Falçılar "Azenco" şirkətinin rəhbərinin xanımının 217 min manatını necə ələ keçirdilər?
Maqazin17 sentyabr 2020 17:14
"Azenco" şirkətinin rəhbəri Faiq Ağayevin həyat yoldaşı falçıların qurbanı olub.
Unikal.org-un məlumatına görə, cindar Hüseyn kimi tanınan Əlizadə Hüseyn Qağaməli oğlu və anası Lalə İbrahimova Faiq Ağayevin həyat yoldaşı Ağayeva Rübabə Cəlal qızına özlərini falçı kimi təqdim edərək onun ailəsi üzərində qara qüvvələrin hökm sürdüyünü bildirib.
Belə ki, onların evlərində, iş yerlərində caduların olması və caduların təmizlənmədiyi təqdirdə həyat yoldaşı Faiq Ağayevin ağır yataq xəstəliyinə düşar olaraq öləcəyini, hamilə olan gəlininin narahatçılıq keçirəcəyini deyib. Bundan sonra isə 2017-ci ilin aprel ayından həmin ilin sentyabr ayına kimi cindar olan ana-bala Rübabə Ağayevadan 4200 manat dəyərində 45 qram çəkisi olan 750 əyarlı qızıl kale boyunbağı, 5200 manat dəyərində 55 qram çəkisi olan 750 əyarlı qızıl kale boyunbağı, 850 manat dəyərində 9 qram çəkisi olan 750 əyarlı paxlava üzük, 1400 manat dəyərində 15 qram çəkisi olan 750 əyarlı bilərzik, 1700 manat dəyərində 18 qram qızıl çəkisi olan 583 əyarlı boyunbağı, 950 manat dəyərində 10 qram çəkisi 750 əyarlı 3 ədəd halqa şəkilli bilərzik, 4000 manat dəyərində 40 qram qızıl çəkisi olan 75 əyarlı komplekt, 1900 manat dəyərində 20 qram qızıl çəkisi olan 750 əyarlı "Fantaziya" qılzıl-üzük dəsti, 850 manat dəyərində 9 qram qızıl çəkisi olan 750 əyarlı üzük, 2550 manat dəyərində 25 qram qızıl çəkisi olan 750 əyarlı komplekt, 2400 manat dəyərində 25 qram qızıl çəkisi olan 683 əyarlı klon, 1400 manat dəyərində 15 qram qızl çəkisi olan 750 əyarlı 3 ədəd üzük , 5200 manat dəyərində 55 qram qızıl çəkisi olan 750 əyarlı kale boyunbağı dəsti, 1400 manat dəyərində ümumilikdə 15 qram qızıl çəkiləri olan 750 əyarlı 3 ədəd üzük, 5200 manat dəyərində 55 qram qızıl çəkisi olan 750 əyarlı kale boyunbağı və ümumilikdə həmin dövrlərin məzənnələrinə uyğun olaraq Azərbaycan manatı ilə 96900 manat təşkil edən 57000 ABŞ dolları, 15000 Böyük Britamiya funt-sterlinqi və 47000 manat nəğd pulu ələ keçirib ümumilikdə 216850 manat külli miqdarda maddi ziyan vurub.
Qeyd edək ki, 2020-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Əlizadə və anası Lalə İbrahimova 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmin cinayət işində cindarlar Rübabə Ağayevadan başqa 12 nəfəri də aldadıb.
Xatırladaq ki, Rübabə Ağayevanın həyat yoldaşı Faiq Ağayev "Azərenerji"nin sabiq prezidenti Etibar Pirverdiyevin yaxın dostudur. Məlum olduğu kimi "Azenco" şirkəti Etibar Pirverdiyevə məxsusdur.
Oxşar xəbərlər
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Heydər Əliyevin şəxsi mühafizəçisi: Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı
10 may 2026 19:40
- Qarabağ bizim yox, orada buğda əkən bir neçə generalın nəzarətində idi -Paşinyan
10 may 2026 19:13
- Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi
10 may 2026 14:20
Xəbər lenti
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
