Gömrük Komitəsinin əməkdaşı Səfər Mehdiyevi nədə ittiham edir?
Bir müddət əvvəl həbs olunan və Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə ittiham olunan Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı İmanov Natiq Tofiq oğlu komitə sədri və digər dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlayıb.
JAMAZ.İNFO xəbər verir ki, hazırda Pentensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən tərəfindən sözügedən şəxs özünü təqsirli bilmir və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin onu “tələyə” saldığını iddia edir.
Natiq İmanov yazır ki, indiyə qədər Dövlət Gömrük Komitəsinə ünvanladığı müraciətlərinin hamısına şablon cavablar verilib. Onun sözlərinə görə, ötən müraciətində DGK-nın cavab məktubunun məzmununun hüquqi cəhətdən reallığı əks etdirmədiyi və məzmunda qeyd olunan bəzi məsələlərin həlli ilə bağlı ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən isə xitam verildiyi tərəfindən bildirilib. “Buna baxmayaraq DGK tərəfindən Prokurorluğun mövqeyinə zidd olan məlumatın çəkinmədən yenidən cavab olaraq göndərməsi, müraciətimdə əks olunmuş gömrük əməkdaşlarının qanunazidd əməllərinə heç bir münasibət bildirməsi mənə qarşı olan qərəzliyin davam etdirilməsinin açıq-aşkar ifadəsidir”.
O qeyd edib ki, Daxili Təhlükəsizlik İdarəsinin ondan aldığı 11 sentyabr 2018-ci il tarixli izahat idarə əməkdaşlarının diktəsi ilə xidməti asılılıq zəminində yazılıb. “Bundan əlavə Daxili Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən məndən izahat alınarkən heç bir vəkillə təmin olunmadığım səbəbindən qeyd olunmaması sənədin cinayət prosesində istifadə olunması həm milli qanunvericiliklə, həm də beynəlxalq hüquqla qanuna ziddir”.
Nnatiq İmanov yazır ki, DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin məndən aldığı xidməti izahatda onun “rüşvət alma” cinayət əməli ilə ittiham olunmağı üçün heç bir əsas yoxdur. “Bu izahatda və cinayət təqibinin digər mərhələlərində də verdiyim ifadələrdə də bildirmişəm ki, maddi sıxıntım ilə əlaqədar iş yoldaşıma yalan vəd verərək vəsait əldə etməyə çalışmış, lakin onun da maddi durumu yaxşı olmadığı üçün baş tutmamışdır. Sonradan, hadisədən 1 ay sonra gömrük əməkdaşı Əhmədov Rəfailin qanunsuz olaraq korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, cinayət törədilməsinə məsləhətləri, göstərişləri, məlumatları ilə yardım etməsi və cinayət törədilməsinə məsləhətləri, göstərişləri, məlumatları ilə yardım etməsi və cinayət törədilməsinə alətlər verməsi, ələ alma və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq etməsi onun səlahiyyətlərində olmamış, həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququn normalarını pozaraq cinayət məsuliyyəti yaratmışdır”.
Həbs olunan şəxs qeyd edir ki, Dövlət Gömrük Komitəsinin onun rüşvət alma cinayət əməli ilə ittiham olunmağı üçün atdığı qanuna zidd addımlar barədə kifayət qədər faktlar mövcuddur.”Zeynalov Mansurun, guya, mənim gömrük orqanı əməkdaşlarından 200 manat məbləğində pul vəsaiti almasını bildirməsini, Zeylanov Mansurun guya könüllü olaraq Komitənin inzibati binasına gələrək hadisə barədə məlumat verməsini əks etdirən, yalan məlumatlarla dolu Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovunun sizə ünvanladığı 11.09.2018-ci il tarixli 34/13/0256 nömrəli raportunu oxumaq kifayət edir ki, iş necə saxta təşkil olunub”.
O deyir ki, Z.Mansur 12 sentyabr tarixli 232 №-li şahidi dindirmə protokolunda bildirib ki, “Natiq İmanovun təqaüdə çıxan digər gömrük işçilərindən 200 manat olmaqla pul almasından məlumatım yoxdur”. “Halbuki, Z.Mansur dindirmə protokolunda bildirmişdir ki, “Rəfael Əhmədov mənimlə əlaqə saxladı və idarə rəisi Məsum Rəsulovun mənimlə danışmaq istədiyini bildirdi. Məsum mənə dedi ki, Natiq İmanovdan alınmış 2500 manat pulu rüşvət kimi almasını Natiq etiraf etmişdir”.
