Qarabağda erməniləşdirilən Azərbaycan xaçpərəstləri – Gizlədilən tarix
Asif Nərimanlı
Münaqişə başa çatdı və Qarabağda erməni icması Azərbaycan vətəndaşı olaraq yaşayacaqlar, əvvəllər olduğu kimi...
Bu yeni reallıq bir neçə dəfə gündəmə gələn tarixi sualı yenidən aktuallaşdırır: Qarabağın yerli əhalisi əslən etnik ermənidirmi, yoxsa?
3 il öncə "kavkazplus” saytında yayımlanan araşdırma bu suala, daha doğrusu, əkəriyyətin həqiqət bildiyi yalana aydınlıq gətirməyə imkan verir.
İlk diqqətçəkən fərq...
Qarabağ erməniləri həm zahirən, həm də mentalitet olaraq Ermənistanda yaşayan ermənilərdən fərqlənir və daha çox azərbaycanlılara bənzəyir. Bu bənzərlik tarixi yenidən vərəqləməyi vadar edir. Onlar əslində etnik olaraq kimdir?
Qarabağ sakinlərinin əksəriyyəti Qafqaz Albaniyasının qədim əhalisinin nəsilləridir. Bölgəyə İslam dini gələndə bir hissəsi bu dini qəbul edir, digərləri xristian olaraq qalır. Dini fərqlilik zamanla onları uzaqlaşdırır və xaçpərəstlər sonradan bölgəyə gələn ermənilərlə yaxınlaşır, onların dilini mənimsəyir.
Bəzi sübutlar...
1. Ermənistandakı ermənilər arasında yayılan genetik xəstəliklərə Qarabağdakı "ermənilər” arasında rast gəlinmir.
Bu xəstəlik ermənilərin bu ərazilərə köçdüyü Aralıq dənizinin şərq sahilləri (indiki Suriya, Livan əraziləri) və Balkan yarımadasının cənub hissəsi üçün tipikdir.
2. Qarabağda yaşamış etnosların ermənilərə heç bir aidiyyəti yoxdur. Bu etnoslar daha çox alban nəslindən gələn Dağlıq Dağıstanın xalqlarına yaxındır. Ermənilər bura gələndən sonra yerli tarixi və mədəniyyəti məhv edərək, ermənizmi yaydılar.
3. Qafqaz Albaniyasının dini cəhətdən də erməni kilsəsinə heç bir yaxınlığının olmaması digər sübutlardan biridir.
Azərbaycan xaçpərəstləri necə "erməni” oldu?
Qarabağın məbədlərində köhnə alban yazılarının ermənilər tərəfindən şüurlu şəkildə dəyişdirildiyinə dair bir çox fakt var. Ermənilər yazıların üzünü köçürür və "təmiz erməni” variantına çevirirdilər. Bununla belə alban xaçpərəstlər öz dillərini və etnik şüurlarını uzun müddət saxlayırdı. Hətta XVIII əsrdə bölgəyə gələn səyyahlar qeyd edirdilər ki, Qarabağdakı xaçpərəstlər dinlərinə görə ermənilərdən fərqlənirlər.
1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi və kilsənin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi. Beləliklə, yerli xaçpərəstlər də erməni kilsəsinə inananlar kimi təqdim olundu.
Ləğv olunan Alban katalikosu Eçmiədzin katalikosuna tabe edildi. Rusiya imperiyasında erməni kilsəsinə inananların hamısı, o cümlədən Qarabağın alban əhalisi erməni hesab olunurdu. Bundan sonra İrandan və Türkiyədən ermənilər kütləvi sürətdə Qarabağa köçü başladı. Buna rəğmən, yerli alban xalqının assimlyasiya edilməsi tamamilə mümkün olmadı. Çünki Qarabağa köçən ermənilərin əksəriyyəti tacirlər idi. Onlar ticarət-sələm şəbəkəsini yaratdılar və özlərini Qarabağın yerli əhalisindən üstün tuturdular, hətta onlarla nikaha belə daxil olmurdular. Qarabağ ilk köçən ermənilər sonradan Rusiya imperiyasının böyük şəhərlərinə getdilər. Erməni din adamlarının səylərinə baxmayaraq, Azərbaycan xaçpərəstləri öz tarixi yaddaşını saxlayırdı.
Və ermənilik burada yenidən işə düşür: terror və qətllər
Erməni keşişlər vəziyyəti dəyişmək üçün başqa fərqli üsullara əl atdı: Alban katalikosuna gəlmə erməniləri keşiş təyin etmək üçün hakimiyyət nümayəndələrini satın alırlar.
Ermənizm həm də siyasi xətt üzrə yayılırdı. Bu, "daşnaksütyun”un gəlişindən sonra xüsusilə gücləndi. Daşnaklar ilk növbədə əhali arasında erməni millətçiliyinin kök salmasına diqqət yetirirdi. Erməniləşməyə etiraz edən yerli əhali təqiblərə məruz qalır, terrorla üzləşirdi. Daşnaklara yardım etmək istəməyənlər qətlə yetirilirdi.
Qarabağ xaçpərəstləri terror və qətllərdən qaçmaq üçün gerçək kimliklərini gizlətməyə, "erməni kimi yaşamağa” məcbur oldu. Qarabağın işğal altında olduğu 30 ildə də etnik kimliyinin erməni olmadığını deyənlər ciddi təzyiqlərə məruz qalıb. Ermənistan son 30 ildə bu həqiqəti tamamilə unutdurmaq, bölgənin demoqrafik vəziyyətini dəyişdirmək üçün kütləvi köçürmə siyasəti apardı. Lakin bölgənin yerli əhalisi arasından başqa ölkələrə gedə bilənlərin bəziləri gerçək həqiqəti dilə gətirməkdən çəkinmirlər.
Ukraynada yaşayan Artur Ağacanov onlardan biridir. Artur illərdir Qarabağın yerli əhalisinin erməni olmadığı həqiqəti ilə bağlı aktiv mübarizə aparır.
Bir çox nüans da bu tarixi gerçəyə diqqəti artırır:
- Qarabağda yaşayanlarla Ermənistanda yaşayanların dil fərqi: hətta danışarkən çox vaxt bir-birini anlamadığı deyilir;
- Ermənistanda "Qarabağ ermənisi” yarlığının olması: bir çox erməni onları erməni hesab etmir, "ikinci növ” insan kimi yanaşır (44 günlük müharibədə Ermənistana gedənlərin üzləşdiyi münasibət bunu bir daha sübut etdi);
- Yerli mətbəxin və bir çox adət-ənənənin fərqli olması;
Hərçənd, indi Qarabağda erməni ilə etnik albanın kim olduğunu ayırd etmək çox çətindir. Ayırd edə bilməsək də bu tarixi bilməyimizdə fayda var...
Oxşar xəbərlər
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
Xəbər lenti
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
