Ramiz Mehdiyev niyə ağladı? Əli İnsanov ona "cırtdan" deyirdi
“Əli İnsanov həmişə Ramiz Mehdiyevdən söhbət düşəndə ona ironiya ilə “çirtdan” deyirdi…”.
-Alqış müəllim, yəqin ki, Mehdiyevin kürəkəni həbsdən cıxandan sonra jurnalistlərə verdiyi açıqlamanı izləmisiniz. Kürəkən açıq – aşkar Mehdiyevi tənqid edənləri hədələyir, mesajlar verir…
– O acıqlamaya baxdım. Doğrusu, mən onun dediklərini bir hədə, mesaj kimi qəbul etməzdim. Nəyə görə? Dərhal hiss olunur ki, onun mətbuatla, jurnalistlərlə ünsiyyətində ciddi problemlər var. Baş verən hadisələri qiymətləndirməkdə çətinlik çəkir.
Ümumiyyətlə, onun ümumi hazırlığı çox aşağı səviyyədədir. Baxmayaraq ki, bir necə il qaynatasının yanında Prezident Adminstrasiyasında işləyib, 10 il Milli Məclisdə təmsil olunub… Amma onun dediklərindən bir dəqiq nəticə cıxarmaq mümkündür ki, Ramiz Mehdiyev onu çox yaxına buraxıb. Kürəkən Mehdiyevin dövlətimizə, Azərbaycan Prezidentinin əleyhinə evdə etdiyi müzakirələrin iştirakçısı olub.Mehdiyevin söylədiyi bütün və hər cür qeybəti dinləyib və əzbərləyib. O, Mehdiyevin tökdüklərini birbəbir yığışdırib. Onun danışıdıqları da qaynatasının uydurmalarını, dedi – qodu çərcivəsindən kənara cıxmayan mülahizələrini ictimailəşdirməkdən ibarət idi..
– Bəs onun ağlamağı nə ilə bağlıydı?..
-Onun dedikləri kimi kövrəlməyi də uydurmaydı. Bu cür göz yaşlarına inanmaq olmaz. Bu “ağlaşma səhnəsi” mənə çox tanış gəlir. 2004 – cü ildə “Yeni Azərbaycan” qəzetində “Ramiz Mehdiyev nə vaxtdan bəri dövrümüzün mahir tədqiqatçısı və görkəmli filosovu olub?” yazısından sonra Ramiz Mehdiyev də eynən kürəkəni kimi kövrəlib ağlamışdı. Harda, hansı qəbulda, məncə, bunları xırdalamağa heç bir ehtiyac yoxdu. Amma fakdir ki, belə bir ağlaşma səhnəsi olmuş, Mehdiyev üzr diləmişdi.
Təəssüf ki, həmin ağlaşmadan sonra Ramiz Mehdiyev yenə öz iddialarından əl şəkmədi , tutduğu xəyanət yoluna davam etdi. Aqibəti də göz qabağındadır.
-O yazını mən də yaxşı xatırlayıram. Maraqlıdır, məqalədən sonra Mehdiyevin reaksiyası və Sizə münasibəti necə olmuşdu?
– Onun bizə, “Yeni Azərbaycan” qəzetinə münasibəti o yazının çapından çox- çox əvvəl bəlliydi. Cünki “Yeni Azərbaycan” hakimiyyətin təbliğat siyasətindəki yanlışları tənqid edirdi, Ramiz Mehdiyevin nüfuzunu kürəkəninin dediyi kimi böyük siyasi xadimin nüfuzu kimi yox, adi məmur nüfüzu kimi xarakterizə edirdi.
Bir sözlə, “Yeni Azərbaycan” qəzeti onun baş redaktoru Mehdiyevin iddialarına xidmət etmirdi. Mən sizə o yazının dərcindən sonra rastlaşdığım digər reaksiyalar haqqında deyə bilərəm. Mən onda Milli Məclisin deputatı idim və Mehdiyevi tənqid edən yazının çapından sonra deputat həmkarlarımın əksəriyyəti məndən yan qaçmağa başladı. Deyim ki, mənə qarşı belə ehtiyatlı münasibət uzun müddət davam etdi. Hətta, xatırlayıram, Yeni Azərbaycan Partiyasının qərargahında Heydər Əliyevin büstünün açılışıyla bağlı tədbir keçirilirdi.Tədbirə gələn, Prezident Adminstrasiyasının o zamankı ərazi idarəetmə şöbəsinin müdiri , YAP idarə heyətinin üzvü Yusif Hümbətov hamıyla görüşdü, mənə çatan kimi qəfil dayandı və üzünü cevirib durdu, sanki məni görmədi.
Amma tədbirdən az keçmiş, iş otağma qayıdan kimi Yusif Hümbətov mənə zəng etdi və başladı ki, bağışla, bayaq səni görmədim, sonra gördüm ki, sən də ordasan, sən bilirsən ki, sənin xətrini mən çox istəyirəm.
Amma reallıq bu idi ki, o mənimlə görüşməkdən qorxurdu, bilirdi ki, dərhal Mehdiyevə bu barədə xəbər çatdıracaqlar. Bax, Ramiz Mehdiyev belə bir mühit yaratmışdı.O dövrdə ən cox canfəşanlıq göstərən isə YAP Nizami rayon təşkilatı və onun sədri idi.
YAP Nizami rayon təşkilatının mənə göndərdiyi hədə və xəbərdarlıq teleqramları indi də məndə qalır…
-Niyə YAP Nizami rayon təşkilatı belə fəallıq föstərirdi.YAP-ın rayon təşkilatında Mehdiyevə olan sevginin əsasında nə dayanırdı?
