DSX-nın keçmiş rəis müavininin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib oldu
Artıq bir neçə aydır ki, DSX rəisi Elçin Quliyevin başının üstünü qara buludlar alıb. Öislahatlar fonunda ölkəmizdə məmur özbaşınalığı, külli miqdarda vəsait mənimsənilməsi faktlarına görə onlarla məmur vəzifədən alınıb, bəziləri isə həbsdədirlər. Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində DSX rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Onunla birlikdə daha üç vəzifəli şəxsin saxlanıldığı bildirilir.
Görünən odur ki, bu kimi mənimsəmələr, fırıldaqçılıq DSX-da "qədimdən” kök salıbmış. Redaksiyamıza daxil olan bir şikayət bunu deməyə tam əsas verir.
Söhbət Yalama və Biləsuvarda DSX-nin buraxılış məntəqələrinin rəisi vəzifələrində işləmiş, Dövlət Sərhəd Xidmətinin zabiti, kapitan Abdullayev Tural Sücəddin oğlundan gedir. Məsələ burasındadır ki, onun atası da zamanında DSX komandanının keçmiş müavini olub.
Dövlət Sərhəd Xidmətinin zabiti, kapitan Abdullayev Tural Sücəddin oğlu 2016-cı və 2018-ci illərdə Yalama və Biləsuvarda DSX-nin buraxılış məntəqələrinin rəisi vəzifələrində işləyib. Belə baxanda zabitin tutduğu vəzifələr əhəmiyyətli və mühüm postlar olub. Ancaq karyera yüksəlişindən T.Abdullayev iş saatlarını daha çox ona tapşırılan xidməti vəzifə ilə deyil, cinayət tərkibli əməllərə ayırıb.
Atasının DSX-nin keçmiş müavini olması, özünün tutduğu vəzifələrdən istifadə edərək ətrafında olan adamlarda özünə qarşı yüksək müsbət obraz formalaşdıra bilib. Belə gözəl fürsətdən yararlanan T.Abdullayev yaxın ətrafına inandıra bilib ki, kim onunla biznes əlaqələri qursa, az zaman ərzində "biznesə qoyduqları” pulların bir neçə qatını əldə edəcəklər. Çox təəccüblü və maraqlısı da budur ki, o öz tələsinə ilk olaraq saldığı insanlardan biri də Qarabağ müharibəsi veteranı, öz kirvəsi Namiq Mikayıl oğlu Hüseynov olub. Böyük pulları ələ keçirməzdən öncə kapitan Abdullayev kirvəsindən müxtəlif vaxtlarda 3 min, 5 min, 10min manatadək pul alıb və qaytarıb. Bu hadisə bir neçə dəfə təkrarlanıb və kirvəsinin tam etibarını qazanıb. Namiq Hüseynov isə, ailə üzvü hesab etdiyi kirvəsindən bu zaman ərzində heç şübhələnməyib. İncə məqamlardan istifadə edən T.Abdullayev kirvəsinə məxsus kafesini 300 min manta satdığını eşidib.Daha "möhtəşəm” planını işə salıb. N.Hüseynova zəng edərək tənbeh edib və deyib ki, əgər kafeni ehtiyaca görə satıbsa, çox nahaq iş görüb.
Ona pul lazım idisə gərək kirvəsinə deyərmiş. Elə bundan sonra qurulmuş planını həyata keçirməyə başlayıb. Hava limanında bilet satışı ilə məşğul olmaq üçün şirkətə şərik olmağı kirvəsinə təklif edib və planı baş tutub. N.Hüseynovdan bu məqsədlə 160.000 ABŞ dolları və 43.000 manat pul alıb. Üstündən bir müddət keçdikdən sonra N.Hüseynov təbii olaraq kapitandan işin gedişində hansısa irəliləyiş və şəriklik sənədinin olmamasını deyib.
T.Abdullayev isə, sənədlərin yaxın vaxtlarda hazır olacağını bildirərək vaxtı uzadıb. Daha sonra isə ümumiyyətlə, N. Hüseynovla görüşdən imtina edib. Həmin vaxtlarda tam aldanıldığını başa düşən N.Hüseynov dəfələrlə onun rəisi olduğu buraxılış məntəqələrinə gedib, lakin kapitan müxtəlif bəhanələrlə görüşdən yayınıb. Görüşəndə isə, pulları "Dəmir Bank”a qoyduğunu, həmin bankın isə, bağlandığını bildirib. Məsələnin tam fırıldaq olduğunu bilən N.Hüseynovun pulun qaytarılması ilə bağlı kapiatana olan müraciətləri heç bir nəticə verməyib. Məcbur qalıb məsələni T.Abdullayevin atası komandanın sabiq müavini Sücəddin Abdullayevə deyib. Ata oğlunun qətiyyən belə işlərlə məşğul olmadığını deyib və üstəlik kirvə olduqlarını, hətta, oğluna şər atdıqlarını bildirib.Əli hər yerdən üzülən N.Hüseynov lazımı instansiyalara müraciət edib. Bundan sonra Bakı hərbi Məhkəməsində kapitan Tural Sücəddin oğlu Abdullayev təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə həbs edilib.
Ata və oğul pulları kimə arxayın olub qaytarmırlar?
İstintaqın gedişi zaman daha maraqlı faktlar ortaya çıxıb. Belə ki, məlum olub ki, Namiq Hüseynov kapitanın nə birinci, nə sonuncu toruna saldığı şəxsdir. Onun əlavə olaraq biznes şəbəkəsi qurmaq adı ilə 8 nəfərdən müxtəlif zamanlarda bir milyon iki yüz manat pulu dələduzluqla ələ keçirdiyi məlum olub. Zərəçəkən şəxslərin isə hamısı T.Abdullayevin tanıdığı adamlar olub.
Çox qəribədir ki, pulun qaytarılması ilə bağlı zərərçəkənlərə onun atası və özü müxtəlif dövlət qurumlarında çalışan qohumlarının adı ilə təzyiq etməyə çalışırlar. Ona edilmiş dövlət vəzifəsindən sui-istifadə edərək qazandığı pullara və dələduzluqla ələ keçirdiyi pullarla xeyli sayda daşınmaz əmlak alıb və sözsüz ki, yaxın qohumlarının adına keçirib. Öz adına heç bir əmlak saxlamayıb.
Komandan müavini olmuş ata oğulunun dələduzluğundan zərərçəkənlərə çox maraqlı cavab verir. Kimə istəyirsiz müraciət edin.Ən uzağı 150-200 min verib onu azad etdirəcəyik və ya 2-3 il həbsdən sonra onu azad etdirəcəyik. Maraqlıdır deyilmi? Görünən isə budur ki, onlar pulu qaytarmayacaqlar və vəzifədə olan yaxın qohumlarının adının tez-tez hallandırırlar. Qohumları yuxarıda qeyd etdiyimiz kimi mühüm dövlət vəzifələrində çalışırlar. (red:. Adlar bizə məlum olsa da, hələlik açıqlamırıq)
Məcbur qalan Qarabağ qazisi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən məsələnin obyektiv nəticələnməsi üçün kömək istəyir. //icmal.az//
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
