“Döyüşə gedəndə uşaqlara kabab aldı və dedi ki...”
Region7 noyabr 2020 21:27
Qarabağ savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Bölüyümüzün kapitanı Rəşad Arif oğlu Abdullayevdir.
Moderator.az-ın əməkdaşı şəhidimizin Cəlilabad Göytəpə qəsəbəsində yerləşən evində qonaq olub və ailəsiylə görüşüb. Beləliklə, həmin yazını təqdim edirik:
Bizi şəhidimizin atası Arif, anası Sevil xanım və yaxınları qarşıladı. Elə söhbətimizə ilk olaraq şəhidimizin atasıyla başladıq:
"Rəşad üç bacının bir qardaşı idi, 1988-ci il sentyabrın 14-də anada olmuşdu. Tək oğlan olsa da mən onun fikirlərinə həmişə hörmətlə yanaşırdım. Hərbçi yolunu da özü seçdi. Rəşadın babası, yəni mənim atam İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Rəşad həmişə babasının medallarını sinəsinə vurub şəkil çəkdirirdi. Ondan sonra da hərbçi olmaq qərarına gəldi. Orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil oldu. Üç illik təhsildən sonra isə Heydər Əliyev adına Akademiyaya daxil oldu. Təhsilini başa vurduqdan sonra isə Tərtər şəhərində işə başladı".
Söhbətimizə şəhidimizin anası Sevil xanım qoşulur və deyir ki, Rəşad həmişə onlardan işini gizlədib:
"Rəşadın hərbçi olmasını heç istəmirdim, deyirdim ki, ya həkim, ya da müəllim ol, amma istəmədi. Rəşad işiylə bağlı evdə heç nə danışmırdı. 2012-ci ildə Xüsusi Təyinatlıların kursuna gedəndə də məni aldatdı, dedi ki, Türkiyəyə gedirəm. Sən demə 6 ay o kursda olub. (Ağlayır) Rəşad aprel döyüşlərində də iştirak edib və hətta 4 gün mühasirədə qalıblar. Daha sonra isə düşmənin mühasirəsini yararaq mühasirədən çıxıblar. Aprel döyüşlərinə görə ölkə başçısı onu medalla təltif edib. Bu dəfə döyüşə gedəndə də məni aldatdı, əmisinin yas mərasimi idi, Rəşad da gəlmişdi. Daha sonra mənə dedi ki, “Ana mən qayıdıram, qızım məktəbə gedəcək”. Kürəkənim də hərbçi olduğu üçün müharibədən xəbərim var idi, bildim ki, döyüşə gedir".
Şəhidimizin anası deyir ki, Rəşadın şəhid olmasını yuxuda görüb:
"Yatıb yuxuda gördüm ki, yolumun üstündə hərbi formada bir ilan dayanıb. Daha sonra isə gördüm ki, dişim çıxıb, amma sallanır. Sən demə Rəşad yaralıymış. (Ağlayır) Döyüşçü yoldaşlarıyla söhbət etdik, dedilər ki, Rəşad sentyabrın 29-da yaralanıb. Döyüş bölgəsində ilkin tibbi yardım göstərilsə də, ordan çıxara bilməyiblər və daha sonra dünyasını dəyişib. Rəşadı oktyabrın 2-də gətirdilər və böyük izdihamla dəfn etdik".
Söhbətimizə şəhidimizin həyat yoldaşı Gülnar xanım qoşulur:
"Rəşad Xüsusi Təyinatlıların bölük komandiri, hərbi hissənin qərargah rəisi idi. Aprel döyüşlərində də yaralanmışdı, amma bizdən gizlədirdi. 2016-cı il aprel döyüşlərində Talış kəndində xüsusi qəhrəmanlıq göstərib. Bu dəfə müharibəyə gedəndə uşaqlara kabab aldı, dedi ki, “bir neçə gün evdə olmayacam”. Uşaqları qucaqlayıb öpürdü, sanki nəsə hiss etmişdi. 2017-ci ildə Türkiyədə Rəşadgilin Xüsusi Təyinatlı Dəstəsi birinci yeri tutmuşdu. Oğlumuz Məmmədağa atasını soruşur deyir ki, nə vaxt gələcək? Qızım Ruqəyya isə əvvəl soruşurdu, indi isə atasından danışanda susur”.
Vasif Əlihüseyn
Fotolar müəllifindir.




Oxşar xəbərlər
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Azərbaycanda yeni nəslin BOYU azalır
28 yanvar 2026 15:34
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
Xəbər lenti
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
