- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
Prezidentin köməkçisi 41 QHT sədri ilə görüşüb
Maqazin31 avqust 2020 23:07
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən 41 QHT-nin sədri ilə görüş keçirib.
Şuradan Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, QHT-hökumət dialoqu çərçivəsində təşkil edilən 4-cü görüş ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarladır. Bu sahəni əhatə edən mövzular şuranın hər il elan etdiyi qrant müsabiqəsində xüsusi çəkiyə malikdir və indiyədək yüzlərlə QHT dövlətin maliyyə dəstəyindən faydalanıb. Azay Quliyev Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı verdiyi tapşırıqlar sırasında su ehtiyatlarının qiymətləndirilməsinin də olduğunu nəzərə alaraq Prezidentin köməkçisi Hikmət Hacıyevin sudan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşünün xüsusi önəm daşıdığını deyib.
Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü görüşün əhəmiyyətinə toxunaraq ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən QHT rəhbərlərinin prioritet hesab etdiyi fikir və ideyalarını dinləmək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək istədiyini bildirib. O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bir sıra milli parklar yaradılıb, yeni meşə zolaqları salınıb, Bakının və Abşeronun ekoloji vəziyyətində müsbət yeniliklər baş verib, əhalinin içməli su ilə təchizatı, ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunmasına diqqət artırılıb, eyni zamanda, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər uğurla həyata keçirilib.
Hökumətin ekologiya və su təsərrüfatı sahəsində fəaliyyət göstərən QHT-lərlə yaxından əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən Hikmət Hacıyev xüsusi olaraq vurğulayıb ki, 2020-ci il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunan onlayn müşavirədə Prezident İlham Əliyev ictimai nəzarətin həyata keçirilməsində QHT-ləri fəal olmağa çağırıb: "Cənab Prezident bildirdi ki, su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu prosesə qeyri-hökumət təşkilatları cəlb edilməlidir. Dövlət qurumlarının görə bilmədiyi məsələləri onlar diqqətə çatdıracaqlar. Prezidentin bu çağırışı hesab edirəm ki, QHT-lərin fəaliyyəti üçün böyük stimuldur”.
Prezidentin köməkçisi Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm töhfələr verdiyini vurğulayıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi ölkəmizin ekoloji durumuna çox müsbət təsir göstərib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.
Hikmət Hacıyev müxtəlif QHT-lərin ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi layihələrin, xüsusilə maarifçilik işləri insanların ətraf mühitə münasibətini müsbətə doğru xeyli dəyişdiyini qeyd edib.
Prezidentin köməkçisi region üçün ciddi təhlükə mənbəyinə çevrilən "Metsamor” AES-dən Ermənistanın həm də radioaktiv maddələrin qaçaqmalçılığı üçün istifadə etdiyini bildirib. O, ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini "Çernobıl" Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən "Metsamor" AES-in yaratdığı təhlükəyə yönəltməyə çağırıb.
Hikmət Hacıyev Ermənistanın ölkəmizə qarşı ekoloji terrorizm və onun tərkib hissəsi olaraq "su terroru” siyasəti apardığını və Avropa Şurası Parlament Assambleyasının 2016-cı ildə "Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında xüsusi qətnamə qəbul etdiyini deyib. O, Ermənistanın işğal etdiyi ərazimizdə yerləşən Sərsəng su anbarından Azərbaycan vətəndaşlarının su təminatının, kənd təsərrüfatı fəaliyyətinin pozulması, ərazinin biomüxtəlifliyinin məhv olması kimi zərərli və təhlükəli məqsədlər üçün istifadə etdiyini qeyd edib.
Daha sonra Hikmət Hacıyev bildirib ki, Azərbaycan əhalisinin sağlamlığının qorunması üçün görülən işlərə və bu sahədə yaradılan müasir infrastruktura görə də seçilir. COVID-19 pandemiyası ilə mübarizədə hökumətin gördüyü təsirli tədbirlər öz nəticəsini verdi və biz pandemiyanı tam nəzarətdə saxlamağa nail olduq. Pandemiya ilə mübarizədə, maarifləndirmə işlərində və ümummilli həmrəyliyin təmin olunmasında QHT-lərin fəal iştirakı təqdir olunur və bu fəallıq bundan sonra da davam etdirilməlidir.
