Qucuma gəl, qucuma
Rusiya sülhməramlıları ilə bağlı məlum xəritə narahatlığı bitdi. Azərbaycan Ordusunun nəzarət etdiyi hissəyə uzadılmış “əyri burun” xəritədən silindi. 44 günlük müharibə Azərbaycan cəmiyyətində elə bir həssaslıq yaradıb ki, indi də bir qarış torpaq, bir kənd uğrunda yenidən silaha sarılmağa hazırdır.
Xocavənd rayonunun iki kəndi - Çaylaqqala, Köhnə Tağlar və o kəndlərə aparan yolların niyə bu qədər strateji əhəmiyyəti olduğunu qısaca izah etməyə ehtiyac var. Məlumdur ki, Füzulidən Şuşaya yol çəkilişinə başlanıb. Belə görünür ki, yaxın üç ildə Cəbrayıl yoluna çıxmaqla Laçın koridoruna keçib Şuşaya getmək mümkün olmayacaq.(Halbuki koridoru həftənin üç günü azərbaycanlıların istifadəsinə vermək müzakirə ediləcək mövzu ola bilər). Bu səbəbdən çəkilişinə başlanan Şuşa yolu, onun keçəcəyi marşrutun təhlükəsizliyi həyati əhəmiyyət kəsb edir. Xəritədə həmin “əyri burunun” reallaşması ermənilərin (həm də silahlılarının) o ətrafda qalması, olduqca təhlükəli proseslərin başlanğıcı, eləcə də sülhməramlıların Şuşa yolunu nəzarətə götürməsi demək olardı. Bunu Azərbaycan hakimiyyətinin tez bir zamanda Moskva ilə diplomatik yollarla həll etməsi təfərrüata varmadan, Bakının aktivinə yazılmalıdır.
“Rusiya məsələsi” həmişə həssas mövzu olub, indi isə sözün həqiqi mənasında Azərbaycanın döyünən ürəyində rusiyalı əlisilahlı əsgərlər var. Bu səbəbdən Rusiya sülhməramlı qoşunlarının hər bir addımı ciddi həssaslıqla izlənəcək və bu ən azı yaxın 5 ildə belə davam edəcək.
Sülhməramlı kontingentin komandiri general-leytenant Rüstəm Muradovun erməni hərbi əsirləri gətirərkən quldurbaşı Araik Arutyunyanla bir-birlərinə sarılması da narazılıq yaradıb. Biz ya bilərəkdən, ya da səmimi olaraq belə düşünürük ki, general Muradov bizim hərbçilərlə sıcaq görüşə, şəkil çəkdirə, süfrəmizə ürəklə otura bilər, amma erməniləri görəndə onlardan ya yan qaçmalı, ya da üz-gözünü turşutmalıdır. Bəlkə də məsələn, onu qucaqlayan Araikin arxasına bir hərbçi dürtməyi vurmalıdır. Yəni biz Rüstəm Muradovun Putinin təyin etdiyi Rusiya ordusunun generalı, peşəkar hərbçi olduğunu sanki unuduruq. Deyirik ki, haqlı olduğumuz, bizim torpaqda, hətta müsəlman(tabasaran) olduğu üçün də yalnız bizim generallarla görüşməli, bizim hərbçilərin süfrələrinə dəvətini qəbul etməli, bəlkə də sağlığımıza tost deməlidir. Sovet vaxtı hərbi xidmətdə olan azərbaycanlıların “komandirin qızı ilə sevgi məcaraları” haqda danışdıqları hekayələr dövrü lap çoxdan keçib axı... Nə Rusiya ordusu SSRİ ordusuna, nə rus həmin rusa bənzəyir. İndi Rusiya dünyanın supergücləri ilə kəllələşən, ordusunu hər an müharibəyə hazır vəziyyətə gətirməyə qadir olan ciddi gücə söykənən ölkədir.
Araik terrorçudur, Azərbaycan xalqının qanını töküb. Amma Rusiya sülhməramlılarına onu Xankəndində divara dirəyib güllələmək əmri verilməyib. Verilsəydi, Araik və onun ətrafı indi “o dünyada” etdikləri cinayətlərə görə tonqalda yanardı. Amma demirəm ki, onlara Araik(və ya digər erməni cinayətkarları) öpmək kimi göstəriş də var. Əlbəttə ki, belə göstəriş də yoxdur. Rusiya sülhməramlıları hansısa tərəfi tutarsa, bu missiya alınmayacaq, daima gərginliklər olacaq. Bu isə daha çox Qarabağa və regiona qalıcı sülhün gəlməsində hələ də maraqlı olmayan Ermənistanın istəyinə uyğundur. Bu səbəbdən bizi Rusiya sülhməramlıları ilə üz-üzə gətirməyə hələ çox çalışacaqlar.
Rusiya sülhməramlılarının missiyasından kənara çıxdığı haqda çoxlu xəbərlər var. Ermənilərə ev tikməkdə kömək edirlər, həkimləri xəstələrinin yanına iynə vururlar, psixoloq qrupları Ermənistandan qayıtmış qaçqınlara “qorxma-qorxma” deyib dəstək verirlər. Bu gün isə Laçında konsert də veriblər. Ermənilər də rusların gözünə girmək, özlərini şirin göstərmək üçün ənənəvi yaltaqlıq xislətlərinə qaz veriblər. Küçədə xidmət edən əsgərlərə şirniyyat, isti yemək gətirirlər. Bir foto isə diqqətimi xüsusi çəkdi. Erməni məktəbli rusiyalı sülhməramlının ona verdiyi silahı elə onun özünə tuşlamışdı. Erməni millətinin əslində kimliyini göstərən simvolik şəkildir...
Bizim o narahatlığımız da var ki, birdən ermənilər rusları orada “bişirib” öz tərəflərinə çəkərlər, silahlanarlar, hətta ermənilər üçün “yeni ərazilər geri alarlar” və sair...Narahatlıq anlaşılandır, nə qədər ki, sülhməramlılar o həssas bölgədədirlər, narahatlığımız keçməyəcək də, qoy keçməsin də. Həmişə diqqət edək, baş verən prosesləri təhlil edək.
Təəssüf ki, bəzi siyasi korazehinzlərin, erməni dəyirmanına hələ də su daşıyanların insanlarımızda əsassız narahatlıq yaratmaq cəhdləri var. Azərbaycan Prezidentinin rəhbərliyi altında Ordumuz elə bir misilsiz uğur qazanıb ki, buna “sülhməramlılar gəldi, qələbəmiz yarımçıq qaldı”, “Rusiya Qarabağda hərbi baza yaradacaq” kimi iddialarla kölgə salmaq mümkün deyil. Prezident Əliyev həm də elə bir uğurlu siyasi kombinasiyalar, strategiya hazırlayıb ki, bunu heç bir kənar qüvvə poza bilməyəcək. Amma belə narahatlıqların, gərginliklərin, hətta təxribatların gələcəkdə də olması mümkündür.
Biz bir məsələni də unutmamalıyıq ki, Rusiyanın siyasi elitası-yəni ümumi götürsək, Kreml ilə ölkənin güc strukturları- generaliteti arasında müəyyən məsələrdə fikir ayrlığı, ziddiyyətlər olur. Rusiyanın Müdafiə Nazirliyinə Prezident Putinə çox yaxın bir şəxsin, hətta onun varisi olacağı deyilən Sergey Şoyqunun rəhbərlik etməsi hələ o demək deyil ki, bu strukturda baş verənlərə bütün detallarınadək nəzarət etmək mümkündür. 150 milyonluq Rusiyanın Müdafiə Nazirliyi nəhəng bir stukturdur. Baş Qərargah rəisi istisna olmaqla, Şoyqunun 11 müavini (biri də qadındır) var. Maraqlananlar internet seqmentindən baxa bilər: Qarabağdakı sülhməramlı missiyasının tərkibindəki texnikadan tutmuş, kommunikasiya, maliyyə, psixoloji yardım, həkim-sanitar mərkəzləri ən azı dörd nazir müavini tərəfindən kurasiya olunur. Yəni xəritədə edilən təxribatı dərhal Rusiya Prezidentinin və ya ordu rəhbərinin vicdanına yazmaq, hətta “gördünüz, biz deyirdik axı Rusiya...” kimi uzaqgedən nəticələr çıxarmaq mövzuya peşəkar yanaşma deyildi. Bəli, Rusiya ordusu bizim içərimizdədir, amma bunun Moskvanın regionda qələbəsi olub-olmadığını, maraqlarının müdafiəsinə necə xidmət edəcəyini hələ zaman göstərəcək. Unutmayaq ki, Rusiya cəmiyyəti Suriya bataqlığına görə hələ də Kremli ittiham edir. Rusiyanın əsgər anları da övladlarının başqa ölkələrdə ölmələrinə, terrorçuların hədəfinə çevrilməsini arzulamır.
Bəli, Qarabağ Suriya deyil, amma ruslarla nəfəs-nəfəsə dayanan ermənilərin heç də hamısı onları səmimi olaraq qucaqlamaq istəmir. Əksinə, onları arxadan vurmaq üçün fürsət də gözləyirlər...
Nazim Sabiroğlu
Musavat.com
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
