Əjdər Ol həbs olundu
Hadisə9 fevral 2021 00:38

Keçmiş aparat rəhbəri vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət almaqda təqsirləndirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olmuş Əjdər Cəbiyev həbs olunub.
Fevralın 6-da Səbail Rayon Məhkəməsində onun barəsində qərar verilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Əjdər Ol” təxəllüsüylə tanınan şair-publisist Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb olunub.
O, keçmiş nazir Səlim Müslümovla eyni cinayət işi üzrə təqsirləndirilir. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittihamlar irəli sürülüb.
Məhkəmənin qərarıyla Ə.Cəbiyev barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Həm o, həm də S.Müslümov DTX-nın istintaq təcridxanasında saxlanılır.
Ə.Cəbiyevin ailə üzvləri də onun tutulduğunu təsdiqləyib. Qardaşı Şahəli Cəbiyev "kulis.az”a bildirib ki, Ə.Cəbiyev fevralın 5-də saxlanılıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, S.Müslümov nazir olduğu dövrdə onun rəhbərliyi altında çalışmış bir sıra idarə və şöbə rəisləri də istintaqa cəlb olunaraq dindirilib.
İstintaq şəhid ailələri, əlillər üçün evlərin tikintisi, avtomobillərin paylanması və s. məqsədlərlə büdcədən ayrılmış vəsaitlərin necə xərcləndiyini araşdırır.
Araşdırmalar zamanı yeyinti halları aşkarlanarsa, keçmiş nazir və bu iş üzrə digər təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə də ittiham iürəli sürülməsi istisna olunmur.
Keçmiş nazir və Aparat rəhbərinə hazırda verilmiş ittihamlarda 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Oxşar xəbərlər
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
3 iyul 2025 01:15
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 13:52
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
1 iyul 2025 20:38
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
1 iyul 2025 11:36
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
1 iyul 2025 10:48
- Ruslar Ukraynaya qarşı döyüşmək istəmirlər – daha bir hərbi çağırış məntəqəsində yanğın...
30 iyun 2025 11:20
- Guya polisi görəndə qardaşlarımın ürəyi dayanıb - VİDEO
30 iyun 2025 01:04
- İran rəhbərliyindən yaralı erməniyə xüsusi dəqqət
30 iyun 2025 00:40
- Qadın əsgərlər: hansı ölkələrdə xidmət məcburidir, hansı ölkələrdə könüllü?
29 iyun 2025 22:08
- Yekaterinburqda məhkəməsi başlayan Məzahir Səmədov: Xanımımdan muğayat olun
29 iyun 2025 16:44
Xəbər lenti
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
02 iyul 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
02 iyul 20:12
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
02 iyul 19:28
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
02 iyul 19:15
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
02 iyul 19:04
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
02 iyul 13:46
- Şavkat Mirziyoyev Bakıya gəldi
02 iyul 13:09
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
02 iyul 12:21
- Fasiləsiz 90 saat uça bilən quş - Bioloq açıqladı
02 iyul 11:31
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
02 iyul 10:46
- Azərbaycan Polisi 107 yaşında!
02 iyul 10:30
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
02 iyul 09:58
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
Video & Fotoqalereya
Video
Fotoqalereya