Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın
Ötən gün Xalq artisti, böyük sənətkar Leyla Bədirbəylinin anım günü idi.
Aktrisa haqqında maraqlı faktları təqdim edirik.
Leyla Bədirbəylinin 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Atası Ağalar kişi uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata buraxıldıqdan sonra isə Energetika Texnikumunda direktor işləyib, 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.
Leyla Bədirbəylinin sənətə gəlməyində isə anası Bikə xanımın böyük rolu olub. Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özüylə bura aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan Bədirbəyli Dövlət Filarmoniyasına dəvət edilir.

On altı yaşında rəqqas Fərəc Cavanşirovla ailə həyatı qurur. Bir il sonra onların oğlu doğulur. Gənc ana olan aktrisa işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir. Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi 4 il çəkir.
İkinci həyat yoldaşı diş həkimi Kamil Aslanovla tanışlığının isə qəribə tarixcəsi olub. Kamil Aslanov ixtisasca diş həkimi olub, amma rəqs etməyi xoşlayır, gözəl rəqs edirmiş. Əli Bayramov klubuna gedir, Leylanı orada görür və çox bəyənir. Bir gün Leyla anasını da götürüb diş həkimə aparmaq adı ilə Kamilin işlədiyi xəstəxanaya gətirir. Lakin, bu gedişlərin sayı çoxaldıqca Leylanın anasının da hər dəfə bir dişi çəkilirmiş. Elçi gələndə isə artıq hər şey bəlli olur. Bikə xanım zarafata salıb deyir: “Bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim”.

1945-ci ildə Rza Təhmasib "Arşın mal alan" filmini çəkərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəyovun tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Hətta belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyə edib. Bəzi sənət adamları isə ümumiyyətlə bu iki şəxs arasında sevgi münasibətlərinin olduğunu deyirlər.
“Arşın mal alan” qısa vaxt ərzində dünya şöhrəti qazanır. Filmin yaradıcı qrupu, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə "Stalin mükafatı"na layiq görürlər.

Ötən əsrdə yaşamış görkəmli Azərbaycan rəssamı Vəcihə Səmədova “Aktrisa Leyla Bədirbəylinin portreti” adlı rəsm əsərini Leyla xanıma həsr edib.
Leyla Bədirbəyli ilə aktyor Əliağa Ağayev arasında da müəyyən mübahisələr olub. Deyilənə görə bu söz-söhbət bir gün teatrın iclasında daha da alovlanır, iş o həddə çatır ki, onlar burda bir-birilərini təhqir də edirlər. Sonralar isə bu hadisə lətifə kimi danışılır.

Sara Qədimova ilə Leyla xanım yaxın rəfiqə olublar. Aktrisanın hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin düşmə xəbəri gəlir. 4 ildən sonra isə ata sağ-salamat geri qayıdır. Bir gün aktrisa Sara xanımgildə qonaq olarkən telefon zəng çalır. Sara xanıma deyirlər ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım Leylaya təklif edir ki, onu anasıgilə qonaq aparsın. Leyla Bədirbəyli evlərinin qapısından içəri girəndə atasını sağ-salamat görür və ürəyi gedir.
Leyla Bədirbəyli çox savadlı və qabiliyyətli xanım olub. Paltarlarının bəzilərini özü tikər, üzərinə iplə toxunmuş bəzəkli güllərdən naxış salarmış. Çox dadlı şirniyyatlar, gözəl tortlar bişirməyi bacarırmış. Bunun üçün hətta xarici ölkələrdən tort bişirmək üçün xüsusi avadanlıqlar gətizdirir. Halvanı, şəkərburanı o qədər dadlı bişirərmiş ki, adamlar bunları onun özünün hazırladığına inanmayıblar.

