mən də yenidən könüllü əsgər olaraq yazılmışam.Üstəlik, əslən Bakı olsam da, məni Tovuza bağlayan xüsusi tellər var.
– Bir ara sıxıntı çəkdiyini də eşitdik…
– Olur həyatda hamının başına hər iş gəlir. Biz bəzən elə bilirik ki yaxşılıq edirik. Amma nəticəni zaman göstərir, sən yaxşılıq etmisən yoxsa yox. Mənə də belə bir zərbə dəydi. Mənəvi cəhətdən sarsıldım. Lakin ana- atam və çox yaxın iki dostumun dəstəyi ilə mən yenə gücləndim və bu gün artıq bizim şirkətimiz böyük rəqabətə hazırdır. Bizim silahımız da gözəl ideyalarımız, və bu ideyaların məhsulu olan layihələrimizdir. Necə deyərlər, igid odur atdan düşsə, atlana.
– Uzun müddət tanınmış sənətkarlarla işləmisiz. Yəqin ki, maraqlı hallar yaşanıb.
– Bəli çox olub. Məsələn elə olub, proqramın efirə getməyinə yarım saat qalıb, amma material olan kaset itib. Biz Etibar müəllimlə onu yarım saata yenidən işləyib, montaj edib efirə vermişik. “Kinoklubda görüş” verilişinin çəkilişlərində Xalq artisti Hacı İsmayılovu ayrıca çəkməliydik. Dedilər saat 8-ə de gəlsin çəkilişə. Özü də çəkiliş Xırdalanda olacaq Mən səhər tezdən Hacı müəllimi çağırıb aparmışam Xırdalana . Sonra məlum olub ki, çəkiliş axşam saat 8-ə olub. Hacı müəllim də sağ olsun, daha narazılıq etmədi, gülüşlə qarşıladı.
– Bu gün bir çoxları telekanallarımızın fəaliyyətindən, efirə gedən verilişlərin keyfiyyətindən, aparıcı mədəniyyətindən narazılıq edir.Bir proqramı hazırlayanda ən çox nəyə önəm verirsiniz?
– Bilirsinizz, hər işi görəndə onun arxasında qazanc güdmək lazım deyil. Bəsit bir şeylə efirə çıxıb, kiməsə özünü niyə söydürəsən. Efirə çıxıb özünü söydürənlər var.
Mənim üçün ən önəmlisi o veriliş, o proqram insanlara faydalı olsun, konkret nəsə yardım etsin, öyrətsin. Efir mədəniyyət deməkdir. Bu olarsa sənin gördüyün işin bir anlamı , vicdanın da rahat olur. Həm də gərək, yaradıcı insan olaraq yeni bir iş ortaya qoyanda imzanı atasan, hər yeni işin digərindən daha uğurlu olsun, yadda qalsın. Buna can atmışam həmişə. Yenidən gələcəyimiz layihələrdə də bu məqamları əsas götürmüşük. Çox böyük bir işlə yaxın zamanda izləyicilərimiz bizi görəcəklər. Sirlərimizin hamısını açmaq istəmirəm, lakin demək istəyirəm ki, gözələnilməz, fərqli bir sürprizlə qarşılaşacaqlar. Bu proqramda izləyicilərimiz də iştirak edəcək, onlar da qazanacaqlar. Həm maddi, həm mənəvi anlamda.
Söhbətləşdi: İlhamə Rəsulova
Oxşar xəbərlər
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
6 sentyabr 2025 14:42
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
6 sentyabr 2025 00:26
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
5 sentyabr 2025 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
5 sentyabr 2025 17:09
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
5 sentyabr 2025 00:25
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
3 sentyabr 2025 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
Xəbər lenti
- İlin sonunadək amnistiya gözlənilir ?
06 sentyabr 14:49
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
06 sentyabr 14:42
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
06 sentyabr 14:37
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
06 sentyabr 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
Video & Fotoqalereya
Video
Fotoqalereya