Ramiz Mehdiyevin biznes imperiyası - ŞOK SİYAHI
Mənbə: Meydan TV
Müəllif: Hafiz Babalı
Azərbaycanda “Boz kardinal” deyəndə ilk ağla gələn kim olur? Haqlısınız. Ramiz Mehdiyev. O, uzun illər Prezident Administrasiyasının rəhbəri olub. İndi isə filosof-akademik Milli Elmlər Akademiyasına başçılıq edir. O, siyasi səhnədə, indi deyilməsi adət olan konfiqurasiya qurmaqda, kadrları yerləşdirməkdə mahir idi. Və belə iddia olunurdu ki, “Moskvanın adamı” kimi tanınan Mehdiyev Azərbaycanı ən azı İlham Əliyev qədər idarə edir. Yəni, bir tərəfdə Paşayevlər, o biri tərəfdə isə Ramiz Mehdiyevin rəhbərlik etdiyi Naxçıvan klanı.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Ramiz Mehdiyevə sanki korrupsiyanı idarə etmək vəzifəsi tapşırılmışdı. 2005-ci ildə iki nazir – Fərhad Əliyev və Əli İnsanov korrupsiya ittihamı ilə tutulandan sonra Komissiya cəmi bir dəfə yığılıb, ondan sonra, elə bil, qurbağa gölünə daş atılıb.
Azərbaycanda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun işləmədiyindən, hansı məmurun qanuni yolla nə qazandığı bilmək mümkün deyil. Düzdür, bir çox ekspert hesab edir ki, qanun işləsəydi belə, çoxu özünə, ailə üzvlərinə məxsus olan mülkləri, çoxsaylı mənzilləri bəyan etməyəcəkdi. Amma yenə də, bu, bir başlanğıc olacaqdı. Bu prosesin başlanmasının yolunda ağır daşa çevrilənlərdən biri də Ramiz Mehdiyev idi. Çünki onun özü də hakimiyyətdə olduğu illərdə az sərvət toplamayıb.
Mehdiyevlərin fazendaları.
fazende- böyük malikanə; torpaq və təsərrüfat sahibinin zəngin, dəbdəbəli evi deməkdir
82 yaşlı akademik Sovet dönəmində elmi kommunizm üzrə lektor olub. Müstəqillik illərində o, özünün kommunizmini təmin edib. 1994-cü ildə Prezident Aparatına gələnə qədər komsomol, Kommunist Partiyası işində çalışıb. Gənclik illərində 5 il neft idarəsində işləyib. Amma orada da, başqa fəhlələr kimi, qazancı dolanışığa kifayət edirdi. Bəs bank, hektarlarla torpaqlar, tikinti şirkəti, radio, qəzetlər, nəşriyyat və sair haradandır? Ramiz Mehdiyevin rayonlara icra başçıları göndərdiyi, hətta Milli Məclisdə deputat kimi oturmaq üçün bir çoxundan çamadanla pul aldığını deyirlər. Gəzən söhbətlərə deyil, faktlara müraciət edək.
Ramiz Mehdiyevin Novxanıda böyük villası var. Akademik əsasən bu evdə qalmağı xoşlayır. Amma onun Novxanıda daha başqatan əyləncəsi var. Ucsuz-bucaqsız üzüm tənəkləri. Üzüm bağları həyat yoldaşı Qalina Yuryevnanın adınadır. Bundan başqa, qızı Kamilə, oğlu Teymurun mülkiyyətində olan hektarlarla bağlar var.
Mehdiyevlər ailəsinin üzvlərinin hamısı vəzifə sahibidir. Qalina Mehdiyeva Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiridir. Kamilə Əliyeva həmin universitetdə Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir . General-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir. Teymur bu vəzifəyə qədər mədəniyyət və turizm nazirinin, Dövlət Miqrasiya Xidmətinin rəisinin müavini olub. Tehmur Mehdiyev də alimdir. “Qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyəti: Rusiya Federasiyası və Azərbaycan Respublikası qanunvericiliyinin timsalında müqayisəli hüquqi təhlil” mövzusunda dissertasiyasını Moskvada müdafiə edib və 2002-ci ildə hüquq elmləri namizədi olub. Amma hektarlarla meyvə bağlarını yəqin ki, alimin alın təri ilə qazanmaq çətin olardı.
Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Amma bu kənddə 2 nəfərin 155 hektar torpağı var. Burada Mehdiyevlərə məxsus torpaqların ərazisi bir ildə 100 hektardan 155 hektara qalxıb. Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında belə deyilir. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb.
Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyeva və Kamilə Əliyevaya məxsus kənd təsərrüfatı torpaqları hektarlarladır. Ananın mülkiyyətində 892 sot, onun qızının isə 240 sot torpağı var.
Hazırda bu ailənin plantasiyaları nə qədərdir, ictimaiyyətə məlum deyil. Kənd Təsərrüfatı Nazirliyi bu məlumatların açıqlanmasını dayandırıb.
Qəzetlər, radiolar, televiziya, İKT …və soxulcanlar
Ramiz Mehdiyevin medianı idarə etməsi haqda çox danışırlar. Deyilənə görə, onun vaxtında Prezident Administrasiyası qəzet və televiziyalara gündəlik olaraq nədən yazmaq barədə tezislər göndərirdi. Amma onun şəxsən nəzarətində olan media qurumları da var və qalmaqdadır.
Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Palitra” qəzetinin, gəlini Nigar Mehdiyeva isə “Paritet” qəzetinin təsisçisi olub. Bu qəzetlər dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan yardım alıb.
“Paritet” qəzeti 2012-ci il dekabrın 20-də fəaliyyətini dayandırıb. Həftədə 3 dəfə dərc olunan qəzetin redaksiyasının bağlanması isə üç il sonra baş tutub. Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev mediaya bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi özü qəbul edib. Redaktor təsisçinin bu qərarının “texniki-maddi problemlərlə” əlaqədar olduğunu bildirmişdi. Amma qəzet daha işıq üzü görmədi. Cəmaləddin Quliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri olaraq dövlət orqanının təmsilçisi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlərindən biridir.
“Palitra” qəzetinin redaktoru hələ dünənədək (qeyri-müəyyən ifadədir, Vaxt dəqiq yazılsın) Anar Barat oğlu Miriyev idi. Anar Miriyev həm də “Azprice” MMC qiymətləndirmə şirkətinin direktorudur. Bu şirkət bu ilin iyul ayında Əmlak Məsələləri Dövlət Xidməti ilə obyektlərin qiymətləndirilməsi üzə 200 min manatlıq sifariş alıb. Bu yaxınlarda qəzetin redaktoru dəyişib. İndi Nigar Mehdiyevanın qəzetinə Esmira Azayeva rəhbərlik edir.
“Palitra” qəzetinin qeydiyyatdan keçdiyi mənzildə (Mikayıl Müşfiq küçəsi, ev 8 B, mənzil 43) başqa bir şirkət – “Professional İ.T.” MMC də dövlət qeydiyyatına alınıb. 2007-ci ildə yaradılan şirkət informasiya texnologiyaları sahəsində Təlim Mərkəzi kimi fəaliyyət göstərir.
Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. “Digital Media” MMC 20 avqust 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı: Bakı şəhəri, Teymur Əliyev küç. 25 A-dır. Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2008-ci il tarixli qərarı ilə “Digital Media” MMC-yə 105.5 MHz tezliyində yayımlanmaq üçün radio yayımına xüsusi razılıq (lisenziya) verilib. Şura qərarını “Digital Media” MMC-nin “digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına” malik olması ilə əsaslandırmışdı. Bu şirkət “Medya FM” radiosunun sahibidir.
Vergi Xidmətinin məlumatına görə, “Digital Media” MMC-nin digər iki təsisçisi Anara İbrahim qızı İsmayılova və Aysel Nazim qızı Əkbərovadır. Anara İsmayılova bu şirkətin ilk direktoru olub. Hazırda isə radioşirkətə Rüstəm Qədim oğlu Əliyev rəhbərlik edir.
Rüstəm Əliyev həm də “Antenn” Müstəqil Teleradio Şirkətinin direktorudur. Rəsmi sənədlərə görə, “Antenn FM” radiosunun təsisçiləri o və Rövşən Novruz oğlu Cavadovdur. Radio “Antenn 101 FM” yayıma 2000-ci ilin fevralında başlayıb. Radionun redaksiyası Azadlıq prospekti, ev 189 ünvanındadır. Bu ünvanda “Antenn Media” şirkəti də fəaliyyət göstərir.
Anara İsmayılova, Rüstəm Əliyev və Heyran Əliyeva Bakıda eyni mənzildə: Süleyman Rüstəm küçəsi, ev 61 ünvanında qeydiyyatdadırlar. Anara İsmayılova Leyla Əliyevanın İDEA təşkilatının layihələr üzrə rəhbəridir. Heyran Əliyeva isə “Mediamaster” MMC-nin və “NHR” MMC-nin direktorudur.
