- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
“İndi nazir deyiləm, düzünü sizə deyə bilərəm…”
Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Modern.az saytına müsahibə verib.
– Elmar müəllim, bu gün Ermənistan və Azərbaycan xarici işlər nazirləri Vaşinqtonda Amerikanın dövlət katibi Mayk Pompeo ilə görüşəcəklər. ABŞ-ın həmsədr olaraq iki ölkənin XİN başçılarını görüşə dəvət etməsindən gözləntiləriniz nədir?
– Son vaxtlar Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycan XİN başçılarını görüşə dəvət edir, bəyanatlar verir. Bir növ Rusiya həmsədr olaraq hərəkət edirdi. Həm Rusiya prezidenti Putin, həm də Fransa prezidenti Makron cənab prezident İlham Əliyevlə danışıqlar aparırdı. Amerika da həmsədr olaraq öz tərəfindən bu formada hərəkət etmək istəyir. Onlar atəşkəsin olmasına can atırlar. Digər tərəfdən noyabrın 3-də Amerikada prezident seçkiləri keçiriləcək. Ona görə də Amerika tərəfi bunu nəzərə alıb görüş keçirməyə qərar verdi və hər iki XİN başçısı Vaşinqtona dəvət olundu. Burada da məqsəd dünyaya onu çatdırmaqdır ki, “biz də həmsədr olaraq məsələyə biganə qalmırıq və Azərbaycan-Ermənistan arasında atəşkəs istəyirik”. İndi nazir deyiləm, düzünü sizə deyə bilərəm: inanmıram ki, bu istiqamətdə hansısa formada məsələ həll olunacaq.
– Son bir ayda Ermənistanla Azərbaycan arasında iki dəfə atəşkəs elan olunub. Amma atəşkəs razılaşmasının üzərindən bir saat keçməmiş Ermənistan tərəfi cəbhədə vəziyyəti gərginləşdirib. Bununla işğalçı dövlət nəyi sübut etməyə çalışır?
– Bunu təhlil etmək üçün öncə onu nəzərə alaq ki, Ermənistanın hərəkətləri daxili auditoriya üçün də lazımdır. Çünki işğalçı dövlət Azərbaycan Ordusunun xeyli torpaqları azad etdiyini görür. Bu istiqamətdə nəsə etməlidirlər. Təbii, bu yanlış hərəkətdir. Çünki Ermənistanın hədəfi mülki insanlar, qadınlar və uşaqlardır. Bu qəbuledilməzdir. Ancaq Ermənistan rəhbərliyi bu istiqamətdə qərar qəbul edib. Guya dünya ictimaiyyətinin fikirlərini öz xeyirlərinə dəyişə bilərlər. Beynəlxalq ictimaiyyət də “atəşkəs olmalıdır” desin. Ermənistan bununla növbəti dəfə vaxt qazanmaq arzusundadır.
– Siz Qarabağ münaqişəsinin ilk günlərindən bu prosesin içərisində olmusuz. Hətta məşhur bir şəklinizdə var, orada gənc olduğunuz aydın hiss olunur. Prosesləri necə müşahidə edirdiz?
– Sizə deyim ki, lap da elə gənc deyildim. 32 yaşım vardı.
– 32 yaş da gənc sayılır…
– Belə baxsaq, 60 yaşında da özümü gənc hesab edirəm. Doğrudan da, həmin vaxtlarda Qarabağda döyüşlər gedirdi. Mən, Yaşar Əliyev və Murad Heydərov yeganə diplomatlar idik ki, Şuşaya getmişdik. 1992-ci ilin fevralında ATƏT-in missiyası Şuşaya gəlmişdi. Hətta yadımdadır ki, Rəhim Qazıyev də orada idi. Hamımız bir yerdə olanda əsas söhbətimiz Şuşa haqqında idi. “Şuşanı vermək olmaz. Şuşa bizim üçün çox önəmlidir” kimi fikirlər səsləndirmişdik. Daha sonra isə həmin missiya ilə Naxçıvana getmişdik. O zaman nə Ordumuz, nə də silahımız vardı. Ancaq özünümüdafiə batalyonları təşkil edib ordan-burdan insanları toplayıb cəbhəyə göndərirdilər. Ötən 30 il ərzində Ali Baş Komandan sağ olsun ki, çox güclü ordu formalaşdırdı.
– BMT-yə qəbul olunmağımız ən gərgin vaxtlara təsadüf edib. Siz və Xorvatiyadkı səfirimiz Fəxrəddin Qurbanov BMT-yə gedən nümayəndə heyətinin tərkibində olmusunuz. Azərbaycanı necə tanıyırdılar? Qarabağ haqqında nə deyirdilər?
– BMT-də təmsil olunan zaman çox gərgin və həssas məqamlar var idi. Azərbaycan BMT-yə qəbul olunanda biz Qarabağ məsələsini diqqətə çatdırmışıq. İlk dəfə Azərbaycan bayrağını orada qaldırdıq.
– Xocalı soyqrımının ardınca Azərbaycanın BMT-yə üzv qəbul olunması o qədər də asan olmamalı idi. Bəşəri soyqrımı dünyaya necə çatdırdığınızı xatırlayırsızmı?
-Düzdür. Xocalı soyqırımınıdan sonra bizim üçün də mürəkkəb proseslər cərəyan edirdi. Ancaq BMT-də Xocalı məsələsini beynəlxalq ictimaiyyətə çatdırdıq. O zaman nazir Hüseynağa Sadıqov idi. BMT-nin Baş Assambleyasında Hüseynağa Sadıqova söz verilmişdi. O da öz çıxışında bu soyqırımı hadisəsini qeyd etmişdi. Ermənilərin 613 nəfər azərbaycanlını amansızlıqla qətlə yetirdiyini söylədi. Bu soyqırımı ilk gündən BMT tribunasında qaldırmışdıq.
