Holcim ASC barədə cənab nazirə müraciət
Keçmiş Qaradağ sement zavodu, indiki Holcim ASC-də baş verən qanunsuzluqlarla bağlı NUH.az saytının araşdırması davam edir.
Qısa xatırlatma üçün qeyd edək ki, 1950-ci ildən fəaliyyət göstərən məşhur Qaradağ sement zavodu 2010-cu ildə Holcim Azərbaycan ASC-yə ( Açıq Səhmdar Cəmiyyəyə ) çevrilib.
“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara, yəni zavodun keçmiş işçilərinə məxsudur.
Mövzu ilə bağlı ötən 2 yazıda zavodun öz gəlirlərini saxta yolla MİNUS göstərib real gəlirləri gizlədərək uzun illər zavodda can qoymuş keçmiş işçilərin, yəni YERLİ səhmdarların dividentlərini vermədiyini qeyd etmişdik. Yazıda haqlı olaraq sual qoymuşduq: Görəsən zavodun ƏCNƏBİ - FRANSIZ direktoru Frederik Guimbal bahalı kef, eyş-işrət məclislərinə necə pul tapır, ancaq YERLİ səhmdarların pulunu vermir ?
Digər tərəfdən karonavirus bəhanəsi ilə səhmdarların ÜMUMİ YIĞINCAĞINI hər dəfə təxirə salan cənab Guimbal VİDEO-da görünən kimi kef məclislərinə necə vaxt tapır ?
Nə üçün zavodun maliyyə durumu ilə bağlı səhmdarlara məlumat verilmir ?
Ötən yazımızda daha ciddi bir məsələyə toxunmuşduq. Holcim-in istifadə müddəti keçmiş sementi necə satışa çıxarılır?
Axı, bu sementlə dövlət səviyyəli obyektlər, körpülər, evlər, yollar tikilir. Sabah bunlar başımıza uçanda kim məsuliyyət daşıyacaq ? Niyə buna nəzarət yoxdur ?
Frederik Guimbal direktor olmazdan əvvəl sement kisələrinin üzərinə SATIŞ ÜÇÜN DEYİL yazılırdı. Nə üçün fransız direktor köhnə bazara təzə qayda gətirdi ?
Məqsədi nədir ? Pul qazanmaq.
İndiki 3-cü yazımızın mövzusu isə Holcim zavodunun milyonlarla vergini dövlət büdcəsindən yayındırması və dövlətə külli miqdarda ziyan vurması ilə bağlıdır. Bunun mexanizmini sadə formada izah etməyə çalışacağıq. Sxemə diqqətlə fikir verin, görün Guimbal milyonları necə qazanır ?
Birinci KİSƏ ilə sementin satılması sxeminə baxaq:
Holcim-ZAVOD ------------ DİSTRÜBÜTÖR -------------- PƏRAKƏNDƏ SATIŞ
Deməli, 1. ZAVOD məhsulunu qanuni yolla DİSTRÜTOR-ə satır və dövlətə vergi ödəyir
2. DİSTRÜBÜTÖR zavoddan aldığı sementi PƏRAKƏNDƏ SATIŞA satır və vergini ödəyir
3. PƏRAKƏNDƏ SATIŞ da distrübütördən aldığı sementi sataraq vergini ödəyir.
Sxemdən göründüyü kimi 3 obyekt ( zavod, düstrübütör, pərakəndə satış dövlətə vergi ödəyir )
İndi isə sementin TON-la satışına baxaq:
Holcim-ZAVOD ------------ DİSTRÜBÜTÖR -------------- BETON ZAVODLAR
Yenə hər 3 obyekt dövlət büdcəsinə vergi ödəyir.
Eyni sxem KLİNKER satışında da olur:
Holcim-ZAVOD ------------ DİSTRÜBÜTÖR -------------- MİNİ SEXLƏR
Yenə zavod da, distrübütör də, mini sexlər də vergisini ödəyir.
İndi görək, cənab Frederik Guimbal hansı yolla sementin satışını həyata keçirir, daha doğrusu dövlət büdcəsinə milyonlarla ziyan dəyir.
