Erməni Araikin azərbaycanlı sinif yoldaşının - Müsahibəsi
Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Araik Arutyunuyanın sinif yoldaşı olan xanım müsahibə verib. Xanım adının və fotosunun yayımlanmasını istəməyib.
NUH.az kulis.az-a istinadən sözügedən müsahibəni təqdim edir:
- Arik Arutyunuyanla sinif yoldaşı olduğunuz haqqında məlumat əldə etdik. Bu, doğrudurmu?
- Bəli. Doğrudur. Mən Xankəndidə fəaliyyət göstərən 10 nömrəli rus məktəbində Araiklə bir neçə sinfi bir yerdə oxumuşam.
- Siz oralısınız?
- Yox. Atam institutda müəllim işləyirdi, ona görə bir müddət orada yaşadıq.
- Bu hansı illər idi?
- 1980-ci ildə birinci sinfə getmişəm. Araiklə 3-4-cü sinifləri bir yerdə oxumuşuq. Demək, söhbət 1983-1984-cü illərdən gedir.
- Mənə göndərdiyiniz foto da təbii ki, o illərə aiddir.
- Bəli. Birinci fotoda Araikin başının üstünə işarə qoymuşam. İkincidə onu tanıya bilmirəm. Həm şəkil bir az qaranlıqdır, həm də uzun illər keçib. Amma mütləq ordadır. Araik boz bir uşaq idi. Xüsusi seçilən heç nəyi yox idi. Nə oxumağı, nə xarici görünüşü...
.jpg)
- İkinci fotodakı qadınlar kimdir?
- Qara geyimli sinif rəhbərimiz Areqa Levonovnadır. O birisinin adı, deyəsən, Venera idi. Soyadını unutmuşam.
.jpg)
- Başqa nələri xatırlayırsınız...
- Ermənilər o vaxtdan şovinist idilər. Bu xasiyyətləri uşaqlarına da sirayət eləmişdi. Eləcə də Araikə. Hətta bunun üstündə Araiki bir dəfə möhkəm çırpmışam (gülür).
- Necə?
- Mənə “Tork! Tork” deyirdi bütün günü. Həm də aşağılayaraq, incidərək söyləyirdi. İt qurusu bir oğlan idi. Cılız. Əfəl. Mən də yekəpər, davakar qız idim. Bir gün kitabla düşdüm bunun üstünə. Harasına gəldi ilişdirdim. Bir də baxdım, ağzının-burnunun qanı bir yerə qarışıb. Ağladı. Qaçdı evə. Anası onu götürüb müəllimlər otağına gəldi. Mənim atam da gəldi. Bizi də çağırdılar. Araikin anası məktəb direktoru ilə dirəşmişdi ki, məni məktəbdən qovsun. Atam da elə-belə adam deyildi. Dalaşmağımızın səbəbini öyrənən kimi bunlara necə cavab verdisə, dillərini qarınlarına soxdular.
- Sizi də danışdırdılar?
- Danışdırdılar, sonra koridora çıxartdılar. Dedilər, nə danışdığınızı xatırlayırsız? Niyə vurdun Araiki? Dedim, mənə “Tork” dedi. Dedilər, Araik, ona elə demisən? Dedi, ha, asalım... (gülür)
- Nə deməkdir?
- Ermənicə, hə, demişəm, deməkdir. Tapşırdılar ki, bir də elə demə. Amma bundan sonra da dinc durmurdum. Sinifdə iki azərbaycanlı idik, qalanı erməni idi. Görünür, bizə kin-küdurətlərini uşaq hissiyyatımla hiss eləmişdim. Ona görə, gündə biri ilə dalaşırdım. Atam vəziyyəti belə görəndə məni 4 nömrəli Azərbaycan məktəbinə dəyişdi.
- Bununla da erməni uşaqlarla, o cümlədən Araiklə əlaqəniz kəsildi.
- Kəsildi. Amma... (Duruxur)
- Amma nə?
- Sizə bir sirr açmaq istəyirəm.
- Buyurun.
- Mən sosial şəbəkələrdə lap erkən dövrlərdən aktiv olmuşam. Hələ söhbət “odnaklassik”in populyar vaxtlarından gedir. Orda maraq üçün məktəbimizi və sinif yoldaşlarımızı axtarışa verdim, hamısı orda idi. Mən onları izlədiyimi bildirmirdim. Onlar orta məktəb illərindən yazır, məni də xatırlayırdılar. Allahüçünə, pis heç nə yazmırdılar. Bir gün mənim də olduğum fotonu paylaşdılar. Mən də bu fotonu öz səhifəmdə paylaşdım. Onda bildilər ki, izləyirəm bunları. Səhər durdum, gördüm, hamısı dostluq atıb. Yaxın bir adamımla məsləhətləşdim. Dedi, problem deyil, dostluqlarını qəbul elə, amma ünsiyyətə girmə, heç bir reaksiya vermə, sadəcə izlə gör nə edirlər. Biri Fransada, biri Kanadada, biri Rusiyada, mənə sevgi dolu sözlər yazır, olduqları yerə qonaq dəvət edirlər. Bəziləri Ermənistana getmiş, bəziləri Xankəndidə qalmışdı.
- Araik də orda idi?
- Orda idi. Hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı, harda yaşadığımı, nə iş gördüyümü soruşdu. Cavab vermədim. Sonra mənə yazdı ki, hər şey bizim üçün yaxşı olacaq, sizin üçün bilmirəm. Elə buna görə hamısını bloka atdım.
- Nəyi nəzərdə tuturmuş səncə?
- Yəqin orda qondarma rəhbər olacağını...
- Onda hələ olmamışdı?
- Yox.
- İndi elə bir ünsiyyət imkanınız olsa nə deyərdiniz?
- Onların beyni zəhərlənib. Nəsə deməyin xeyri yoxdur. Adam anormaldırsa, ona nə deyəsən?
- Hər halda, qələbədən sonra deyəcək bir sözün olardı...
- Olmaz olurmu? (Gülür) Eynən bu cür deyərdim: “Nə oldu, Araik?” Mənim sənə elədiklərimi indi ordumuz sizin cinayətkarlara qarşı elədi, gördünmü? Qanınız tökülməyincə ağlınız başınıza gəlmir.
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 2026 17:48
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
