
“Elə olub ki, ərim qaynar şorbanı başıma töküb” - Azərbaycanlı müəllimə Foto
Hadisə18 avqust 2020 15:56

Ankarada yaşayan azərbaycanlı, 38 yaşlı Nailə Həsənova 8 il əvvəl Türkiyə vətəndaşı ilə ailə qurub. Elə həmin andan həyatı alt-üst olub. Nailə birgə yaşadığı Ercan Kapan tərəfindən 8 il ağlasığmaz işgəncələrə məruz qalıb.
O, başına gələnləri Modern.az-la bölüşüb və Azərbaycandan dəstək istəyib. Həmyerlimizin yaşadıqlarını anlatdığı kimi təqdim edirik:
“Mən Nailə Həsənova, 38 yaşım var, müəlliməyəm. 2012-ci ildə Türkiyəyə gəlmişəm. Burda türklə kəbinlə evləndim. O, rəsmi nikahın da bağlanacağını vəd edərək, məni aldatdı. Azərbaycandan gələndə rəsmi nikah üçün bütün sənədləri hazırlamışdım. Hətta indi də bu sənədlər məndədir. Xoşbəxt olmaq istədim, amma üzüm gülmədi.
Evləndiyim şəxsin başqa bir ailəsi olduğunu öyrəndim. Rəsmi nikahlı həyat yoldaşı və ondan 5 uşağı var imiş. Mən bu adamın əlinə düşdüm, onunla münasibətdən 3 uşağım – 2 oğlan, bir qızım dünyaya gəldi. Azyaşlıdırlar - 7, 5 və 3 yaşındadırlar.
Bilirsiniz, Türkiyədə qanuni yaşamaq üçün oturum izni almaq lazımdır. Amma bu adam məni 6 il Türkiyədə qanunsuz yaşatdı. Başımı aldatmağı azmış kimi, məni hüquqsuz bir qul kimi yaşatdı.
4 otaqlı evdə ərim, mən, ərimin rəsmi həyat yoldaşı, onun 5 uşağı və mənim 3 uşağım – 11 nəfər, hamımız birlikdə yaşadıq. Mənim bütün hüquqlarım əlimdən alınıb. Ərim sənədlər, şəxsiyyət vəsiqələri üzərində saxtakarlıq edərək mənim 3 uşağımı öz rəsmi arvadının üzərinə yazdırdı. Səsimi çıxarıb haqqımı istəyəndə isə məni döyməyə başladı. İllərdir vəhşicəsinə döyür, hətta öldürməklə hədələyir. Mənə dedi, getmək istəyirsən get, amma ölsən də uşaqlarını apara bilməzsən. O deyirdi ki, uşaqların belə sənin adına deyil, kimsəyə də sübut edə bilməzsən, sənə heç kəs kömək etməyəcək. Mən də balalarımdan ayrılmaq istəmədiyim üçün bu insana qatlandım. Amma dözümüm qalmadı. 2018-ci ildə qardaşıma dedikdən sonra mənim burda oturum iznim düzəldi. Amma yenə də yoldaşım məni döyməyə davam etdi. Yeməyin duzu az olanda belə bəhanə edib, vəhşi kimi döyürdü. Elə olub ki, qaynar şorbanı başıma töküb. Mən ortancıl oğluma hamilə olanda yeməyi bəhanə edib, dəfələrlə döyüb, belimdən odunla vurub. Qızıma hamilə olanda məni qapı arasında qoyub. Türkiyədə qanuni şəkildə yaşamaq, uşaqlarım öz adıma olsun istədim. Sırf buna görə, qatlanmadığım işgəncə, təhqir qalmadı. O qədər vəhşi adamdır ki, rəsmi həyat yoldaşını da döyür, böyük yaşda qızları var, onlara işgəncə edir. Ortancıl oğlum bir az səs-küylü uşaqdır. 5 yaşında körpə uşaq ata nəvazişi görmək əvəzinə dəfələrlə atası tərəfindən döyülüb, təpiklənib, uşağın başını unitaza salıb. Hər dəfə caninin əlindən balamı zorla qurtara bilmişəm. Onun əlindən xilas edib, qoruduğum üçün də daha pis döyülmüşəm.
