Professor Vaqif Abdullayev yazır - İKİ QARDAŞ
Azərbaycan və Türkiyə eyni qanın, eyni döyünən ürəyin sahibidir, qan və can bağlılığı, eyni genetik kod iki dövlətin varlığındadır, mövcudluğudadır, ruhundadır. Azərbaycan və Türkiyənin zəngin tarixinin hər bir səhifəsində eyni qürurverici qardaşlıq genetikası vardır, minillikər tarixi olan hər qayasının, hər daşının üzərinə qardaşların hopmuş qanı vardır.
Hər bir azərbaycanlı Türkiyədə və dünyada yaşayan bütün türkləri özünün qardaşı hesab edir, özünün qanı-canı bilir. Hər iki ölkə kədərini özünün kədəri, sevincini sevinci hesab edir.
Prezident İlham Əliyevin çox dəqiq və möhtəşəm şəkildə ifadə etdiyi kimi “Türkiyənin uğuru Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.
Bu günlərdə Cənab Prezidentin Şuşaya səfəri zamanı iki qardaşın bağlılığını əks etdirən qürurverici bir epizod səfərə xüsusi rəngarənglik gətirdi. Yolun Xocalıdan keçən hissəində Bir Ananın İki Övladı olan Azərbaycan və Türkiyə Prezidentlərinin möhtəşəm portretləri və dövlətimizin başçısının “İki qardaş” ifadəsi hər kəsdə fərəh hissi doğurdu. Qarabağın hər kəndində, hər yurdun daşında, torpağında iki qardaşın ruhu, birgə ürək döyüntüsü vardır, Azərbaycan və Türkiyənin yan-yana dalğalanan bayrağı eyni bir məqsədin, məramın sancağıdır, birləşən qəlblərin şah damarlarıdır.
Türkiyə 44 günlük Vətən müharibəsinin hər saniyəsində, Qələbənin hər anında Azərbaycanın arxasında dayandı, mənəvi dəstək oldu, Zəfər Paradında qardaşının sevincini bir yaşadı.
Bu gün Şuşa qalasında, Gövhər Ağa Məscidində, Cıdır düzündə, Qarabağın hər uca zirvəsində Azərbaycan və Türkiyənin qoşa qanadı olan bayraqları ayrılmaz qardaşlığın simvolu kimi dünyaya möhtəşəm göstəri nümunəsidir.
Hər kəsin xatirindədir, Azərbaycan və Türkiyə 2020-ci ilin avqust ayında Naxçıvanda genişmiqyaslı hərbi təlimlər keçirmişdi və bu hadisə bütün dünyaya səs salmışdı. Ermənistan həmin günlərdə qorxu və təlaş içində təlimlərdən müharibə “iyi gəldiyini” çar çəkir, sanki bu odsaçan təlimlərin başına bəla olacağından qorxurdu. Atalarımızın müdrik bir sözü var, ürəyinə daman, başına gələr. Türkiyə ilə birgə hərbi təlimlərdə Polad kimi bərkiyən, Bütövləşən, mətinləşən, ən müasir döyüş taktikasını mənimsəyən, gücünə güc qatan Azərbaycan Ordusu sentyabrda düşmənin təxribatına Dəmir Yumruqla cavab verərək ərazilərimizi işğaldan azat etdi, erməniləri təslim sazişi imzalamasına məcbur etdi.
Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi Türkiyə çətin zamanda, sınaqda Azərbaycanın yanında olduğu kimi, şad və sevincli günündə də yanındadır. Bu gün Qarabağda dağ vüqarlı türk oğlu minalanmış əraziləri təmizləyir, Qarabağda sülhə nəzarət etmək üçün Türkiyə hərbçisi yola düşməyə hazırlaşır. Türkiyə Qarabağ savaşı başlayanda Azərbaycanın yanında olduğu kimi gec-tez işağldan azad edilmiş torpaqlarımzıda da Azərbaycan əsgəri ilə çiyin-çiyinə dayanacaq.
Və Azərbaycan və Türkiyə 2021-ci ilin ilk yeni hərbi təlimlərə strat verdi, Azərbaycanın nər oğulları Qarsdadırlar. Ermənistanla sərhəddin bir addımlığında iki qardaş çiyin-çiyinə Türkün Gücünü nümayiş etdirəcək. Bu, erməni separatizminə, faşist-daşnak ideoloqlarına və onların tör-töküntülərinə bir iltimatum deməkdir. Azərbaycanın humanist addımlarını, sülh və bölgə xalqları arasında yaxın münasibətlər qurmaq təşəbbüslərini anlamayan ermənilər axmaq fikirlərindən daşınmalı, ağıllarını bir yerə yığmalıdırlar. Ermənistanda yeni müharibə çağırışları edən daşnaklar başa düşməlidirlər ki, Dəmir Yumruq bundan sonra daha da möhkəmlənəcək, daha ağır olacaq. Türkiyə ilə təlimlərdən
Yenilməz Güc alan Azərbaycan hərbçiləri darmadağın olmuş Ermənistan ordusunun son qalıqlarını birdəfəlik yox edəcək.
Ermənistan regionun siyasi xəritəsinə diqqətlə nəzər salaraq yaradılan yeni reallıqlarla barışmalı, Rusiya, Azərbaycan və Türkiyənin iştirakı ilə bölgədə möhkəm sülh tədbirlərini, əməldaşlıq, iqtisadi-nəqliyyat imkanlarını və verilən müsbətyönümlü şansları qiymətləndirməldir. Dalandan çıxmaq üçün işıqlı Yola barmaq tıxamamalıdır, nicat yolunun Türkə olan düşmənçiliyinin torpağa kömülməli olduğunu soyuq başla qəbul etməlidir.
XXI əsr Türk əsridir, əsrin 21-ci ili isə Türkiyə-Azərbaycan sarsılmaz qardaşlığının daha da güclənəcəyi, yeni mühüm hadisələrə, səssalan layihələrə, bölgədə əməkdaşlığa töhfə verən uğurlara imza atacağı tarixi bir dövrdür. Bu tarixi fürsəti heç bir qonşu ölkə əldən qaçırmamalıdır, faydalanmağa çalışmalıdır, bu, onların hər birinin sabit və firavan gələcəyi üçün dayanıqlı və davamlı zəmanətdir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 2026 20:42
- Vaqif Səmədoğlunun xanımı: Mən istəmədim ki, övladımız olsun
28 yanvar 2026 13:01
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 2026 21:18
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
4 yanvar 2026 11:45
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
