Səfir Vejnəlidəki qızıl yataqları ilə bağlı “Frank Muller” saat brendinin rəhbərini ifşa etdi
Cəbhədə baş verən son proseslərlə bağlı Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi cinayətlərin və işğalçı siyasətinin ifşa edilməsi və ölkəmizin haqlı mövqeyinin İsveçrə ictimaiyyətinə çatdırılması istiqamətində paytaxt Bern şəhərindəki Azərbaycan Respublikasının Səfirliyi ardıcıl və məqsədyönlü şəkildə işlər aparmaqda davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu xüsusda, son olaraq, səfir Xanım İbrahimova İsveçrənin italyan dilli Tiçino kantonunun ən nüfuzlu radiosunun qonağı olub və son hadisələr barədə geniş məlumat verib. Proqramda həmçinin qonaq qismində “Venesiyanın Ca "Foscari” Universitetinin Orta Asiya Tarixi üzrə professoru Aldo Ferrari, Xandənki şəhərində fəaliyyət göstərən müstəqil jurnalist Filippo Rossi və İtaliyanın Trentoda şəhərindəki Balkanlar və Qafqaz Mərkəzinin tədqiqatçısı Simone Zoppellaro iştirak edib. Tiçino kantonunda erməni lobbisinin ənənəvi olaraq yüksək siyasi dairələrlə əlaqələri və erməni diaspor üzvlərinin müxtəlif mətbuat mərkəzləri ilə sıx əməkdaşlığı çərçivəsində qeyd olunan radio proqramının ən çox dinlənilən vaxtda efirə getməsi mühüm əhəmiyyət kəsb edib.
Səfir Xanım İbrahimova radio proqramda sentyabr ayından etibarən başlayan döyüşlər zamanı üç dəfə humanitar atəşkəsin elan olunduğunu, lakin Gəncə və Bərdə şəhərləri başda olmaqla cəhbə bölgəsindən uzaqda yerləşən digər şəhər və qəsəbələrdə Ermənistanın işğalçı qüvvələri tərəfindən dinc əhaliyə qarşı cinayətlərin törətdildiyini və nəticədə çoxlu sayda mülki şəxsin yaralanaraq həlak olduğunu, bununla da elan olunan humanitar atəşkəslərin kobudcasına pozulduğunu bildirib.
Suriyadan çoxlu sayda döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı Ermənistan tərəfindən yayılan xəbərlərin tamamilə yalan olduğunu, bu iddialar ilə bağlı heç bir əsaslı sübutun göstərilmədiyini, Türkiyə Respublikasının isə regionda sabitləşdirici xarakter daşıyıcısı və Azərbaycanın müttəfiqi kimi mənəvi dəstək verdiyini bildirib. Həmçinin BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunan Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə dört qətnaməsini bir daha xatırladıb və 30 ilə yaxın davam edən bu ədalətsizliyin davam edə bilməyəcəyini qeyd edib.
Daha sonra, Səfir Xanım İbrahimova Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı müxbirə məlumat verib, həmin kəndin əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş şirkətlər və şəxslər barədə diqqətə çatdırıb. Xüsusilə, İsveçrə Konfederasiyasının vətəndaşı, “Goldstar” şirkətinin və “Frank Muller” saat brendinin rəhbəri olan erməni əsilli Vartan Sirmakesi ifşa etmiş və uzun illər ərzində qızıl yataqlarının qanunsuz istismara məruz qaldığı bildirib. Məhz bu səbəblə, o, Azərbaycan Baş Prokurorluğu tərəfindən işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasda məsuliyyətə cəlb olunacaqlarını açıq şəkildə vurğulayıb.
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 2026 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 2026 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 2026 21:33
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 2026 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 2026 16:18
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 2026 15:00
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 2026 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 2026 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 2026 23:00
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 00:51
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 23:14
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 21:33
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 11:48
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 21:13
- Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
23 aprel 20:59
- İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır... - Nikol Paşinyan
23 aprel 19:20
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 18:32
- Atatürkü təhqir edən jurnalistlə bağlı ŞOK QƏRAR: Polis hər yerdə onu axtarır
23 aprel 16:00
- Prezidentdən qurultay iştirakçılarına - Müraciət
23 aprel 13:30