Bəlkə də fikirləşərsiniz ki, bu qadının arxa-dayağı, ailəsi yoxdurmu? Atam, anam yaşlıdırlar, ürəkləri buna dayanmaz. Bir qardaşım var, onun da öz ailəsi, dərdi-səri var. Əlindən gəlsə, daha çox köməklik edər. Amma hər kəsin köməyi bir yerə qədərdir.
2018-ci ildə qardaşımın köməkliyi ilə geclə düzəltdirdiyim oturum iznimin 2019-cu ilin sentyabr ayında vaxtı bitirdi. Bunu yoldaşıma deyəndə pul xərcləməsin deyə sənədimi yeniləmədi, dedi ya qaçaq qal, ya da çıx atanın evinə get, uşaqlarını unut. Ona haqqında polisə şikayət edəcəyimi deyəndə məni döydü, üstümə oturub boğmağa çalışdı. İllərlə işgəncələrə qatlandığım üçün onurğa sütunum zədələnib, dəfələrlə əlini ağzıma salıb, ağzımı cırmağa cəhd edib və bütün bu işgəncələrin hamısı uşaqların gözü önündə olub. Artıq bıçaq sümüyə dirənəndə mən qardaşıma hər şeyi demək məcburiyyətində qaldım. Yaşadıqlarımı, üzləşdiyim şiddəti anlatdım. 2019-cu ilin noyabr ayında qardaşımın köməyi ilə 3 uşağımı götürüb o evdən - zindandan çıxa bildim. 1-2 gün sonra qardaşımın tutduğu vəkilin köməyi ilə məhkəməyə baş vurub, uşaqlarımın sənədlərinin düzəldilməsi, şəxsiyyət vəsiqələrində valideyn olaraq mənim adımın yazılması üçün iş açılmasını xahiş etdim. Bu il fevralın 12-də ilk məhkəmə oldu. Hakim DNK testi istədi. Qardaşımın maddi köməkliyi ilə mən və uşaqlarım mart ayının 11-də DNK analizi verdik. Amma uşaqlarımın kimliyində mənim adım yazılmadığı üçün o gün uşaqlarımı uşaq evinə apardılar. Araya koronavirus pandemiyası girdi. Onsuz da ləng yürüyən hüquqi proseslər daha da gecikdi. Çox uzun bir zaman sonra DNK testinin nəticəsi açıqlandı. Nəticə 99,9 faizlə 3 uşağımın da mənim olduğunu göstərdi. Buna baxmayaraq, uşaqlarımın qəyyumluğunu mənə vermədilər. Burda televiziyalara, mətbuata çıxdım, səsimi eşitsinlər, kömək etsinlər deyə danışdım. Uzun zaman sonra, uşaqlarımı yanıma ala bildim. Çox şükür Allaha, balalarım yanımdadır. Amma balalarımın qəyyumluğunu ala bilmirəm. Çünkü hələ vəsiqələr dəyişdirilmir. İyun ayında növbəti məhkəmə oldu və bu məhkəmədə qərar mənim lehimə çıxarıldı. Amma hər məhkəmə apellyasiya yolunu açıq qoyur. Uşaqların atası apellyasiyaya verib. Qəsdən prosesi uzatmağa çalışır. Onun özündən DNK istədilər, boyun qaçırır, test vermir ki, vaxt uzansın. Haqsız ola-ola məni apellyasiyaya verib. Apellyasiya məhkəmələri burda çox uzun çəkir. Bəlkə 1 ildən də çox davam edə bilər. Mən uşaqlarımı həkimə apara bilmirəm, məktəbə yazdıra bilmirəm, gizlilik qərarı olsa belə, bəzən faydasız olur. Hər an yoldaşım bizi tapa bilər, canımıza qəsd edər. Son zamanlar, Allah uzaq etsin, burda belə hallar çoxalıb. Məhkəmənin tezliklə işə baxıb, balalarımın şəxsiyyət vəsiqəsini dəyişdirməyimə icazə verməsi və qəyyumluğun mənə verilməsini istəyirəm. Amma burda çox gec həll edirlər, üstəlik pandemiya dönəmidi, hər şey çox ləng işləyir. Ömür gedir, gün gedir, balalarım təhsilsiz qalır, səhhətində problem olanda həkimə də gedə bilmirik. Hətta Azərbaycandakı qonşulardan öyrəndim ki, uşaqlarımın atası Azərbaycana gedib bizi axtarıb. Nə yaxşı o zaman anamla atam mənim və uşaqlarımı görmək üçün Türkiyəyə gəlmişdilər.
