“Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir
Siyasət16 yanvar 2021 16:33
Prezident İlham Əliyev "Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, "Azərlotereya” ASC Türkiyə Respublikasının "Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.
Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının "Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B.V.” şirkəti arasında "Azərlotereya” Açıq Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla bağlanmasını iki ay müddətində təmin edəcək. Həmçinin "Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar lotereyaların, idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma, malların (işlərin və ya xidmətlərin) satın alınması ilə bağlı dövlət satınalmaları, dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalması, o cümlədən borcalmanın yuxarı həddi, habelə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması sahələrində mövcud tələblərin və prosedurların sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə olunmalıdır.
İqtisadiyyat Nazirliyi isə müqavilə təsdiq edildikdən sonra "Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar Türkiyə Respublikasının "Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin edəcək.
Oxşar xəbərlər
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
4 yanvar 2026 11:45
- Azərbaycan Çindən səkkiz min tabut aldı
1 yanvar 2026 22:20
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
26 dekabr 2025 14:02
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
