“Həkim dedi ki, övladın olmayacaq, ona görə ərimə dedim ki, get özünə ailə həyatı qur...”
Müsahibə22 dekabr 2020 21:56
Xalq artisti Səfurə İbrahimova ölümündən 3 həftə əvvəl son müsahibəsini Moderator.az-a vermişdi.
Aktrisanı rəhmətlə anırıq və müsahibəni oxucularımıza təqdim edirik.

- Səfurə xanım, 5 gün öncə evinizdə yıxılı vəziyyətdə tapılmısınız. Necə yıxıldığınız yadınızdadır?
- Xeyr, heç nə yadımda deyil. İlk dəfə deyil ki, mən yıxılıram, çox yıxılmışam. Bunun da bir səbəbi var. O da tək yaşamağımdır. Dərmanlarımı vaxtı-vaxtında içirdim, yəqin ki, sonuncu gün bir az gecikdirmişdim. Tək yaşasam da hər zaman qardaşım qızı Könül gəlib məni başa çıxır. Qonşum Təzəxan və həyat yoldaşı da dükan-bazarıma gedib gəlirlər. Atv də jurnalist var, Əli Novruzəliyev tez-tez zəng edir, səhhətimlə maraqlanır. O uşaq mənim evimin içidir. Haqqımda çox gözəl, sanballı verilişlər hazırlayıb. Hər yerdə məni hörmətlə qarşılayırlar. Yolda tamaşaçılarım görür, opüb-qucaqlayır. Amma qohumlarım mənə qarşı çox laqeyddir.
- Bu laqeydliyin səbəbi nədir?
- Bu haqda danışmaq istəmirəm. Mən uzun müddətdir onlarla əlaqə saxlamıram.
- Siz həqiqətən də səhnəmizin ən gözəl aktrisalarındansız..
- Mən istəməzdim ki, siz məni xəstə halımda görəsiz. İndi üzümə heç nə çəkməmişəm, bəzənməmişəm. Cavanlıqda çox gözəl olmuşam, gərək cavanlığın qədrini biləsən, itirməyəsən. Mən anadan elə gözəl doğulmuşam. Gözlərimi hər zaman xüsusi qeyd edirdilər.
- Maraqlıdır, Səfurə xanım səhnəmizdəki hansı aktrisaları gözəl hesab edir?
- İlk növbədə Həmidə Ömərovanı.. Elə çox istəyirəm onun xətrini. O bir aktrisa kimi səhnəmizə nümunədir. Mənim üçün də nümunədir. Təmiz adamdır. Danışığı da gözəldir, natiqdir. Eləsi var ki, danışığı pis gündədir (başlayır yamsılamağa və daha sonra gülür). Amma o tam başqadır. Mən onun hörmətini tuturam. Bundan başqa Xalidə Quliyevanı, Məlahət Abbasovanı çox istəyirəm. Xalidə elə bil Həsən Seyidbəylinin filmləri üçün yaranıb. Çox təbii aktrisadır. Məlahətə “Melişka” deyirəm.. Söz vermişəm ki, Türkiyəyə sənin yanına gələcəm. Hələ də getmək qismət olmayıb.
- Səfurə xanım, taleyinizdən razısınız?
- Bu mənim alın yazımdır. Demək ki, belə olmalı imiş və belə də oldu. Sənətimdə böyük uğurlar əldə etdim, amma şəxsi həyatımda yox. Həyat yoldaşımla öz istəyimlə ayrıldım. Çünki həkim mənə demişdi ki, övladın olmayacaq, sən sonsuzsan. Mən bunu özümə niyə dərd etməli idim ki? Yoldaşıma dedim ki, get evlən, qoy övladın olsun. O da Ukraynaya gedib, orada ailə həyatı qurdu. Hətta bir müddət keçəndən sonra yoldaşım öz oğlu ilə mənim yanıma gəlmişdi. Qara bir oğlan idi. Mən hamının balasına öz övladım kimi baxmışam. Demişəm ki, “can, qurban olaram sənə”.. Nə olsun ki, öz uşağım yoxdur?
- Kimin üçün darıxırsız?
- Nə yalan deyim..Darıxdığım insanlar olub.. Amma indi yoxdur. Gərək o insan o dərəcədə mənim sənətimi sevib, üzümün cizgilərini yadında saxlasın ki, onun üçün darıxım. Hamıya hörmət edib, hörmət görmüşəm.
- Bu qədər filmə çəkilmisiz, onlardan hansını daha çox sevirsiz?
- Mən heç birini ayırmamışam. Çalışmışam ki, filmlərimdə bacardığımı edim. Bundan artığını edə bilməmişəm, buna gücüm çatıb. Əgər rollarımı pis oynamışamsa tamaşaçılarım məni bağışlasın..
- Bu gün film təklifi gəlsə qəbul edərsiz?
- Xeyr, mən ağır xəstəyəm. Yıxılmamışdan əvvəl məni 3 rola dəvət etdilər. Birinin adı Məsmə, biri Lətifə, digərinin adı isə Zemfira idi. Bir də görürsən başım fırlanır, halım dəyişir. O qədər məni zəhərləyib teatrdan çıxardılar ki.. İndi bilmirəm mən rol oynaya bilərəm ya yox? Yalan deyərəm. İnsanları yarı yolda qoyaram.
- Siz həm də Azərbaycanın ilk bahar qızı kimi tarixə düşmüsüz. Bahar qızı olmaq təklifi kimdən gəldi?
- Teatrda məşqdən çıxırdım, bir də gördüm ki, rejissor qolumdan yapışdı ki, Səfurə gəl, gedirik. Heç “Hara gedirik?” deyə soruşmağa vaxt olmadı. Məni bahar qızı rolu üçün görüb bəyənmişdilər. Sözün düzü öncə bu rolu qəbul etmək istəmirdim, öz-özümə deyirdim ki, bəlkə bacarmadım?.. Mənə dedilər ki, ay qız sən teatrda rollar oynamısan, bu rolu bacarmayacaqsan? Yadımdadır, külək əsirdi, əynimdə ağ gəlinlik, başımda duvaq var idi. Qız qalasına çatanda gördüm ki, əllərində əsa tutan qoca kişi və qadınlar, uşaqlar hamısı mənə baxmağa gəliblər. İndi də yadıma düşəndə gözlərim dolur.
- Səfurə xanım, ən böyük arzunuz nədir?
- Bu saat mən çox ağır xəstəyəm. Mənim müalicəmlə məşğul olun, mən ayaq üstə durub, yeriyim. Bundan sonra nə qədər istəsəniz görüşüb müsahibə edək. Amma yetər ki, ayağa qalxım.
Oxşar xəbərlər
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