Antik əşyalar, heykəllər satın almağı çox sevib. Xırda heykəlciklərdən ibarət kolleksiyası olub. Xaricə gedəndə məşhur ustaların əl işlərini alıb gətirərmiş.
“Dəli Kür” filminin çəkilişləri zamanı Cahandar ağanın arvadı rolunu ifa edən Leyla Bədirbəyli Mələk rolunun ifaçısı aktrisa Zemfira Sadıqovaya rol gərəyi şillə vurmalı idi. Lakin, heç kimin gözləmədiyi halda Leyla xanımın şilləsi çox güclü olur. Zemfira xanım müsahibələrinin birində belə deyir: “Rəhmətlik Reyhan Müslümova da filmdə Cahandarın qızı roluna çəkilirdi. Onunla biz yaşıd idik. Bir gün ikimiz birlikdə yemək yeyəndə qulağımız eşidə-eşidə Leyla Bədirbəyli dedi ki, bunları hardan tapıb gətiriblər. Nə istedadları, nə də gözəllikləri var. Sonra da məlum səhnədə Leyla Bədirbəyli məni elə bərkdən şillələdi ki, yerimdə səntirlədim. Həmin an özümü itirsəm də, dərhal ələ ala bilmişdim. Çünki aparat işləyir, film isə çəkilirdi. Mən özümə aid olan sözümü deməliydim. Əgər o məni elə möhkəm vurmasaydı, həmin hissəni daha yaxşı və başqa cür ifa edərdim. Amma Allah rəhmət etsin. O, sonradan heç bir üzrxahlıq etmədi. Halbuki, edə bilərdi”.

Leyla Bədirbəylinin məşhurlaşmasında böyük rol oynamış digər şəxs isə İosif Stalin idi. Onun Bədirbəylini "Qafqaz gözəli", "Azərbaycan gözəli" adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olmuşdu. Sonralar isə şayiələr yayılır ki, guya Leyla xanımın sovet dövlətinin rəhbəri ilə isti münasibətləri var.
Leyla Bədirbəylinin pərəstişkarları sırasında məşhur qəzəlxan Əliağa Vahidin də adı çəkilir. Hətta şairin aktrisaya erotik şeirlər həsr etdiyi də deyilir. Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan" filmində Nübar Novruzovanın canlandırdığı aktrisa obrazı məhz Leyla Bədirbəylinin prototipidir.
Çoxları bilmir ki, xalq şairi Səməd Vurğun da Leyla Bədirbəylinin gözəlliyinin aşiqi olub. Hətta şairin aktrisaya "Allı-güllü Leylam" adlı şeir də həsr etdiyi deyilir. Həmin şeir isə sonradan mahnıya çevrilib. Bu şeirdən sonra şairlə aktrisanın sevgi münasibətlərinin olduğu barədə də müxtəlif fikirlər səslənib.

Leyla Bədirbəyli xeyli müddət Akademik Milli Dram teatrında aktrisa kimi fəaliyyət göstərib. Adil İskəndərov teatra rəhbərlik etdiyi dönəmlərdə ən yaxşı qadın obrazlarının bir çoxunu Leyla xanıma həvalə edirmiş. Bu isə o zamanlar teatrın priması hesab olunan, demək olar ki, bir çox qadın aktrisalarla intriqalar yaşayan Hökümə Qurbanovanın xoşuna gəlmir. Onların arasında ziddiyyətli münasibətlər yaranır. Və nəhayət günlərin birində yaşlansa belə, gözəlliyini itirməyən aktrisanın adı gənc aktyorla hallanır. İclasların birində söhbət açılır. Bundan sonra aktrisa doğma teatrından incik düşür və oradan gedir. Sonra heç vaxt "Azdrama"ya qayıtmır.
Həyat yoldaşı Kamil Aslanov Almaniyaya gedir. Ordan Azərbaycana qayıdanda Ukraynada ağır yol qəzasına düşərək vəfat edir. Bu hadisədən bir il sonra isə aktrisanın qızı Laləni Bakıda maşın vurur. O, isə 48 yaşında dünyasını dəyişir. Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli əsəb xəstəliyinə tutulur, heç kimlə görüşmək, danışmaq istəmir və özünə qapanır. Yalnız 1999-cu ilin yanvar ayının 1-də mərhum prezident Heydər Əliyev ona "İstiqlal" ordenini verərkən evdən çıxır. Elə həmin ilin noyabr ayının 23-də 79 yaşında dünyasını dəyişir.

Həyat yoldaşı aktrisanı həddindən çox sevirmiş. Aktrisanın nəvəsi müsahibələrinin birində belə deyir: Babam ata necə qızına baxırsa, nənəmə elə baxırdı. "Kubinka" tərəfdə təndir çörəyi bişirirdilər. Hər səhər babam gedib o çörəkdən alırdı ki, Leyla xanım boyat çörək yeməsin. Babam 3-4 gündən bir evə qızıl güllər gətirirdi. Nənəmin güldanı heç vaxt boş qalmazdı. Xarab olan kimi, yerinə təzə güllər qoyulurdu.” (kulis.az)
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- Millimiz Gürcüstana 0:6 uduzdu
6 fevral 2026 18:34
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
4 fevral 2026 18:27
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