Hazırkı durumu Türkiyədə Azərbaycan Səfirliyinə də danışdım. Azərbaycan Səfirliyi Türkiyə Respublikasına müraciət ünvanladı. Pandemiya ilə bağlı həmin müraciətə də gec cavab verildi. Cavabda bir cümlə qeyd olunmuşdu: “Uşaqların atasına Türkiyə Baş Prokurorluğunda cinayət işi açılıb”. Halbuki adam əlini-qolunu sallayıb küçədə rahat gəzir, hələ məni apellyasiyaya verir. Hər an qarşımıza çıxa bilər. Burda dövlətə sığınmaq istəmirəm. Hələ də uşaqların yeni kimliklərini almamışam, qorxuram yenə balalarımdan ayırarlar. Onsuzda 5 ay onlardan ayrı yaşadım, hər gecə başımı yastığa qoyanda sabaha qədər ağlamışam. Qızım körpədir, uşaqlarımı məndən alanda o hələ də ana südü ilə qidalanırdı.
Xahiş edirəm, mənə və balalarıma kömək edin. Övladlarımın qəyyumluğunu alıb, ölkəmə qayıda bilsəm, işləyib onlara baxaram. Artıq burada maddi cəhətdən də çökmüş vəziyyətdəyik. Mən ərimin qorxusundan işləyə bilmirəm, azyaşlı balalarımı evdə tək qoyub, çıxa bilmirəm. Edilən yardımlarla bir yerə qədər dolana bilərəm. Ölkəmə gələ bilsəm, ailəmin də köməkliyi ilə uşaqlarımı təhsilli, sağlam övlad kimi yetişdirə bilərəm. Biz Türkiyədə qalsaq, ərimin qəsdindən qurtula bilməyəcəyik. O məni öldürməmiş, uşaqlarımı məndən almamış əl çəkməyəcək. Öz qızlarına işgəncə etdiyini gözlərimlə görmüşəm. O “ata” sabah-birigün məni öldürüb, övladlarıma zülm edəndə, onlara işgəncə verəndə bunun məsuliyyətini kim daşıyacaq? Balalarımı kim qoruyacaq? Türkiyədə hər gün onlarla qadın öldürülür, uşaq cinayətləri törədilir. Ərim kimi kişilər o qədərdir ki... Gözləri dönmüş, öz övladlarına belə acımırlar. Qadınlara, uşaqlarına qıyırlar. Sonra da ölkə gündəmi cinayət xəbərlərinə bürünür. Mənə, uşaqlarıma bir şey olandan sonra bunun məsuliyyətini kim daşıyacaq?
Çox çarəsiz vəziyyətdəyəm. Azərbaycan prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edirəm. Xahiş edirəm, məni, balalarımı xilas edin! Yalvarıram, bu müraciətimi ölkə rəhbərliyinə çatdırın. Bizim prezidentimiz, birinci vitse-prezidentimiz hər zaman öz vətəndaşlarına arxa-dayaq olublar. Əminəm ki, mənə və balalarıma köməklik edəcəklər. Bir ananın səsinə səs verin!”.



Oxşar xəbərlər
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 2025 01:52
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 2025 00:55
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 2025 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 2025 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 2025 14:41
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 2025 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 2025 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 2025 10:06
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 2025 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 2025 23:50
Xəbər lenti
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 00:55
- Fransa Azərbaycana yeni səfir təyin etdi
19 avqust 23:37
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 14:38
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 10:06
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 23:47
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 22:25
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 17:18
- Rəqsanə Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək 520 MIN DOLLAR
17 avqust 17:05
Video & Fotoqalereya
Video
Fotoqalereya