- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
Kralın arvadları və məşuqələri...cangüdən arvadınl
Maraqlı1 yanvar 2021 21:48

Kralın arvadları və məşuqələri: biri itinin qabından yemək yeyib, digəri ölümə məhkumlara yoldaşlıq edir
Tailand Monarxiya quruluşuna malik ölkədir. Burada idarəetmə forması konstitusiyalı monarxiyadır. Paytaxt Banqkok Asiyanın ən böyük şəhərlərindən biridir. Tailand çoxmillətli ölkə olub əhalisinin yarıdan çoxunu tai xalqları təşkil edir. Tailand ərazisində həmçinin laolar, çinlilər, vyetnamlılar, khmerlər və başqa xalqlar da yaşayır. Dini inanca görə, buddistlər ölkə əhalisinin 96 faizini təşkil edirlər. Ölkədə tai dili rəsmi dil kimi qəbul edilib. Əhalisinin sayı 67 milyondan çoxdur.
Tailand inkişaf etmiş aqrar-sənaye ölkəsidir. Zəngin təbii sərvətlərə malikdir. Lakin iqtisadi inkişafı xarici kapitaldan, xüsusilə də ABŞ və Yaponiyadan asılıdır.
Tayland yüksək ixrac potensialına malik ölkədir. İxrac məhsulları əsasən maşınqayırma və elektron avadanlıq komponentləri, kənd təsərrüfatı məhsulları və zərgərlikdir. Bu üç sahənin ÜDM-də payı 50%-dən çoxdur. Tailand dünyaya ixrac malları olaraq, tekstil və ayaqqabı, balıq məhsulları, düyü, rezin, zərgərlik məmulatları, avtomobil, kompüter və elektrik avadanlıqları satır.
Tailandın hazırkı 68 yaşlı kralı X Maha Vaciralonqkorn Rama dünyanın ən zəngin insanlarından biri kimi tanınır – onun sərvəti 66 milyard dollar həcmində qiymətləndirilir. Amma kralı dünyada var-dövləti yox, qalmaqallı şəxsi həyatı, əcaib vərdişləri və qərarları məşhurlaşdırıb.
Keçən əsrin ortalarından etibarən Tailandda monarx, əsasən formal xarakter daşıyır. Dövləti parlamentin formalaşdırdığı hökumət idarə edir. Buna baxmayaraq, tai xalqı krallarına sitayiş etmək kimi minilliklər boyu davam edən ənənəsini indi də qoruyub saxlayır. Hökmdarı tənqid etmək isə qanunla qadağandır, itaət göstərməyənləri, hətta xarici vətəndaşları belə, həbs cəzası gözləyir.
X Maha Vaciralonqkorn Rama səltənətə çıxdığı elə ilk dövrdən insanların rəğbətini qazana bilməyib və əsrlər boyu davam edən hörmət ənənəsi ondan yan keçib. Xalq kralın saray etiket qaydalarının bütün normalarını darmadağın edən qəribə hərəkərtlərini dövlətin nüfuzuna xələl gətirdiyini düşünür. O, hələ gənc şahzadəykən öz ölkəsinin sakinləri arasında deyil, dünyanın "sarı mətbuat”ında "sevimli fiqur”a çevrilmişdi.
Maha Vaciralonqkorn hələ vəliəhd şahzadə olduğu vaxtlarda "qadın ovçusu” kimi şöhrət tapmışdı. Hətta anası kraliça Sirikit utanaraq oğlu üçün "bir az Don Jaunlığı var” deyərmiş. Əslində isə məsələ belə idi: əgər şahzadə xoşuna gələn hansısa qıza on saniyədən artıq baxardısa, demək həmin qız tezliklə taxt-tac varisinin yataq otağına getməliydi.

1977-ci ildə Maha Vaciralonqkornu rəsmi olaraq evləndirmək qərarına gəlirlər. Həyat yoldaşı olaraq ona xalası qızı – şahzadə Mom Luanq Soamsavalini seçirlər. Gənc xanım ölkənin ən alicənab ailəsinin qızı olsa da, deyilənlərə görə, nə gözəlliyi, nə də zəkası ilə fərqlənirmiş. Şahzadə xəyanət etmədən üç il həyat yoldaşı ilə yaşasa da, sonradan məşuqələrindən biri – aktrisa Yuvadhida Polprasetlə yaşamağa başlayır. Birinci həyat yoldaşıyla isə rəsmən 1993-cü ildə boşanır və bir il sonra aktrisa ilə qanuni nikaha girir. Bu hadisə kral ailəsində böyük qalmaqala səbəb olur, eyni zamanda, xalq da Yuvadhidanı gələcək kraliça kimi görmək istəmir. Onda Maha Vaciralonqkornun atası kral IX Bhumibol Adulyadey parlamentə müraciət edərək, taxta varisliyin kişi xətti ilə ötürülməməsi üçün icazə istəyir. O, mirasını gəzəyən oğluna deyil, qızı şahzadə Mahu Çakriyə vermək qərarına gəlir. Amma parlament əsrlər boyu davam edən qaydaları pozmağa cürət etmir.
