“Əgər qəza baş versə, Türkiyənin yarısı gedəcək” – Heydər Əliyevdən tarixi xəbərdarlıq!
Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombasının atılmasının 75-ci ildönümüdür. Hansı ki, bu böyük faciə Ermənistanda fəaliyyət göstərən və region üçün son dərəcədə riskli olan Mertsamor AES-in mövcudluğunu yada salır. Bu təhlükə Qafqaz ölkələri ilə yanaşı, İran və Türkiyə üçün də eyni dərəcədə ciddi təhdiddir.
Moderator.az-a açıqlama verən jurnalist-tarixçi Seymur Əliyev Heydər Əliyevin illər öncə bu təhlükəyə diqqət çəkdiyini, bunu Azərbaycanla yanaşı, digər qonşu dövlətlər üçün də təhlükə hesab etdiyini vurğuladı:
“Heydər Əliyev Metsamoru sadəcə Azərbaycan və Gürcüstan üçün deyil, həm də İran və Türkiyə üçün böyük təhlükə hesab edirdi. O, bu gerçəyi Türkiyə mediasının da diqqətinə çatdırmağa çalışır, Metsamor təhlükəsinə qarşı birgə mübarizəni olduqca vacib hesab edirdi. Heydər Əliyev hesab edirdi ki, qəzalı vəziyyətdə olan Metsamorda baş verəcək hər hansı bir qəza Türkiyənin yarısında özünün hiss etdirəcək ,qardaş ölkə üçün ciddi problemlər yaradacaq. Təsadüfi deyil ki, Heydər Əliyev türk jurnalistləri ilə görüşlərinin birində Türkiyənin bu amilə diqqət yetirməsinin önəminə toxunmuş və demişdir:
“Ermənistanda böyük bir atom elektrik stansiyası vardı. 1990-cı ildə onu bağladılar. Çünki Ukraynanın Çernobıl şəhərindəki atom elektrik stansiyasında böyük bir fəlakət oldu. Çernobıl faciəsindən 11 il keçib, amma insanlar indiyə qədər şikəstdirlər, əlildirlər. Buna görə bu, təhlükəli bir şeydir. Ermənilər 1990-cı ildə atom elektrik stansiyasını tamam bağladılar. Amma sonra, iki il bundan əvvəl Rusiyadan həm böyük maliyyə, həm də texniki yardım verdilər, onların mütəxəssisləri, alimləri gəlib həmin atom elektrik stansiyasını bərpa etdilər, işə saldılar.
Bu atom elektrik stansiyası, ümumiyyətlə Ermənistan üçün də, Türkiyə üçün də təhlükəlidir. Bunu bilin, əgər orada bir qəza baş versə, Türkiyənin yarısı gedəcəkdir. Ona görə də mən hesab edirəm ki, Türkiyə buna etiraz etməlidir”.
Təəssüflər olsun ki, Azərbaycanın bütün səylərinə rəğmən, bu gün də Metsamor AES-in fəaliyyəti davam edir. Ermənistandakı bu stansiya dünən olduğu kimi bu gün də həm Azərbaycan, həm də Türkiyə üçün təhdid mənbəyi olaraq qalmaqdadır. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə olduğu kimi, Metsamor təhlükəsinə qarşı mübarizədə də əmədkaşlığı inkişaf etdirməsi zəruridir”.
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