Hikmət Hacıyev Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin vəhşicəsinə və qanunsuz istismarı nəticəsində ekoloji tarazlığın kobud şəkildə pozularaq təhlükəli həddə çatdığını bildirib. Prezidentin köməkçisi QHT-lərin dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji terrorun fəsadları barədə davamlı və sistemli şəkildə məlumatlandırmasının, işğalçı ölkədən beynəlxalq təşkilat və məhkəmələrə müraciət etməsinin zəruri olduğunu qeyd edib.
Prezidentin köməkçisi dövlətin QHT-lərdən çalışdıqları istiqamət üzrə ictimai nəzarətin həyata keçirilməsində yaxından iştirak etmək, əhalini ətraf mühitin qorunmasında fəal iştiraka, habelə sudan səmərəli istifadə etməyə təşviq edən maarifləndirmə kampaniyaları təşkil etmək, innovativ ideya və təkliflərlə çıxış etmək, sudan səmərəli istifadə ilə bağlı mövcud olan problemləri öyrənmək üçün araşdırmalar aparmaq, əsaslandırılmış təkliflər vermək, dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmək, beynəlxalq ekoloji QHT hərəkatlarında və şəbəkələrində təmsil olunmaq, beynəlxalq ekoloji kampaniyalarda (Ətraf Mühit Günü, Dünya Yer Günü, Dəniz Günü, Dünya Su Günü və s.) Azərbaycan vətəndaş cəmiyyətinin dəstəyini ifadə etmək kimi gözləntilərinin olduğunu deyib.
Görüşdə IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov,
"EkoSfera” Sosial- Ekoloji Mərkəzinin sədri Firuzə Sultanzadə,
"Qafqaz” Regional Ekoloji Mərkəzin sədri Mələk Şükürova,
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov,
"Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin icraçı direktoru Samir İsayev,
"Ekoloji Tarazlıq” İctimai Birliyinin icraçı direktoru Aytən Poladova,
"Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva,
"Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədri Ramiz Məmmədov,
"Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva,
"Ruzgar" Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev,
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov,
"Alyans" Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə,
"Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli,
"Eko Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva,
"Eko-TES" ekoloji tədqiqatlar və maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov,
"Sağlam Həyata Doğru" Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov, "Ana Kür" ekoloji problemlərin öyrənilməsinə kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov,
"Aran" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Nəsirəddin Kərəmov,
"Ekoloji İnformasiya" İctimai Birliyinin sədri Musa Muradlı, "Şəfəq" Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev,
"Ekologiyanın Qorunmasına Kömək” İctimai Birliyinin sədri Sadıq Sadıqov,
"Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova,
"Sosial-İqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Ramiz İsgəndərov,
"Sosial - İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehtiyeva,
"İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva,
"Leykozlu Uşaqlara Dəstək" İctimai Birliyinin icraçı direktoru Emin Nəbili,
"Hemofiliyalı Xəstələr" İctimai Birliyinin sədri Ayaz Hüseynov,
"Uzunömürlülər Diyarı" ekologiya və infrastrukturun bərpası İctimai Birliyinin sədri Nazim Ağayev,
"Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli,
"Pediatrik Kardiologiya və Revmatologiya" İctimai Birliyinin sədri Sveta Rəfiyeva,
"Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyinin sədri Fikrət Xəlilov,
"Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədri Yeganə Sultanova,
"Autizm" defektoloji və psixoloji yardım mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli,
"Autizm Assosiasiyası" İctimai Birliyinin sədri Elnur Məmmədov,
"Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bunyatov,
"Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin sədri Lamiyə Kərimova,
"Rəqəmsal İnkişaf” İctimai Birliyinin sədri Könül Ağayeva,
"AIDS-lə Mübarizə" İctimai Birliyinin sədri Nofəl Şərifov,
"Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova,
"Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov və
"Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova iştirak ediblər.
QHT rəhbərləri çıxışlarında yenicə başlayan QHT-hökumət dialoquna və bugünkü görüşə görə Hikmət Hacıyevə təşəkkürlərini çatdırıblar. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahədə mövcud vəziyyət və problemlərin həlli yolu ilə bağlı fikir və təkliflərini bildiriblər.
Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lərin irəli sürdüyü təkliflərin araşıdırılacağını və əsaslandırılmış hissəsinin nəzərə alınacağını, o cümlədən dövlət qurumları ilə QHT-lərin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi məqsədilə müvafiq addımların atılacağını qeyd edib.
Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.
Oxşar xəbərlər
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 2025 12:32
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 2025 21:35
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 2025 12:13
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 2025 11:20
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 2025 01:48
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
Xəbər lenti
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
Video & Fotoqalereya
Video
Fotoqalereya