Rüstəm Əliyev 2008-ci ildə İstanbulda qurulan “Medya Master Radyo ve Televizyon Yayıncılık Hizmetleri Sanayi ve Ticaret A.Ş.”-nin qurucularındandır. Anara İsmayılova isə bir müddət bu şirkətin rəhbərliyində təmsil olunub. Onlar şirkəti 2011-ci ilin martında tərk ediblər.
“Mediamaster” şirkəti Azəbaycan telekanallarında yayımlanan teleserialların çəkilişləri ilə məşğuldur. Prezident İlham Əliyevin təkcə iki sərəncamı ilə 2011-ci və 2013-cü illərdə serialların çəkilməsi üçün şirkət dövlət büdcəsindən 11 milyon manat pul alıb. Mediamaster şirkətinin baş direktoru Rüstəm Əliyevdir. Şirkətin çəkdiyi seriallar ATV, ARB və İTV tekenalallarında yayımlanır.
Rüstəm Əliyevlə Nigar Mehdiyevanın bir başqa ortaq sirkəti də var. Onlar “Abşeron Bio-Texnoloji” MMC-ni 2011-ci ildə yaradıblar. Bu şirkət innovativ bio-texnologiyalar sahəsində fəaliyyət göstərir və əsasən sənaye üsulu ilə bio-humus və bio-orqanik gübrə istehsal edir. Bio-humusun istehsalında əsas faktor soxulcanlardır. Bio-humus torpağın münbitliyini artırmaq üçündür. İstehsal fəaliyyəti Masazırdadır, şirkətin ofisi isə Bakıda Əhməd Rəcəbli prospekti, 181-də yerləşən biznes mərkəzindədir. Şirkətin istifadəsində Masazır gölünün yaxınlığında 30 hektar əkin sahəsi var.
Kamilə Əliyevanın İstiqlaliyyət küçəsi, ev 11 ünvanındakı mənzili iki şirkətin – “İnfonet” MMC və “Kaspian Telekom” MMC-nin hüquqi ünvanıdır. Yəni, bu şirkətlər yaradılanda qeydiyyat orqanına ünvan sənədi kimi Kamilə Əliyevanın mənzilinin mülkiyyət sənədi təqdim olunub. Birinci şirkət 2004-cü ildə yaradılıb, amma nə işlə məşğul olduğu məlum deyil.
“Ailə TV” ticarət nişanı, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkətin saytında onun 1997-ci ildə təsis olunduğu yazılıb.
Şirkət “Ailə TV” brendi ilə IP TV və kabel televiziyası, “Ailə NET” brendi ilə internet xidmətləri təqdim edir. “Ailə NET” internet xidmətindən Bakı şəhəri ilə yanaşı, Xırdalan və Gəncə şəhərlərinin sakinləri də istifadə edir. “Caspian Telekom” MMC eyni zamanda provayder şirkəti olaraq, korporativ şəbəkə xidmətləri də göstərir.
“Skay Maks” MMC 6 mart 2007-ci il tarixində qeydiyyata alınıb. Bu şirkətin təsisçisi Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Şirkətin qeydiyyat ünvanı: Bakı şəhəri, Landau küçəsi, ev 6-dır. Yaradılandan bir ay sonra, aprel ayının 17-də şirkətə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.
“Skay Maks” MMC şirkəti Azərbaycanda informasiya texnologiyaları sahəsində dinamik inkişaf fazasını yaşayan şirkətlərdən biridir. Şirkət fiber optik texnologiya bazasında Ailə TV brendi altında kabel televiziyası yayımını, “Ailə NET” brendi altında internet xidmətlərini, “A Media” brendi altında reklam xidmətlərini Bakı və Gəncə şəhərlərində əhaliyə təqdim edir. Şirkət korporativ müştərilərə şəbəkə xidmətləri göstərən “Caspian Telecom” şirkətinə də sahibdir. “Skay Maks” MMC –nin prezidenti Fərid Sadıqovdur”. –Bu, BakuTel Telekommunikasiya sərgisində “Skay Maks” MMC haqqında məlumatda qeyd olunub.
20 noyabr 2014-cü il tarixdən “Kaspian Telekom” MMC «Skay Maks» MMC-nin hüquqi varisi olub. MTRŞ-nın 15 yanvar 2015-cü il tarixli qərarı ilə “Skay Maks” MMC-nin adına verilmiş kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) sənədi “Kaspian Telekom” MMC-nin adına rəsmiləşdirilib.
