Bu gecə Tehranda nə baş verib? -Türkiyyə təyyarəsi Bakıya döndü..
Maqazin30 yanvar 2021 09:34

Yanvarın 29-dan 30-na keçən gecə İranın paytaxtında hava hücumuna qarşı həyəcan siqnalı işə düşüb.
Həyəcan siqnalının səsi Tehranın qərb hissəsində eşidilib, sosial şəbəkə istifadəçiləri həmin anlara dair kadrları yayıblar. Tehran sakinləri son 30 ildə belə hadisənin baş vermədiyini deyirlər.
Daha sonra Tehran əyalətinin rəhbərliyi həyəcan siqnalının işə düşməsinin səbəbini "təşkilatlardan birinin sistemində baş vermiş xəta” olduğunu bildirib. Həyacan siqnalı dayanıb, amma onun işə düşməsinin səbəbləri ilə bağlı müxtəlif məlumatlar hələ də yayılmaqdadır.
Tehranda həyəcan siqnalının işə düşdüyü dəqiqələrdə Türkiyənin "Turkish Airlines” hava yolları şirkətinin İstanbuldan Tehrana uçan TK874 bort nişanlı sərnişin təyyarəsi kursu dəyişib və Bakıya istiqamət alıb. Təyyarə yerli vaxtla saat 00.05-də Tehrana enməliydi, amma şəhərin üstündə bir neçə dövrə vurduqdan sonra kursu dəyişib və Heydər Əliyev Bakı Beynəlxalq Aerportuna enib.
Tehranın İmam Xomeyni adına Beynəlxalq Aeroportunun rəsmisi Farşid Hüseyni İSNA agentliyinə bildirib ki, "əlverişsiz hava şərtlərinə görə”, "Turkish Airlines” şirkətinin təyyarəsinin pilotu aerporta enməməyi qərara alıb. Təyyarə Bakıya uçub və hava şərtləri normallaşan kimi yenidən Tehrana uçacaq.
Lakin təyyarənin kursunu dəyişməsinin əslində Tehranda hava hücumundan müdafiə sisteminin həyacan siqnalının işə düşməsi ilə əlaqəli olduğu ehtimal edilir. İran KİV-ləri həyacan siqnalının işə düşdüyü dəqiqələrdə Tehran aeroportu rayonuna elektrik enerjisi təchizatının dayandığını, uçuşların təxirə salındığını xəbər verirdi.
Həmin dəqiqələrdə aviareysləri monitorinq edən internet saytları Tehran üzərində bütün aviauçuşların dayandığını qeydə alıb. Bu, son 30 ildə ilk dəfə qeydə alınır. Bəzi ehtimallara görə İranın hava hücumundan müdafiə sisteminə kiberhücum həyata keçirilib və sistem işə salınıb. Habelə GPS sisteminin də işinin pozulduğu bildirilirdi.
Virtualaz.org
Oxşar xəbərlər
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 2025 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 2025 10:11
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 2025 23:03
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 2025 19:38
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 2025 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 2025 14:48
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 2025 02:41
- BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
12 sentyabr 2025 22:47
- Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLDİ
12 sentyabr 2025 15:11
Xəbər lenti
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 10:11
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 09:53
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 11:16
- Serbiyada etirazların təşkilinə 4 milyard dollar sərf olunub – Vuçiç
13 sentyabr 10:12
- Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi
13 sentyabr 10:01
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 09:43
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41
- Rusiyada yumurta böhranı...
13 sentyabr 00:31
- BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
12 sentyabr 22:47
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 21:54
- Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLDİ
12 sentyabr 15:11
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 13:30
- AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı
12 sentyabr 13:17
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 11:03
Video & Fotoqalereya
Video
Fotoqalereya