Marşal-pudel
Aktrisa Yuvadhida Polpraset Tailand şahzadəsinə beş övlad dünyaya gətirir. Bu müddət ərzində Maha Vaciralonqkorn əvvəlki vərdişindən qalmır və demək olar ki, hər gün xanımına xəyanət edir. Bundan qəzəblənən arvadı Yuvadhida intiqam almaq qərarına gəlir və vəliəhd şahzadəyə Tailandın aviasiya marşalı 60 yaşlı Anand Rotsamhanla xəyanət edir. Şahzadə çox tez bir zamanda bundan xəbər tutur və cavab olaraq amansız qisas planı qurur! O, Tailandın bütün qəzetlərinə Yuvadhidanın lüt fotosunu və xəyanət xəbərini göndərir. Həmçinin, eyni fotonun plakatlarını sarayboyu divarlara vurdurur.
Şahzadənin arvadı ilə adı qoşa çəkilən marşal işdən çıxarılır, bütün fəxri adlardan və mükafatlardan məhrum edilir. Maha Vaciralonqkorn hərbçini daha da alçaltmaq üçün ölkə aviasiyasının marşalı vəzifəsinə özünün pudel cinsli iti Fu-Funu təyin edir. İtə xüsusi kitel və çəkmə geyindirilir, zabitlərdən isə ona hərbi salam vermək tələb edilir. Sonralar Fu-Fu öldükdə şahzadə ölkədə 4 günlük matəm elan edir və iti üçün təmtəraqlı dəfn mərasimi təşkil edir.
Ölkədə biabır olunmuş Yuvadhida isə övladlarını da götürərək, İngiltərəyə qaçmalı olur.
Dəhşətli aqibət

Bu hadisədən sonra Tailandın kral və kraliçası rahat nəfəs alırlar. Eybi yox, şahzadə kef çəksə də, 200 min dollarlıq lyuks avtomobillərdə gəzsə də, kazinolarda milyonlar xərcləsə də, İtaliyadan xüsusi hərbi təyyarələrlərdə gətirilən pitsalar yesə də, əsas odur ki, taxt-tac varisi ləyaqətsiz qadınla evli deyil. Amma qocaların sevinci uzun çəkmir: 2001-ci ildə Maha Vaciralonqkorn üçüncü dəfə evlənir. Valideynlərinin qara bəxtindən, şahzadənin budəfəki seçimi kasıb kəndli qızı, keçmiş ofisiant Srirasmi Akharaphonqpriça olur.
Kral ailəsi dörd il bu nikahı gizli saxlayır və yalnız təzə arvad dünyaya oğul gətirdiyi zaman, könülsüz də olsa, bu nikahı rəsmi olaraq elan edirlər.
Gələcək varisi Dipanqhorn adlandırırlar, keçmiş ofisianta isə şahzadə Srirasmi titulu verilir. Amma bununla kəndli qızı "ağ günə” çıxmır. Əri onu daim döyür və rəsmi görüşlərə cins və topik geyindirib aparır. Bir gün isə KİV nümayəndələrinin əlinə hansısa yolla bir video düşür. Videoda əyninə açıq-saçıq alt paltarı geyinmiş Srirasmi Fu-Fu adlı həmin məşhur itə ad günü tortu yedirdir, özü isə itin qabından yeyərək ona "Ad günün mübarək!”,- deyə, oxuyur.
Nəhayət Maha Vaciralonqkorn bu arvadından da bezir. O, arvadının və onun kasıb ailəsinin kral xəzinəsinə dadandıqlarını və rüşvətxorluğa bulaşdıqlarını elan edir. Srirasminin valideynlərinə üç, qardaşlarına beş il həbs cəzası kəsilir. Şahzadə oğlunu həyat yoldaşından alır, özünü isə başını keçəl qıxdıraraq, sürgünə göndərir. Deyilənə görə, Srirasmini indinin öznə qədər ucqar bir yerdə daxmada yaşayır.
İki general
2016-cı ildə Tailand kralı IX Bhumibol Adulyadey Rama vəfat edir və artıq 64 yaşa çatmış Maha Vaçiralonqkorn X Rama adı ilə taxta çıxır. Amma tacqoyma mərasimi yalnız onun özünə məlum olan səbəbə görə üç il təxirə salınır.
O müddət ərzində yeni kral subaylığın dadını çıxarır.