–Əlbəttə ki, təsadüfi deyildi. Hər şey Nizami rayon icra hakimiyyəti tərəfindən istiqamətləndirilirdi. (Həmin dövrdə Nizami rayon İH-nin başçısı Abdin Fərzəliyev olub – red.)
-Mehdiyevin o yazıya qədər sizə hər hansı iradları olmuşdu.?
– O heç vaxt hansısa məsələyə açıq formada münasibət bildirmirdi. Dolayısı yolla , altdan – altdan iş görürdü. Bir dəfə, səhv etmirəmsə, 1998 – ci il idi. Tanımadığım bir nəfər qəzetə məqalə gətirmişdi. Söhbət zamanı məlum oldu ki, yazı Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Həsən Zeynalov haqqındadır. Həsən Zeynalovun 50 yaşı tamam olur. Hənim məqalə də onun doğum günü münasibəti lə yazılıb. Mən onda Həsən Zeynalovu şəxsən tanımırdım.Yazını gətirən adam onu da əlavə etdi ki, deyim biləsiniz, Ramiz Mehdiyevin Həsən Zeynalovdan xoşu gəlmir. Mən dedim ki, Ramiz Mehdiyevin özü bilər, bizim qəzetin xəttini onun şəxsi zövqü müəyyən etmir.Və məqalə qəzetin növbəti sayında dərc edildi.
İnsanda nə qədər kin kudurət olarmış. O məqaləyə görə Mehdiyev yanında xüsisi iclaş keçirdi. Təbii ki, “Yeni Azərbaycan” qəzetinin adını çəkmədən, məqaləni xatırlatmadan Həsən Zeynalovu asıb kəsdi – “Həsən Zeynalov özünü reklam elətdirir, bütün tədbirlərdə ön sırada əyləşir” və sair…
-Onin Həsən Zeynalovla nə problemi vardı ki..?
– Elə bir ciddi məsələ yoxdu. Sadəcə, o bir balaca müstəqil fikri olan, xüsusilə də Heydər Əliyevin diqqət mərkəzində olan şəxsləri sevmirdi.Sevmirdi demək azdır, o, belə adamları özünün şəxsi və ideoloji düşməni hesab edirdi.Görünür, bu səbəbdən də o Həsən Zeynalovun adını da özünün qara siyahısına salmışdı.
Məndə olan məlumata görə Ramiz Mehdiyevin Həsən Zeynalova qarşı aqressiv münasibəti son günlərə kimi səngiməmişdi.Yəqin ki, bu barədə Həsən müəllimin özü daha ətraflı danışa bilər.
-Alqış müəllim, bu gün mətbuatda hallanan suallardan biri də Ramiz Mehdiyevin sabiq səhiyyə naziri Əli İnsanovla münasibətidir. Onlar birləşə bilərlərmi?
– Mən Əli İnsanovun son açıqlamasını oxudum. O, özü belə bir ittifaqın mümkünsüzlüyünü söyləyir. Eyni zamanda Ramiz Mehdiyevi daha qətiyyətli, daha mübariz olmağa dəvət edir. Onun hüquqlarının müdafiəçisi qismində məsləhətlər verir. Mənim dəqiq yadımdadır. Əli İnsanov həmişə Ramiz Mehdiyevdən söhbət düşəndə ona ironiya ilə “çirtdan” deyirdi. İndi xeyir ola, çırtdana qarşı bu canıyananlıq, hörmət hardan qaynaqlanır? “Çırtdan” nə tez böyüdü belə?
– Necə düçünürsünüz, Mehdiyevin akademik dirənişi nə vaxta qədər davam edə biləcək?
-Təəssüf ki, Ramiz Mehdiyev uzün illər siyasi boyuna, çəkisinə uyğun gəlməyən iddialarla yaşayıb və bu gün də o iddiaların əsiri olaraq qalır. Ona qarşı ictimai rəğbət sıfır həddindədir. Cəmiyyətdə ona qarşı bir total nifrət duyğusu, ikrah hissi var. O, bunları nəzərə almalıdır.
“Çirkli pulların yuyulması” deyilən bir ifadə var. Cirkli pulları yumaq olur. Ancaq çirkli şəxsiyyəti, kirlənmiş mənəviyyatı yumaq heç kimə nəsib olmayıb. Hələ ki, elmə belə bir texnologiya məlum deyil.
Hələ də köhnə, sovet idarəçiliyinın qalığı kimi yerində sayan Milli Elmlər Akademiyası belə bir əməliyyat – cirkli şəxsiyyətlərin yuyulması üşün heç də münasib yer deyil… (Thebusinesstimes.az)
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi
10 may 2026 14:20
- Məhkəmə qərarını geri oxutmaq istəyirlər – işin içində keçmiş vəkil Adəm Məmmədov da var
10 may 2026 13:05
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
9 may 2026 18:45
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
9 may 2026 13:07
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
8 may 2026 22:43
- Xəlil Göyüşov camış əti aşkarlanan RAMİN -NURun adını dəyişdi (FOTO)
8 may 2026 16:05
- Niyə XORUZ BABA-nın barelyefini binaya vurmağa icazə vermədilər ? - Xalq artistinin qızından ETİRAZ
7 may 2026 18:10
- AT ƏTİ bu dəfə ALP Delux ŞADLIQ EVİNDƏ - AYIB ƏMƏL
7 may 2026 17:30
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
