Eldar Həsənovu həbsxanaya salan əsl səbəb...
Hadisə14 avqust 2020 09:28
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq tədbirləri çərçivəsində həbs olunması şok effekti yaratdı.
Bu həbsin xüsusilə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfəri və az öncə baş verən anlaşılmazlığın aradan qaldırılması, siyasi münasibətlərin nizamlandığı bir məqamda baş verməsi böyük rezonans doğurdu.
Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünü və Bakının beynəlxalq hüquqa uyğun olan mövqeyini bir daha dəstəkləyən Serbiyanın şirkətlərinin Ermənistanla silah ticarəti razılaşması ilə bağlı səfirliyimizin məlumatlı olması və buna qarşı vaxtında fəaliyyətə keçməsi vacib idi. Serbiya nümayəndə heyətinin Bakıya səfəri də bir daha təsdiqlədi ki, bu ölkə Azərbaycanla siyasi-iqtisadi əlaqələrə mühüm önəm verir və müsəlman Azərbaycan Respublikasının Serbiyanın ərazi bütövlüyü məsələsində tutduğu prinsipial mövqeyi olduqca yüksək qiymətləndirir. Beləliklə, rəsmi Belqradın Azərbaycan-Serbiya münasibətlərini heç bir halda Ermənistana bir neçə milyonluq silah ticarətinə qurban vermək niyyətində olmadığı ortadadır.
Bu, beynəlxalq münasibətlərdə olduqca mühüm faktordur və Azərbaycanın nüfuzunu, dünyadakı yerini göstərir. Getdikcə ciddi regional oyunçuya çevrilən Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamaq artıq dünya dövlətlərinin diqqətini çəkirsə, bu, ölkəmizin siyasi-iqtisadi inkişafının göstəricisi, artan beynəlxalq nüfuzudur. Prezident İlham Əliyev hər zaman tərəfdaş ölkələrlə münasibətlərdə "qazanmaq və qazandırmaq” prizmasından çıxış edir. Başqa sözlə desək, bütün ikitərəfli və çoxtərəfli münasibətlərdə də, regional layihələrdə də qonşu və tərəfdaş ölkələrin iqtisadi maraqları nəzərə alınır, hər kəsin iqtisadi səmərə götürməsi üçün şərait yaradılır. Bu siyasət isə Azərbaycana böyük rəğbət yaratmaqla bərabər, ölkəmizin nüfuzunu daha da artırır və Bakı ilə iqtisadi layihələrdə iştirak etməkdə hamı maraqlı olur. Bu siyasi-iqtisadi münasibətlər əlbəttə ki, ölkəmizin milli maraqlarının və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyinin dəstəklənməsinə də əhəmiyyətli dərəcədə təsir edir.
Başqa sözlə desək, dünya ölkələri "qazanıb və qazandıran”, sürətlə regional oyunçuya çevrilən və Ermənistan istisna olmaqla, heç bir qonşusu ilə problemlər yaşamamaq siyasəti aparan, böyük layihələrə imza atan Azərbaycanla çalışmaqla həm iqtisadi-siyasi divident əldə edir, həm də beynəlxalq hüquqa əsaslanmış olur. Belə halda ölkələr niyə Ermənistan kimi heç bir perspektiv vəd etməyən, heç bir layihəsi olmayan, iqtisadi bataqlıqda çırpınan bir ölkə ilə əməkdaşlıq etməli, Azərbaycanla münasibətləri korlamalı, üstəlik, beynəlxalq hüquqa uyğun olmayan mövqe sərgiləməyə məcbur olmalıdırlar?
Serbiya nümunəsində müşahidə etdik ki, bu ölkədəki səfirimiz hətta məlum olaylar zamanı da aktivliyi ilə seçilmədi.
Ona görə də Eldar Həsənovun səfir vəzifəsindən birbaşa təcridxanaya getməsinin səbəbləri sırasında çox ciddi məqamların olduğu şübhəsizdir. Maliyyə pozuntusuna yol verən səfirimiz niyə çalışdığı ölkənin - Serbiyanın DİN rəhbəri və TŞ katibi ölkədən gedəndən bir gün sonra həbs edilsin? Ermənistana silah göndərən Serbiya şirkətləri haqda Eldar Həsənova nə məlumdur, onlarla hansı əlaqələri var və niyə vaxtında ölkəmizin maraqları naminə Serbiya hakimiyyəti ilə bu mövzuda diplomatik əlaqələrə keçərək, o şirkətlərin qanunsuz silah satışının qarşısını almaq istiqamətində çalışmayıb?
Yəqin ki, DTX istintaqı zamanı bir çox məsələlər üzə çıxacaq...
Axar.az
Oxşar xəbərlər
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 2026 21:26
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
Xəbər lenti
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya
