1 yaşlı oğlum, 60 yaşlı direktor və Mətanət İsgəndərli – VƏTƏN
Bu yaxınlarda 1 yaşı tamam olan övladımın doğum gününü qeyd etmədim. Bilirsiniz niyə, çünki belə bir addım atsaydım, vicdan əzabı çəkərdim, ölüb yerə girərdim. Hər bir qapıya şəhid gəldiyi, övladlar atasız, analar balasız, gəlinlər ərsiz, qızlar qardaşsız, qardaşlar qardaşsız, atalar oğulsuz qaldığı bir vaxtda belə bir addımı atmaq üçün gərək azərbaycanlı olmayasan, damarında azərbaycanlı qanı axmasın.
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gəncin gözü yaşlı qalan azyaşlı körpələrinin görüntüsünə baxanda ürəklər parçalanır. Hələ tabutun qarşısında qol qaldırıb oynayan ananı, tabutun altına girən şəhid yoldaşını, atasının üzünü görməyən körpələri demirəm. Bütün bunları yaşamaq şərəfverici olsa da, ağırdır. Bu halda övladıma necə ad günü keçirdə bilərdim? Əlbəttə, mən bunu edə bilməzdim…
Qan tökərək torpaqlarımızı azad etdik. Əlbəttə, müharibə olan yerdə şəhid də verilməlidir, qan da tökülməlidir. Xoşbəxtlik onda olur ki, tökülən qan yerdə qalmır və sən qələbə çalırsan. Şükürlər olsun, bu günümüzə. Şəhidlərimizə Allah rəhmət eləsin!
Belə həssas dönəmdə hamımızın ürəyi cəbhə ilə döyündü. Günü bu gün də gözümüz yolda, qulağımız səsdədir. Hansısa xoş xəbərə də sevinəndə ürkək ceyran kimi ehtiyat edirik. Ki, birdən ətrafımızda şəhid ailəsinin üzvü olar. Əslində, Vətən yolunda şəhid olan hər bir igid ailə üzvümüzdən biridir. Onların övladları isə bizə əmanətdir. Nə qədər çalışsaq da, onlara olan borcumuzu isə ödəyə bilmərik.
Anaların, ataların, bacıların, gəlinlərin, övladların gözlərinin yaşının qurumadığı bir vaxtda şənlik qurmaq, məclis təşkil etmək, hələ bir qol qaldırıb oynamaq üçün gərək … (söz tapa bilmirəm.Ü.M) olasan. Amma təəssüf hissi ilə yazıram ki, bunu edən var. Özü də bilirsiniz kimdi? Böyüyən nəsilə təlim-tərbiyə verməli olan, ziyalı səviyyəsində durmalı olan, böyük bir pedaqoji kollektivə rəhbərlik edən məktəb direktoru. Ölkədə tətbiq olunan karantin rejimini, sosial məsafəni, tibbi maska taxmağın zəruri və vacibliyini bir kənara qoyaq. Hərçənd ki, hazırki dönəmdə məcburidir. Amma şəhidlərimizə görə, atasız qalan o körpə balalara görə, bu addımı atmaq yolverilməzdir. Bəlkə də, həmin məktəb direktoru üçün bu hal utancverici deyil. Görünür, onun ətrafında, qohumunda şəhid olan yoxdu deyə, özünə belə bir şənlik qurdurmağa ürəyi açılır. Qohumunda olmasa belə, şəhidlər hər birimizin qardaşıdır. Onlar bizə görə canlarını fəda etdi. Şənlik etməsi bir yana, hələ bir ora müğənni Mətanət İsgəndərlini də dəvət edib oxutdurur. O Mətanət ki, efirlərə çıxıb Vətəndən, millətdən yekə-yekə danışır, hələ bir şəhidlər üçün göz yaşı da tökür. Kimlərsə deyə bilər ki, neçə vaxtdır karantindi toyları, məclisləri yoxdu deyə, məcburdu. Amma yox, hər şey pulla ölçülmür. Hər şeyin vaxtı və zamanı var. Bunu edən sənət adamının sabah verəcəyi müsahibəsində şəhidlərə hörmətdən, Vətənə sevgidən danışmağa haqı yoxdur. Sadəcə ayıb olsun…
Ülvin Məhəmməd
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
6 fevral 2026 08:45
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
5 fevral 2026 14:16
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
