252 №-li məktəb-liseyin direktoru Xədicə Eminovanın qazandığı milyonlar
252 nömrəli məktəb-liseyin direktoru onun ad gününü təbrik etməyən müəllimələri necə cəzalandırıb?
Hər yerdə Sabunçunun icra başçısının adından istifadə edən bu xanım oğluna Badamdarda villa tikdirib. Paytaxtın Sabunçu rayonunda yerləşən 252 nömrəli məktəb-liseydə təhsilin səviyyəsinin aşağı olması və direktor Xədicə Eminovanın səlahiyyətlərinə aid olan işləri lazımi şəkildə həyata keçirə bilməməsi haqda xəbər mətbuatda dəfələrlə dərc olunub. Məktəbdəki mənbələrdən verilən yeni məlumatlara görə, əslən Füzuli rayonundan olan direktorun təhsil sektorundan demək olar ki, heç bir anlayışı yoxdur: «Xədicə xanımın yetərincə savadı yoxdur. Bunu Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyi də çox gözəl bilir. Sadəcə olaraq direktor bəzi şəxslərin, o cümlədən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adını hallandırmaqla vəzifəsini qoruyub saxlamağı bacarır. Məktəb rəhbəri hər yerdə məhz Sabunçunun icra hakimi tərəfindən müdafiə olunduğunu deyir. O əvvəllər 170 nömrəli orta məktəbə rəhbərlik edirdi. 252 nömrəli məktəb-lisey daha qazanclı, həmçinin şagirdlərin sayı çox olduğu üçün bura direktor keçdi. Hazırda məktəbdə 2500-dən çox şagird təhsil alır. Məktəb rəhbəri bu şagirdlərin demək olar ki, hamısını müxtəlif yığımlara cəlb edir. Maraqlı bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bir neçə il əvvəl məktəbdə müəllimlər günü qeyd edilən zaman mübahisəli vəziyyət yaranmışdı. Belə ki, direktorun ad günü ilə müəllimlər günü eyni günlərə təsadüf edirdi. Amma müəllimələr bu münasibətlə direktoru təbrik etməmişdilər. Bundan qəzəblənən Xədicə xanım bir neçə aylıq məktəbdəki ibtidai hazırlıq kurslarını ləğv etdi, müəllimləri səbəbsiz yerə incitdi. Vəziyyətin belə alındığını görən müəllimlər isə məcburiyyət qarşısında qalaraq maaşlarından 20 manat ayırıb direktoru gec də olsa təbrik etdilər. Yalnız bundan sonra Xədicə Eminovanın hirsi soyudu».
252 nömrəli məktəb-liseydəki mənbə həmçinin vurğulayır ki, direktor vəzifəsinə və kollektiv üzvlərinə biganə münasibət göstərir: «O çox vaxt işdə «tapıçka» ilə gəzir. Yalnız Təhsil Nazirliyindən və Bakı Şəhər Baş Təhsil İdarəsindən yoxlama gələndə ayaqqabı geyinir. Direktorla bağlı ən maraqlı məqam onun Qasım adlı şəxslə əlaqələri barədədir. Qasım adlı şəxs tikinti işləri ilə məşğul olur. Bu adam Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki bütün binaları penoplastla üzləmişdi. Həmçinin Badamdar qəsəbəsində də tikinti işləri aparır. Deyilənə görə, Xədicə Eminova Qasım müəllimi uzun illərdən bəridir ki, tanıyır. Onların münasibətləri daha sonradan qohumluq müstəvisinə keçib. Belə ki, məktəb direktoru oğlanlarından birinə Qasım adlı şəxsin qızını alıb». Özəl mənbələrdən aldığımız məlumatlara görə, Xədicə Eminova oğluna Badamdar qəsəbəsində qudası Qasım müəllimin yaşadığı imarətin yanında villa tikdirir. Bundan başqa, məktəb direktorunun oğlanlarının bahalı maşınlarda gəzdiyi də bizə verilən məlumatlar arasındadır. Bu və digər məsələlər haqqında növbəti yazımızda oxuya biləcəksiniz.
Bizi izləyin.
Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Növbəti yazımızda ''Milyonçu'' məktəb direktoru Xədicə Eminovanın qudası Qasım müəllim haqqında geniş araşdırmamız olacaqdır.
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
3 may 2024 21:25
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
2 may 2024 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
2 may 2024 10:47
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 2024 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18