Onu qeyd edək ki, Frederik Guimbal direktor olanadək zavodda sərt qaydalar olub.
Yəni hansısa X TİKİNTİ ŞİRKƏTİ tikinti sahəsi və layihə barədə ZAVOD-a dəqiq məlumat verir. ZOVOD-da həmən layihə öyrənilir və tikintiyə NƏ QƏDƏR SEMENT-ə TƏLƏBAT olduğu bəlli olur.
Və ZAVOD həmən TƏLƏBAT-a uyğun sementi üzərinə SATIŞ ÜÇÜN DEYİL yazılmış kisələrdə TİKİNTİ ŞİRKƏTİNƏ göndərir. Yəni TİKİNTİ ŞİRKƏTİ-nin qanunsuz sement satmaq və vergidən yayınmaq niyyətinin qarşısı alınır. Yəni tikinti şirkəti 100 ton tələbat əvəzinə zavoddan 100 + 50 ton alıb qalan 50 tonu qanunsuz sata bilmirdi.
Frederik Guimbal direktor olandan sonra bu mükəmməl mexanizmi məhv etdi.
Və indi hansısa tikinti şirkəti, yaxud adını OBNALİÇKA qoyduqları qanunsuz şirkətlər HOLCİM-ZAVOD-a layihə təqdim etmədən, özləri yalan TƏLƏBAT müəyyən edirlər. Bunun doğru, yoxsa yalan olduğunu ZAVOD müəyyən etmir. Tikinti şirkətinin istədiyi miqdarda sement göndərilir. Və artıq kisələrin üzərinə SATIŞ ÜÇÜN DEYİL yazılmır. Tikinti şirkəti isə tələbatdan dəfələrlə artıq aldığı sementi beton zavodları, mini sexlər, pərakəndə satış vasitəsi ilə satdırır. Yəni vergidən yayınır. Və qazandığı pulları Frederik Guimballa bölüşürlər. Belə olan halda mini sexlər, pərakəndə satış və s vergidən yayınır. Qazanan Frederik, tikinti şirkətləri, "obnalişka", mini sexlər, pərakəndə satış, UDUZAN isə AZƏRBAYCAN DÖVLƏT-i olur.
Görəsən, Fransa dövlətinin ölkəmizə qərəzli münasibəti bəs deyilmi, hələ Guimbal da bura dövlətimizə ziyan vurur.
Yazının sonunda hörmətli İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edirik.
Cənab nazir !
NUH.az-a daxi olan məlumata görə, hazırda rəhbərlik etdiyniz qurumun nümayəndələri Holcim ASC-də yoxlama aparırlar. Yuxarıda qeyd etdiyimiz 2 məsələ birbaşa Sizin səlahiyyətinizə daxildir.
Vergidən yayınma məsələsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, müddəti keçmiş sement məsələsi isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə aiddir.
Cənab nazir ! Sizdən xahiş edirik bu məsələlərin araşdırılmasını öz nəzarətinizə götürəsiniz. Lazım gələrsə, bu maxinasiyalarda iştirak edən və dövlətimizə külli miqdarda ziyan vuran "obnaliçka" qurumların siyahısını Sizə təqdim edə bilərik.
P.S. Növbəti yazımız Holcim ASC-də oğurluq, tərəzidə aldatma və digər hallarla bağlı olacaq.
NUH.az-ın araşdırmaları davam edir.
Bizi izləyin.
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 2026 19:59
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 2026 16:18
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 2026 23:00
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 2026 19:52
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 2026 15:44
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 2026 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 2026 13:03
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 2026 21:13
- İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır... - Nikol Paşinyan
23 aprel 2026 19:20
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 00:51
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 23:14
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 21:33
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 11:48
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 21:13
- Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
23 aprel 20:59
- İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır... - Nikol Paşinyan
23 aprel 19:20
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 18:32
- Atatürkü təhqir edən jurnalistlə bağlı ŞOK QƏRAR: Polis hər yerdə onu axtarır
23 aprel 16:00
- Prezidentdən qurultay iştirakçılarına - Müraciət
23 aprel 13:30
