- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
Ərəstun Orucludan ordumuzla bağlı SENSASİON AÇIQLAMA
Müsahibə12 dekabr 2020 09:49
Sabiq təhlükəsizlik xidməti zabiti, tanınmış hüquq müdafiəçisi, politoloq Ərəstun Oruclunun Facebook-da və digər sosial şəbəkələrdə, ölkəmizdəki bu həssas məqamlarda hamının narahatlığına səbəb ola biləcək vacib bir məsələ ilə bağlı sensasion açıqlaması geniş yayılıb. Daha doğrusu, yazı müəllifinin özü: "İndi yazdığım məsələ bizim şanlı ordumuzla bağlıdır, daha doğrusu, ordumuza qarşı nəzərdə tutulan və bəlkə də artıq planlaşdırılmış məkrli əməllərlə. Elə, buna görə də, öz qaydalarımı pozaraq, sizdən bu postu imkan çərçivəsində paylaşmağı xahiş edirəm!" -- deyə, dəyərli dostlarına və izləyicilərinə belə bir paylaşmanı etməyi məsləhət bilib. Maraqlı və düşündürücü olduğu üçün, araz.az xəbər portalı da, açıqlama xarakterli həmin yazını olduğu kimi dəyərli oxucularının diqqətinə çatdırır:
"Mövzuya bir qədər uzaqdan başlayacağam.
2016-cı ilin aprel döyüşlərindən sonra, ordumuzun başına gətirilən dəhşətli hadisələr haqqında çoxunuz məlumatlısınız. Özüm bu məsələni durmadan işıqlandırmışam və bu işdə hüquq müdafiəçisi Oqtay Gülalıyevin məndən də fəal olduğunu bilirsiniz. Söhbət "Tərtər işi" adı ilə bəlli olan ağır dövləti cinayətdən gedir. Məhz həmin döyüşlərdən bir müddət sonra, Azərbaycan Ordusunun Tərtər qarnizonunun hərbçilərinə qarşı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən, erməni kəşfiyyatına işləmək saxta ittihamı ilə cinayət işi açılmışdı və "istintaq" zamanı hərbçilərimizə qarşı total qeyri-insani işgəncələr tətbiq olunmuşdu. Konkret desək, hərbi prokuror Xanlar Vəliyevin, keçmiş baş prokuror Zakir Qaralovun, onun keçmiş birinci müavini Rüstəm Usubovun rəhbərliyi altında, Müdafiə Nazirliyi Baş Təhlükəsizlik İdarəsinin hərbçiləri tərəfindən həyata keçirilən həmin vəhşi işgəncələr nəticəsində 14 nəfər ölüb, 200-dən artıq insan isə, ağır xəsarətlər alaraq şikəst olub.
Xatırladım ki, işgəncələrdən ölənlərdən bir neçəsi haqqında Bakı Hərbi Məhkəməsi bəraət hökmü çıxarmışdı. Onu da xatırladım ki, onda, işgəncələri həyata keçirmiş MN Baş Təhlükəsizlik İdarəsinin rəisi, nazirliyin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun bacısı oğlu, sonralar general-mayor rütbəsi almış Ramil Əsgərov olub. Bütün bu cinayətkar əməllərin arxasında isə, Rusiya xüsusi xidmət orqanlarının dayandığını da dəfələrlə yazmış, bu haqda müsahibələrimdə danışmışam. Oqtay Gülalıyevin başına gələnlərin heç də təsadüf olmadığını demişəm, çünki həmin yazılarımdan sonra, 2018-ci ilin mayında Bakıya dönəndə mənə təhlükəsizliyimi təmin etmək təklif olunmuşdu. Mənsə bundan imtina etmişdim.
İndi isə, icazənizlə keçək mətləbə: Azərbaycan Ordusunun parlaq qələbəsi bizi və dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də dərindən məyus edib. Diqqətimi çəkmiş və şərh bölümündə paylaşdığım rusiyalı ekspertlərin iştirakı ilə müzakirəyə 20-ci dəqiqədən başlayaraq, siz də baxa bilərsiniz.
