Bakıda vəzifəli şəxsin kürəkəni atalıq iddiası ilə bağlı arvadını məhkəməyə verdi
Azərbaycanda vəzifəli şəxsin kürəkəni atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Hüseyn Ağayev adlı şəxs Binəqədi rayon Məhkəməsində arvadı K. S-ya qarşı iddia qaldırıb.
O qeyd edib ki, 2018-ci il noyabrın 23-də doğulan uşağın gerçək atası olduğuna inanmır:
“Yoldaşım hamiləlik dövründə Leyla Şıxlinskaya klinikasında müayinə və müalicə olunub. Ailəsi əvvəlcə hamiləliyi məndən gizlətmişdi, biz həkimə gedəndə bunu öyrəndik. Orada həkim uşağın dünyaya gəlmə vaxtını təqribi deyəndə dirənərək USM aparatının səhv göstərdiyini bildirdi, israrla uşağın dekabrın 17-də olacağını deyirdi. Uşaq noyabrın 23-də doğulub, bunu da mənə deməyiblər. Xəstəxana iş yerimə arayış göndərəndə bilmişəm. Sənəddə göstərilib ki, uşaq tam ayında doğulub. Əgər uşaq tam həftəsində doğulubsa, niyə dekabrın 17-si yox, noyabr ayının 23-ü doğulub? 103 saylı arayışda yoldaşımın qan qrupu +1 olduğu göstərilib, lakin onun qan qrupu +2-dir. Bütün bu olanlardan sonra mənim bu ailəyə qarşı heç bir inamım yoxdur və onun dünyaya gətirdiyi uşağın mənim olmasına şübhələrim var. Şübhəm var ki, mənim uşağım diri doğulmayıb”.
K. S. da məhkəməyə müraciət edərək Hüseyn Ağayevə qarşı qarşılıqlı iddia qaldırıb. O bildirib ki, keçmiş ərinin iddia tələbində qeyd etdikləri həqiqətə uyğun deyil:
“Həqiqətdə mən gəlin köçdüyüm evdən hamilə vəziyyətində qovulmuşam və evdən əynimdə olan paltarla çıxmışam. Hüseynin yazdıqlarından belə başa düşülür ki, mən həkimlə və ya xəstəxana ilə cinayət əlaqəsinə girib başqa uşağı öz adıma yazdırmışam. Hüseyn məni bilərəkdən cinayətdə təqsirləndirir.
Ümumiyyətlə, mənə qarşı əsassız, böhtan xarakterli iddianı verməklə, uşağın onun olmamasını göstərməklə mənim şərəf və ləyaqətimi alçaldıb. Hətta iddia ərizəsində atamı vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirərək yazıb ki, atam vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tapşırıq verdirib ki, o və ailəsi xəstəxanaya buraxılmasın və uşaq barəsində də heç bir məlumat verilməsin. Biz ilk iddia ərizəsini alıb oxuduqdan sonra mən və ailəm böyük sarsıntı keçirmişik. Hüseynin mənə qarşı böhtan xarakterli iddia ərizəsi nəticəsində çox əsəbiləşmişəm, əsəbdən südüm kəsilib və artıq qızıma süd verə bilmirəm.
Hüseyn yazdıqları ilə mənim əxlaqıma ləkə atıb. Mən ailəmin - atam, anam, qardaşım və qohumlarımın qarşısında təhqir olunmuşam. Milli dəyərlərlə böyüyən bir şəxs kimi mənim üçün Hüseynin yazdıqları və yaydıqları böyük bir təhqirdir”.
K.S. ona böhtan atılmasına görə H.Ağayevdən 100 min manat tutulmasını tələb edib və həmin pulu xeyriyyə fondlarından birinə ödəyəcəyini bildirib.
Bundan sonra Hüseyn Ağayev məhkəməyə müraciət edərək iddiasından imtina etdiyini, işə xitam verilməsini istəyib. Lakin məhkəmə onun ərizəsini qəbul etməyib və işə mahiyyəti üzrə baxıb.
Onun vəkili məhkəmədə iştirak edərək bildirib ki, Hüseyn Ağayevdə əvvəllər belə şübhələr olsa da, ekspert rəyindən sonra artıq onda şübhə qalmayıb. Atalığın müəyyən edilməsi üçün keçirilən testin nəticəsində qeyd edilib ki, “genetik test nəticəsində uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanıb. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir”.
Məhkəmə hər iki şəxsin iddiasını rədd edib və onların tələbləri yerinə yetirilməyib.
Qeyd edək ki, sözügedən vəzifəli şəxs dövlət komitələrindən birində sədr müavini kimi çalışır.
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