Gömrük Komitəsinin keçmiş əməkdaşı komitə sədri Səfər Mehdiyevə müraciətində vurğulayır ki, qeyd olunan ifadələr komitə sədrinə ünvanlanmış raportun reallığı əks elətdirmədiyini, qərəzli olduğunu və onun sırf “rüşvət alma” cinayət əməli ilə ittiham olunmağı üçün hazırlandığını açıq-aşkar təsdiq edir. “Bundan əvvəlki müraciətimdə gömrük əməkdaşlarının yuxarıda qeyd olunan və digər qanunazidd əməlləri, qərəzli şəkildə hazırlanmış sənədlər barədə məlumat verməyimə baxmayaraq, qeyd olunmuş məsələlərə bağlı heç bir aydınlıq gətirilmədən, heç bir araşdırma aparılmadan eyni məzmunlu cavab göndərilməsi məsuliyyətdə yayınma məqsədi daşınmışdır”.
Natiq İmanov sual edir ki, qanunsuz əməllər törətmiş və qərəzli sənədlər hazırlamağa “səlahiyyəti olan” DGK-nın Əməliyyat-İstintaq İdarə rəisi indi onun qanunvericiliyə və məhkəmə sənədlərinə istinadən göndərilmiş müraciətimin araşdırılmasından niyə boyun qaçırır? “Niyə görə DGK-nın struktur bölmələrinin hazırladığı sənədlərin araşdırılması, onlarla bağlı münasibət bildirməsi Komitənin səlahiyyəti xaricində münasibət bildirməsi Komitənin səlahiyyəti xaricində olmalıdır. Belə olan təqdirdə heç bir şikayət, heç bir məlumat olmadan hadisə ilə bağlı qərəzli şəkildə hazırlanmış sənədləri hüquqi qiymət verilməsi üçün Prokurorluğuna göndərən Dövlət Gömrük Komitəsi indi əsaslandırılmış faktlar əks olunmuş müraciətimi araşdırılması üçün səlahiyyətli orqanlara göndərməkdən niyə boyun qaçırır!
Yoxsa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin və respublikamızın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin müddəaları digər gömrük orqanı əməkdaşlarına şamil deyildir?”
Şikayətçi daha sonra bildirir ki, Dövlət Gömrük Komitəsi ölkə Prezidentinin siyasətinə uyğun fəaliyyət göstərirsə, qoy, şikayətdə qeyd olunan gömrük əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı faktların səlahiyyətli orqanlara göndərilməsini, qərəzli şəkildə hazırlanmış sənədlərə aydınlıq gətirilməsini təmin etsin. “DGK-nın struktur bölmələri tərəfindən hazırlanmış sənədlər və gömrük əməkdaşlarının etdiyi qərəzli və qanunazidd əməllər ibtidai istintaqı çaşdıraraq, hüquqlarımın kobud şəkildə pozulmasına, 12 illik qüsursuz karyeramın ləkələnməsinə, ailəmin, xüsusilə də azyaşlı övladlarımın acınacaqlı həyat şəraitində səbəb olmuşdur. Fəhlə ailəsindən çıxdığım, xidmətdə himayədarım “arxam” olmadığı üçün məruz qaldığım qərəzli hərəkətlərin məqsədi öz səyimlə, bacarığımla layiq görüldüyüm yeni vəzifədən kənarlaşdırmaq, ictimaiyyəti çaşdıraraq guya yaxalandığı təsəvvürünü yaratmaq məqsədi güdüb. Halbuki, gömrük orqanlarında korrupsiya halları ilə əlaqəsi olan kifayət qədər yüksək rütbəli və yüksək vəzifəli şəxslər vardır. Qeyd olunan faktlarla bağlı üzvü olduğum komissiyanın audit yoxlamaları zamanı şəxsən özüm arayış hazırlayaq Komitə rəhbərliyinə təqdim etmişəm. Buna baxmayaraq təəssüflər olsun ki, o şəxslərlə bağlı heç bir tədbir görülməmişdir. Əvəzində mən gömrük orqanlarında baş vermiş nöqsanları aşkara çıxarmağımı sərf etməyən şəxslərin qərəzli mövqeyi nəticəsində işimdən kənarlaşdıraraq həbs olundum”.
Natiq İmanov müraciətində qeyd edir: “Necə olur ki, övladlarını 100 metrlik məsafədə yerləşən məktəbə bahalı xarici avtomobildə gətirən Əhmədov Rəfailin qanunazidd əməllərinə əhəmiyyət verilmir, lakin övladlarını kirayə mənzildən VAZ 2107 markalı avtomobillərlə məktəbə gətirən İmanov Natiqin kolleqal münasibətlər zəminində, təhrikçiliklə baş vermiş hadisəsi şişirdilərək rüşvət alma cinayəti həddinə çatıdırılmışdır?!”
Şikayətçi sonda bildirib ki, qeyd olunmuş hüquq pozuntularını ictimailəşdirərək, günahsızlığının sübut olunması üçün sona qədər əlindən gələni edəcək.
Dövlət Gömrük Komitəsinin də mövqeyini dərc etməyə hazırıq.
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
1 may 2024 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
1 may 2024 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
1 may 2024 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
1 may 2024 15:24
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33