11 yanvar görüşü: "Azərbaycan lideri Moskvada qalib kimi diktə edəcək"
Siyasət6 yanvar 2021 10:00
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda Moskvada keçirilə bilər.
Virtualaz.org bildirir ki, bu barədə "İnferfaks”a diplomatik mənbədən məlumat verilib. "Rusiyada Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə üçtərəfli görüşü planlaşdırılır”, - diplomatik mənbə bildirib. Onun sözlərinə görə, sammit yeni il tətillərindən sonra baş tuta bilər, mümkün tarixlərdən biri - 11 yanvardır. "İnterfaks” bu informasiyanın rəsmi təsdiqinə malik deyil. Bu Qarabağ müharibəsinin başa çatmasından sonra İlham Əliyev və Nikol Paşinyanın ilk görüşü olacaq.
Nə rəsmi Bakı, nə İrəvan Moskvada belə bir görüşün baş tutacağı, yaxud gözləntisi haqda açıqlama verməyib. Eyni zamanda Kremldən də Əliyevlə Paşinyanın görüşünün olacağı haqda fikir bildirilməyib. Əslində informasiyanın təkzib olunmaması da maraq doğurur. Bu susqunluq Moskva görüşünün olacağı barədə müəyyən ehtimal yaradır.
Lakin hələlik mülahizələr səviyyəsində olan bu məlumatla bağlı yeni bir nüans yoxdur. Yeri gəlmişkən, bu barədə son olaraq xəbəri Ermənistanın Vatikanda keçmiş səfiri və Paşinyan hökumətinin sərt tənqidçilərindən biri Mikael Minasyan yayıb. O, keçmiş prezident Serj Sərkisyanın kürəkənidir. Ola bilsin ki, mühacirətdə olan sabiq səfir dezinformasiya yayıb. Çünki üçtərəfli bəyanat yeni imzalanıb, Ermənistanı acı məğlubiyyəti hələ dadmaqdadır, daxildə ictimai rəy Paşinyanın görüşə getməsini istəməz. Yəni bir sıra razılaşdırılmalı mövqe olsa da, prezidentlə baş nazirin belə tez görüşməsi real görünmür. Amma erməni mediası da görüş haqda yazıb.
"Hraparak” qəzeti xəbər verir ki, Moskvadan İrəvana nümayəndə heyəti gəlib və məqsəd 11 yanvar görüşünə hazırlıq aparmaqdır. Əgər görüş olacaqsa, bu, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra iki ölkə rəhbərinin ilk təması olacaq. Əliyev masaya qalib, Paşinyan məğlub tərəf kimi əyləşəcək və diktə edən də Azərbaycan Prezidenti olacaq. Erməni şərhçi Leon Sərkisyan da deyir ki, Azərbaycan lideri Moskvada qalib kimi diktə edəcək.
L.Sərkisyanın irəli sürdüyü iddialar diqqət çəkir: "Görüşün gündəliyi gizli olaraq qalır. Böyük ehtimalla Ermənistan Azərbaycanın hansısa böyük şərtini qəbul edəcək və bu informasiya gecəyarısı, insanların yatdığı vaxt erməni ictimaiyyətinə açıqlanacaq. Ermənistanın gündəmini yenə də İlham Əliyev müəyyən edəcək”.
Gözlənilən görüşə qədər Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlayacağı ehtimalı da böyükdür. Prezident Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edərkən "Monitorinq Mərkəzi yaxın 10 günə - maksimum iki həftəyə hazır olacaqdır”-deyə bildirmişdi. Bu, Moskvada Bakının əlini gücləndirəcək amil kimi vacibdir. Siyasi təhlilçilərin fikrincə, keçiriləcəyi iddia olunan görüşün gündəliyində bir sıra məsələlər ola bilər.
İlk növbədə sərhədlərin delimitasiyası: Kəlbəcər, Zəngilan, Qubadlı və Laçın istiqamətində proses başa çatmaq üzrədir və görüşə (əgər bu, doğrudursa) qədər tamamlanacaq. Mümkündür ki, tərəflər Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılmasını da müzakirə edəcək.
Naxçıvandan açılacaq iki dəhliz: Mehri və Azərbaycanın qərb rayonları ilə birləşəcək yol, Ermənistanla kommunikasiyanın açılması, Bakının təklif etdiyi, Ermənistanın da daxil olduğu "altılıq” platformasının qurulması və ümumilikdə münaqişənin həllindən sonra bölgənin taleyi müzakirə edilə bilər. Lakin bütün bunlar üçün həll edilməsi vacib olan bir məsələ var: Qarabağdakı erməni silahlıların bölgədən çıxarılması... Bölgədəki silahlı qruplaşmalar Paşinyana tabe olmaqdan imtina edir. Prezident də Akarla görüşdə bu haqda danışmışdı.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə "Yeni Müsavat”a bildirdi ki, görüş olacağı haqda onda məlumat yoxdur, hələlik Rusiya və erməni informasiya mənbələri bu xəbərləri yayırlar. Deputatın sözlərinə görə, Ermənistan üçtərəfli sazişə riayət etməlidir və bütün bəndlər öz əksini tapmalıdır. A.Mollazadə hesab edir ki, Ermənistanda müəyyən revanşist ideyalar onların özü üçün təhlükəlidir və İrəvan buna görə Rusiya və Azərbaycana cavab verməlidir: "Əgər belə bir görüş olacaqsa, Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan Ermənistanın imzaladığı kapitulyasiya sazişinə riayət edir, Ermənistanı da bəyanatın bütün bəndlərinə əməl etməyə çağırır. Lakin hələlik onların sazişdə əməl etmədikləri müəyyən məqamlar var. Məsələn, koridor açılmayıb, Qazağın 7 kəndi azad edilməyib, Qarabağdakı silahlı dəstələr tərk-silah edilməyib. Bu məsələlər həllini tapmalıdır”.
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər isə "Yeni Müsavat”a qeyd etdi ki, ümumiyyətlə, əvvəlcədən belə görüş olacağı haqda məlumat onda olub: "Çünki 9 noyabrda imzalanan üçtərəfli bəyanat siyasi bəyanatdır, orada çoxlu boşluqlar, qeyri-müyyənliklər var. Ona görə daha ətraflı sənəd hazırlanması üçün ciddi hüquqi addımlar atılmalıdır. Hazırda bu proses gizli aparılır, mətbuata qapalı olduğu üçün əlavə məlumat əldə edə bilmirik. Lakin Azərbaycan tərəf diqqətli olmalıdır, Rusiya çalışacaq ki, Qarabağda sülhməramlıların sayı artırılsın və onların səlahiyyət zonası genişləndirilsin. Azərbaycan buna imkan verməməlidir”.
S.Əkbərin sözlərinə görə, Azərbaycan, əksinə, rus qoşunlarının və ermənilərin olduğu öz ərazilərimizdə də suverenliyini bərpa etməlidir: "Separatçı rejimin tam tərk-silah edilməsinə nail olmalıdır, ərazilərin delimitasiyası reallaşdırılmalıdır və nəhayət, yurd-yuvasından didərgin düşən insanların öz torpaqlarına qayıdışına çalışmalıdır. Rusiya rəsmi şəkildə etiraf edir ki, beynəlxalq hüquqa əsasən həmin ərazilər bizimdir. Əgər bizimdirsə, sazişin sənədlərinin hüquqi əsasını biz hazırlamalıyıq”.
Oxşar xəbərlər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
1 may 2026 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- İlqar Əliyev həbsdə vəfat etdi
1 may 2026 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 2026 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 2026 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
Xəbər lenti
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
