“Dedim, Serj, 5 rayonu Azərbaycana qaytar, dedi, yox…”
Müsahibə8 dekabr 2020 14:00
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o Rusiya prezidenti Vladimir Putinlə birlikdə Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təklif verib. Bu təklif Rusiya və Belarusun münaqişənin nizamlanmasında birgə iştirakını nəzərdə tuturdu.
"Yeni Sabah” Belarus rəsmi KİV-lərinə istinadən xəbər verir ki, Lukaşenko bu barədə rusiyalı jurnalistlərlə görüşündə açıqlayıb.
Lukaşenkonun bildirdiyinə görə bu ideya hələ Yerevanda, KTMT-nin sammitlərindən birində müzakirə olunmuşdu. Və o vaxt Ermənistanda Serj Sərkisyan hakimiyyətdə idi.
Lukaşenko deyib ki, o Ermənistanı və Azərbaycanı kompromis həll variantına razılıq verərək Qarabağ problemini birlikdə həll etməyə çağırıb. Bu zaman Belarus və Rusiya konsolidə olunmuş mövqe nümayiş etdirib. O cümlədən zərurət yaranarsa müəyyən qarantiyaların təmin olunması üçün hərbi kontingentin yeridilməsi məsələsində.
"Sonra artıq açıq şəkildə dedim: qulaq as, onların dediyi kimi 7 rayonu işğal ediblər. Və biz Putinlə birlikdə konsolidə olunmuş mövqe nümayiş etdirdik (Bu, Yerevanda, KTMT sammitində olmuşdu): Serj, həmin 5 rayonu qaytar. Onları qaytarmamaq üçün nə səbəb ola bilər axı, onlar ki, boşdur. O deyir: əgər mən qaytarsam onlar orada yolu kəsəcəklər, Dağlıq Qarabağı tutacaqlar və s. Və biz Putinlə birlikdə qəti şəkildə vəd etdik ki, belə olsa öz qoşunlarımızı yeridəcəyik və buna imkan verməyəcəyik.
O dedi: yox, biz buna getməyəcəyik, biz bunu istəmirik", - Belarus prezidenti qeyd edib.
Aleksandr Lukaşenko bildirib ki, Sərkisyanın bu cavabından təəcüblənib. "Nəyə görə istəmirlər? 5 rayon boş qalıb. Bu birinci addımdır. Onda Azərbaycan da, Ermənistan da KTMT-də, Avrasiya İttifaqında olardı. Bu, Azərbaycanın həmin təşkilatlara daxil olması üçün qoyduğu şərt idi. Nəyə görə siz imtina edirsiniz? Yaxşı, Belarus bir yana, amma Rusiya qarant rolunda çıxış edir ki, həmin rayonlar azad edilsə heç vaxt orada müharibə olmayacaq. Hansı ki, həmin rayonların Azərbaycana məxsus olduğunu siz də etiraf edirsiniz. Burada söhbət Qarabağdan getmir" - Lukaşenko bildirib.
Daha sonra Lukaşenko Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının vacibliyini qeyd edib, o cümlədən investisiyaların cəlb edilməsi baxımından. Belarus prezidenti daha bir baş tutmamış layihədən danışıb. Onun sözlərinə görə, söhbət Azərbaycandan Gürcüstana boru kəmərinin çəkilməsindən gedirdi. Və Belarus prezidenti həmin məsələ ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb.
"Onlar boru kəməri çəkirdilər. Məncə qaz idi. Və bu kəmər Ermənistandan yan keçirdi. Həmin vaxtlar mənim Azərbaycan prezidenti İlham Əliyevlə təmasım olmuşdu, dedim ki, o Serj Sərkisyanla kəmərin Ermənistandan keçməsi məsələsini müzakirə etsin. Bu hər iki tərəfə faydalı olardı. Dedim ona bildirsin ki, bu problemi həll etmək lazımdır, mən bu kəməri oradan keçirirəm və üstəlik Ermənistanın bərpasına da kömək edirəm. O vaxt onların pulunun sayı-hesabı yox idi. Və mən bu söhbətdən sonra Serj Azatoviçlə görüşdüm, təklifi ona da çatdırdım. Amma bundan da imtina etdi. Bununla belə istənilən halda bu münaqişə nə vaxtsa sülhlə bitməlidir", - Lukaşenko bildirib.
Virtualaz.org yazır ki, KTMT-nin sammiti son dövrlərdə 2016-cı ildə Yerevanda keçirilib. Həmin vaxt Dağlıq Qarabağ münaqişəsi kəskinləşmişdi və Aprel döyüşləri baş vermişdi.
Belarusun Rusiya ilə birlikdə Qarabağ münaqişəsinin həllində iştirakına dair ideya ilk dəfə səslənir. Amma qeyd etmək lazımdır ki, münaqişə bölgəsində KTMT sülhməramlılarının yerləşdirilməsi ideyası bu yaxınlarda gündəmə gəlmişdi. Hərçənd Minsk Qrupu həmsədrləri olan ölkələrin qoşunlarının sülhməramlılar qismində münaqişə bölgəsinə yeridilməyəcəyinə dair şifahi anlaşmanın mövcud olduğu əvvəllər dəfələrlə deyilib.
Oxşar xəbərlər
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
4 may 2024 18:31
- Tanışının qulağını dişlədi - Həbs olundu
4 may 2024 13:39
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
3 may 2024 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
3 may 2024 17:19
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
1 may 2024 21:56
Xəbər lenti
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
Video & Fotoqalereya
Video
Fotoqalereya