Maha Vaciralonqkorn dördüncü dəfə 2019-cu ilin mayında – tacqoymadan bir neçə gün öncə evlənib. Onun növbəti həyat yoldaşı keçmişdə stüardessa, hazırda isə Maha Vaciralonqkorn şəsxi mühafizəsinin rəisi, general rütbəli 40 yaşlı Suthida Tidjay olur. Evlilikdən sonra o, "tanuinq” ("xanım”) titulunu alır. Toy mərasimində kralın yeni xanımını salamlamaq üçün küçəboyu 150 mindən çox insan düzülmüşdü.
Bir çoxları bununla da Mahanın coşğun sevgi dastanının sona çatdığını düşünsə də, bərk yanılır. Toydan bir neçə ay sonra kral yeni sevgilisi 35 yaşlı Sininat Vonqvadjirapakdinini ictimaiyyətə təqdim edərək, ölkəsini bir daha təəccübləndirir. Üstəlik general olan Sininata təxminən, bir əsrdir istifadə ediləməyən "alicənab kraliça-konsort” (rəsmi status almış məşuqə) titulu verilir.
Və bununla da təxmin edildiyi kimi, iki qadın arasında toqquşma baş verir.
Məşuqə Sininat kralın arvadı Suthida ilə möhkəm dalaşır və onun yerinə keçəciyini bildirir. Kralın bu münaqişədən kefi pozulur və sevgilisini bütün vəzifə, ad və mükafatlardan məhrum edərək gözdən salır.
Britaniyanın "The Daily Mail” qəzetinin yazdığına görə, məşuqə Sininatın kralın "əsas arvadı”na qarşı etdiyi hörmətsizlik üzündən ailəsinin evi dağıdılıb, özü isə bir il edam cəzası almışlarla bir həbsxanada saxlanılıb.
Amma məsələ bununla da bitmir. Kral yenə də sürpriz dolu bir addım atır. 2020-ci il sentyabrın əvvəlində kral sarayı sensasiyalı xəbər yayır: "Sininat Vonqvadjirapakdinin adına heç bir ləkə gəlməyib. Bundan sonra onun heç vaxt "konsort” kral titulundan, hərbi adlarından və mükafatlarından məhrum edilmədiyi bildirilir”.
Bu bəyanata əsasən, kral sevgilisini bağışlayıb və çox güman ki, o, yenidən saraya qaytarılacaq.
Gözəlçələrlə karantin - etiraz edən gənclər
Taxta çıxan Maha Vaciralonqkornun siyasi fəaliyyəti dövründə qanunvericiliyə etdiyi dəyişiklik poliqamiyanın bərpası olub.
Koronavirus pandemiyası dövründə o, iyirmi kənizi ilə Bavariyaya uçub. Otellər bağlı olsa da, hökumət istisna hal kimi zəngin müştərisi və müşayiətçilərinə bütöv bir mehmanxana ayırıb.
X Rama və kənizləri Alp meşələrində velosiped sürüb, istirahət ediblər. Daha sonra monarxın yarıçılpaq qızlarla fotoları yenidən gündəmə gəlib.
Tailand əhalisi kralın növbəti davranışlarından bərk qəzəblənib və ölkədə yenidən monarxiyada islahatların aparılması məsələsi aktuallaşıb. Son vaxtlar paytaxt Banqkokda xüsusilə gənclər bir neçə dəfə demokratik islahatlar tələbi, krala qarşı plakat və şüarlarla küçələrə axışıblar.
Mənbə: Modern.az
Oxşar xəbərlər
- Tarixin ən hazırcavab saray təlxəyi – Krala şillə vurdu, edamdan xilas oldu
11 mart 2025 16:08
- 16 arvadı, 104 oğlu, 144 nəvəsi var - Bir kəndi xatırladan ailəni necə idarə edir?
27 fevral 2025 00:30
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Tehranda rus səfirliyinə hücum zamanı məşhur şair və dramaturq Qriboyedov öldürülür
11 fevral 2024 22:06
- Stalinin ataları – osetin, yəhudi, rus, erməni...
11 fevral 2024 13:23
- Uşağın atasının kim olması vacib deyil, ər-arvadlar tez-tez dəyişir
3 fevral 2024 23:31
- Ermənilər qürüru -Bəşərin ilk fahişəsi, ilahə Anahidin heykəli İrəvana gətirilir
31 yanvar 2024 15:59
- Azərbaycanda vəzifəli şəxslərin arvadları da SEVGİLİ saxlayır - ŞOK açıqlama
28 iyun 2023 14:13
- Kralın qardaşı azyaşlını zorladı - ŞOK OLAY
25 dekabr 2022 14:41
- Britaniya himninin sözləri dəyişəcək
9 sentyabr 2022 07:50
Xəbər lenti
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
Video & Fotoqalereya
Video
Fotoqalereya