Digər diqqətçəkən bir məqam isə, 10 niyabr üçtərəfli bəyanatının ardınca elan olunan atəşkəsdən bir müddət sonra Azərbaycan əsgərlərinin, guya, baş kəsməsilə bağlı yayılan çoxsaylı videolardır. Həmin videolar ki, orada ermənilərin başını kəsənlər kimi, əsasən, məhz xüsusi təyinatlılarımız əks olunub.
Şəxsən mən həmin videoların saxta olduğunu, məqsədli hazırlandığını və onları yayanların Azərbaycan ordusunun vuran əli olan XTQ-yə qarşı "Tərtər işi" tipli təxribata hazırlıq məqsədi güddyünə əminəm. Bunu təsadüfən demirəm, müraciət etdiyim mütəxəssislər də, həmin videoların saxtalığı ehtimalının yüksək olduğunu iddia edirlər.
Düşünürəm ki, ölkəmizin dövlət orqanlarının, xüsusilə də DTX və Dövlət Mühafizə Xidmətinin bunu araşdırmaq üçün yetərincə yüksək səviyyəli mütəxəssisləri var və həmin qurumlar da bunu edəcəklər. Çünki söhbət təkcə Azərbaycanın və onun müzəffər ordusunun imicindən yox, ölkənin milli təhlükəsizliyindən gedir. Söhbət daxili düşmənlərin əlilə ordumuza, xüsusilə də onun vuran əli olan XTQ-yə qarşı hazırlanmış cinayətə zəmin yaratmaq üçün ictimai rəyi manipulyasiyadan gedir. Söhbət, həm də Azərbaycanın qalib ordusunu dünyaya başkəsən cinayətkar dəstə kimi təqdim etmək cəhdindən gedir. Bunun qarşısını var gücümüzlə almalıyıq.
Etik səbəblərdən və düşmənin mərkli planlarına dəstək olmamaq üçün, həmin videoların heç birini paylaşmıram, amma müraciət etdiyim mütəxəssislərlə birlikdə gəldiyimiz ümumi rəyi əks etdirən bir neçə məqamı sizlərlə bölüşməyi zəruri hesab edirəm.
Ümumi qənaətlərdən biri belədir ki, telefona çəkildiyi iddia edilən həmin videolardakı səslər sonradan studiya şəraitində xüsusi səsyazma texnikası vasitəsilə əlavə olunub. Bu səbəbdən də orada yer almalı olan kənar səslər (küylər) yoxdur. Telefon çəkilişi zamanı isə, onlar mütləq olmalıdır.
Gəldiyimiz digər bir qənaət: məhz XTQ hərbçilərinin kamera qarşısında belə rahatlıqla qətl törətməsi və sonradan onun videogörüntülərini yayması ağlasığmaz görünür. Xüsusi təyinatlıların nə statusu, nə də mənəvi-psixoloji hazırlığı bunu etməyə heç bir əsas vermir.
Üçüncü məqam isə, videoların yayılma vaxtı ilə bağlıdır. Bu gün əldə olunmuş 10 noyabr anlaşması ilə bağlı cəmiyyətdə müəyyən fikir müxtəlifliyi səbəbindən gedən diskussiyalar fonunda belə materialların yayılması ən yüksək effekt verə bilər. Başqa sözlərlə, vaxt da idel seçilib.
Nəhayət, araşdırmalar göstərir ki, həmin videoların mütləq əksəriyyətinin əsas mənbəyi müəmmalı Telegram-kanallardır. Bir neçə eyni tipli videoların eyni kanalların "əlinə düşməsi" təbii ki, suallar doğurmaya bilməz. Beləliklə, bu gün hamılıqla, var gücümüzlə ordumuzun yanında olmalı, onu düşmən təxribatlarından qorumalı, düşmənə gücümüzü göstərməliyik. Bunları etməsək, onun -- düşmənin iyrənc əməlləri təkcə davam etməyəcək, həm də ordumuzu, cəmiyyətimizi tam məhv edəcək. Elə, öz içimizdəkı satqınların və xainlərin əli ilə.".
araz.az xəbər portalı.
Oxşar xəbərlər
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 2026 23:07
- Kiyevdə matəm elan edildi
14 may 2026 19:44
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 2026 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 2026 18:30
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 2026 14:31
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 2026 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 2026 11:12
Xəbər lenti
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
