Generalların doğulduğu yerlər də işğaldan azad edildi
Azərbaycan Ordusu işğal altında olan torpaqları, rayonları azad etmək üçün hərbi əməliyyatları davam etdirir. Ordu birliklərinə rəhbərlik edən iki general isə 27 il idi ki, məcburi köçkün idilər. Artıq onlar doğulduqları yerləri düşmən tapdağından azad ediblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, birlik komandiri, general-mayor Mayis Bərxudarov 20 aprel 1976-cı ildə Qubadlı şəhərində doğulub. Mayis Bərxudarov uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. 90-cı illərdə Qarabağ müharibəsində şəhid olan müəllimi Əliyar Əliyevə söz verib ki, Azərbaycan bayrağını Ə.Əliyevin şəhid olduğu "Laçın dəhlizi"ndə sancacaq. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə Mayis Bərxudarovu təbrik etmişdi. Dünən isə general-mayor Mayis Bərxudarovun doğulduğu Qubadlı şəhəri işğaldan azad edilib. Generalın doğma şəhəri geri qaytarıldı, indi isə növbə şəhid olan müəlliminə verdiyi sözdədir. 27 il kəndi işğal altında olan daha bir generalımız isə Hikmət Həsənovdur. 1-ci Ordu korpusunun komandiri H.Həsənov Suqovuşanı işğaldan azad etdiyi üçün Ali Baş Komandan tərəfindən təbrik alıb. General-mayor Hikmət Həsənov 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində anadan olub. Orta məktəbdə oxuduğu vaxt Ermənistan Füzuli rayonunu və generalın doğulduğu kəndi işğal edib. Bu hadisədən sonra Hikmət Həsənov hərbçi olmaq fikrini qətiləşdirib. 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görüb və ərizə yazaraq təhsilini yarımçıq qoyaraq doğma kəndi uğrunda döyüşlərə qatılıb. Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhəri ilə birgə rayonun Pirəhmədli kəndinin da işğaldan azad edildiyini açıqlayıb. General-mayor Hikmət Həsənov da artıq məcburi köçkün deyil.


- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