– Azərbaycanın BMT-dəki ilk nümayəndəsi hazırda Polşada səfirimiz olan Həsən Həsənov idi. Bu məsələdə Həsən Həsənov hansı mövqeyi sərgiləyirdi?
– Həsən Həsənov və mən BMT Təhlükəsizlik Şurasında ilk diplomatlardan idik. Həsən müəllim BMT nümayəndəliyimizə rəhbərlik edirdi. Həmin vaxt BMT TŞ-da əksəriyyət diplomatlar idi. Təbii ki, Həsən müəllim də münaqişənin həll olunması üçün çalışırdı. Həsən Həsənov 1993-cü ildə TŞ-nin Qarabağla bağlı ikinci qətnaməsindən sonra xarici işlər naziri təyin olundu. Həsən Həsənov Azərbaycanın xarici işlər naziri kimi qətnamələrin qəbulunda aktivlik nümayiş etdirirdi. Orada çoxu xəritədə Azərbaycanı tapa bilmirdi. Biz onlarla görüşlər keçirirdik. Xəritəmi düzəltmişdik. BMT TŞ-da olan diplomatlara bir-bir Ermənistanın hansı torpaqları işğal etdiyini göstərirdik. Bu, böyük iş idi. Vaxt lazım idi ki, bunu həll edək. O zaman Pakistan sağ olsun ki, bizə dəstək verdi.
– Yeri gəlmişkən Pakistan həmin dəstəyi bu gün də davam etdirir.
– Bu, məni qürurlandırır. Pakistan əvvəldən yoluna sadiq qalıb. Həmin BMT-nin TŞ-sı Azərbaycanın BMT-yə qəbul olunması üçün qərar qəbul etdi. 1993-cü il aprelin 30-da BMT TŞ-da sədrlik Pakistana həvalə olunmuşdu. Pakistan bu məsələni qaldırdı. Aprelin 30-da 822 nomrəli qətnamə qəbul olundu. Bu qətnamədə ATƏT-in Minsk qrupuna tapşırılıb ki, Ermənistan qoşunları Kəlbəcərdən çıxarılmalıdır. Çünki 1993-cü ilin 2 aprelində Kəlbəcər işğal olunmuşdu. Əfsuslar olsun ki, cənab Prezidentin dediyi kimi, 27 il ərzində o qətnamələr yerinə yetirilmədi.
– Siz də təsdiqləyərsiniz ki, BMT-nin icra etməli olduğu 4 qətnaməsini bu gün Prezident İlham Əliyev yerinə yetirir.
– Tam şəkildə sizinlə razıyam. Bayaq dediyiniz kimi, Qarabağ münaqişəsi ilə ilk gündən məşğulam. Biz beynəlxalq münasibətlərdə hər zaman BMT-nin 4 qətnaməsinə istinad etmişik. Heç kim onların qarşısına çıxa bilməzdi. Çünki bu qətnamələri yerinə yetirmək lazım idi.
– Qətnamələr yerinə yetirilmədi. Bu öz yerində. Eləcə də münaqişənin həlli istiqamətində “Madrid prinsipləri”, “Medvedev planı” ortaya atıldı. Ancaq bunlar da kağız üzərində qaldı. Sizcə, niyə bu prinsip və plan icra olunmadı? Buna səbəb nə idi?
– Güman ki, dünyanın Qarabağı yaddan çıxaracağını düşünürdülər. Bilmirəm, ermənilər niyə belə fikirdə idilər. Çünki “Madrid prinsipləri”ndə də olduğu kimi, qeyd olunan məsələ o idi ki, ilk növbədə Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılsın. Biz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarı idik. Axırda bəlli oldu ki, ermənilər sülh variantına getmək istəmirlər. Və başladılar Qarabağda qanunsuz məskunlaşma həyata keçirməyə. Bu da sonrakı mərhələdə çətinlik yarada bilərdi. Hər görüşdə Ermənistan rəhbərliyinin qarşısında bunları qaldırırdıq. Ancaq Ermənistan rəhbərliyi elə düşünürdü ki, tam şəkildə o torpaqları sonuna qədər əllərində saxlayacaqlar.
– Qarabağ münaqişəsinin ilk günlərindən hadisələrin içində olan, eləcə də neçə il XİN başçısı kimi bu suala cavabınızı eşitmək istərdim: Azərbaycan Ordusu cəbhədə irəliləyir və işğal altında olan torpaqlarımız azad edilir. Hansı hissləri keçirirsiniz?
– Fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycan Ordusu şanlı Ordudur. Döyüş tapşırıqlarını yerinə yetirir və torpaqlarımızı işğaldan azad edir. Bununla birmənalı olaraq fəxr edirəm. “Madrid prinsipləri” tarixdir. Birinci mərhələdən söhbət gedirsə, Azərbaycanın şanlı Ordusu o mərhələni yerinə yetirir. Bu gün-sabah Ağdamı da azad edəndən sonra 5 rayon birmənalı olaraq geri alınmış sayılacaq. Yerdə qalan 2 rayonu da onlar qaytarmalıdır. Tam şəkildə inanıram ki, o 2 rayonu da azad edəcəyik.
– Son olaraq Ermənistanın Baş naziri Paşinyanın özgə torpaqları uğrunda insanları döyüşə səsləməsi barədə nə deyə bilərsiniz?
– Əgər hələ də bu istiqamətdə davam edəcəksə, babalı Paşinyanın boynuna.
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 2026 18:30
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 2026 14:31
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 2026 11:33
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 2026 11:21
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