Bank, nəşriyyat, tikinti, daşınmaz əmlak şirkətləri
“Kaspian Telekom” MMC-nin baş ofisi Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 251A ünvanında yerləşir. “Skay Maks” şirkəti birləşmədən sonra ləğv olunmayıb. O da Dilarə Əliyeva küçəsi, 251A ünvanındadır.
Bu binada Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur.
Astoriya Tibb Mərkəzi hazırda “German Hospital” adı altında fəaliyyət göstərir.
“Gandezza” ticarət mərkəzi Bakıda, Torqovi adlanan ərazidəki 4-mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.
“Servis” Mənzil-Tikinti Kooperativi ilə eyni hüquqi ünvanda, yəni Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani, 22 nömrəli evdə “Transmit Ltd” MMC də qeydiyyata alınıb. Bu şirkətin dörd təsisçisi arasında Kamilə Ramiz qızı Əliyeva da var. Digər payçılar Aidə Ağaqulu qızı Ağayeva, Əlirza Atamoğlan oğlu Haxverdiyev və Adil Güloğlan oğlu Aldostovdur.
“Premium Store” MMC-nin birinci direktoru Səftər – Fikrət Əliyevin oğlu olub. Fikrət Əliyev keçmiş deputat – İlham Əli Səftər oğlu Əliyevin qardaşıdır. İlham Əliyev Ramiz Mehdiyevin kürəkənidir. Fikrət Əliyevin iki oğlu var – Orxan və Səftər. Onlar da biznesmendir. Səftər Əliyev – “Topaz” MTK-nın, Orxan Əliyev “NLT” MTK-nın sədridir. Rəsmi məlumatlara görə, Orxan Əliyev “Dry İce Tech” MMC-nin təsisçisi, Səftər Əliyev isə “E & S” MMC və “Aqua Safe” MMC-nin həmtəsisçisidir. Hazırda “Dry Tech” şirkətinə, eləcə də “Aqua Safe H2O” MMC-yə eyni şəxs – Mehman Hacı oğlu Əliyev rəhbərlik edir.
Fikrət Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olub və polkovnik rütbəsi alıb. İndi isə o, qohumu Ramiz Mehdiyevlə birlikdə Elmlər Akademiyasında çalışır. Fikrət Əliyev AMEA-nın İşlər İdarəsinin müdirinin müavinidir. İşlər İdarəsi AMEA-nın sərəncamına verilmiş əmlakın və ayrılan pulların idarə olunması, akademiyanın Rəyasət Heyətinin Mərkəzi Aparatı və onun tabeliyində olan elmi müəssisə və təşkilatlarda elmi tədqiqat prosesinin maddi-texniki təminatı və sosial sahəyə aid olan işlərlə məşğul olur. Bu şəxs vaxtilə müəyyən sxemlərdən istifadə etməklə Azərbaycan Beynəlxalq Universitetinin (fəaliyyəti 2010-cu ildə dayandırılıb – red.) rəhbərliyində təmsil olunurdu.
Ramiz Mehdiyevin gəlininin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank “BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.
Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilən “Şərq-Qərb” nəşriyyat Ramiz Mehdiyevin nəzarətinə keçib.
1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayan müəssisə 2001-ci ildə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti·və mətbəə fəaliyyət göstərir.
2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Bunun 4 milyon 274 min manatı banka olan faiz borclarının ödənilməsinə sərf olunub. 2019-cu ilin əvvəlinə “Şərq-Qərb” ASC-nin banka olan borcu 14,3 milyon manat idi.
Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində //www.google.com/maps/place/Şərq+Qərb+ASC/@40.3796576,49.9519908,136m/data=!3m1!1e3!4m5!3m4!1s0x0:0x14ad29cd328f848a!8m2!3d40.3792816!4d49.9517635 dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib.
“Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var.
Siyasi Olimpdən uzaqlaşaraq özünü sonadək elmə həsr edəcək kimi görünən Ramiz Mehdiyev mütəmadi olaraq ictimai-siyasi mövzularda açıqlamalar verir, bir növ gündəmdən düşmür.
//www.meydan.tv/az/article/ramiz-mehdiyevin-biznes-akademiyasi/?ref=list-investigations
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- ADNA terrorundan 15 il ötür...
30 aprel 2024 10:28
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50