Etibar Pirverdiyevin həbsi...
Etibar Pirverdiyev 2018-ci il sentyabrın 4-də “Azərenerji” ASC-nin prezidenti vəzifəsindən azad edildi. Azərbaycanda ən çox müzakirə olunan oliqarx-məmurlardan biri kimi E.Pirverdiyev mütəmadi olaraq yerli medianın əsas manşetlərində görünürdü. 2018-ci il iyul ayının 3-də yarMingəçevir şəhərində yerləşən İstilik Elektrik stansiyasında (İES) baş verən partlayışdan sonra o, bu dəfə daha “fərqli” şəkildə görünməyə başladı. E.Pirverdiyev ölkədə ən yararsız kadrlardan biri kimi təkcə medianın deyil, ümumilikdə Azərbaycan cəmiyyətinin qəzəbinə tuş gəldi. Ölkədəki enerji böhranından sonra Prezident İlham Əliyev keçirdiyi müşavirədə “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevi bu cür danlamışdı: “Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz”.
Üstündən 2 ildən artıq bir vaxt keçib, E.Pirverdiyev vəzifədə olmasa da, biznesmen kimi öz işinin başındadır. Olsun! Amma məsələ bunda deyil. Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun işdən çıxarılmasından sonra ölkədə bir çox qaranlıq məqamlara aydınlıq gəlməkdədir. N.Sadıkovla E.Pirverdiyevin quda olması isə heç kəsə sirr deyil. Əsas mətləbə gələk.
Etibarlılığı şübhə doğurmayan mənbədən Azsiyasət.com saytına daxil olan məlumata görə, “Azərenerji” ASC-nin sabiq prezidenti E.Pirverdiyev yaxın günlərdə həbs ediləcək və hazırda onun həbsinə hazırlıq prosesi gedir. Mənbə bildirir ki, əgər E.Pirverdiyev həbs ediləcəksə, bu, onun təkcə “Azərenerji” ASC-də işlədiyi müddətdə həyata keçirdiyi korrupsiya əməliyyatlarına, digər qanunazidd əməllərinə görə olmayacaq.
Məlumdur ki, E.Pirverdiyev həm də keçmiş rabitə və informasiya naziri Əli Abbasovla qudadır. Azərbaycana iri ranqlı məmurların siyasi “nikah”a daxil olması adi haldır. Hakimiyyətdə öz mövqelərini gücləndirmək üçün bu “metod”dan istifadə edən xeyli sayda məmurlar var.
Etibar Pirverdiyev nə üçün həbs oluna bilər?
Sabiq nazir Səlim Müslümovun həbsindən sonra Etibar Pirverdiyevin həbs olunacağı ilə bağlı əldə olunan məlumat maraq doğurur. Deməli, növbə həm də sabiqlərə çatıb.
Mənbə bildirir ki, “Azərenerji” ASC-nin keçmiş prezidentinin həbsi iki səbəbdən reallaşacaq: Birincisi, onun hansısa xarici “kolon”la kifayət qədər ciddi əlaqələri var və E.Pirverdiyevi həmin xarici qüvvələrə “bağlayan” şəxs N.Sadıkov olub. Bildiyiniz kimi, N.Sadıkov 44 günlük Vətən Müharibəsi zamanı hərbi əməliyyatlardan tamamilə kənarda saxlanıldı, zərərsizləşdirildi, bir müddət sonra isə onun işdən çıxarılması ilə bağlı rəsmi məlumat yayıldı. N.Sadıkov müəmması hələ də davam edir, onun Rusiya ilə məxfi əlaqələrinin olması isə bu günə qədər də cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. E.Pirverdiyevlə N.Sadıkov arasındakı münasibətlər sırf qudalığa söykənibmi? Bax, əsas məsələ budur. İkincisi, E.Pirverdiyev müxtəlif üsuallarla dövlətdən mənimsədiyi pulları xaricə daşıyıb.
Bildirək ki, hələ E.Pirverdiyevin həyat yoldaşı Pərvanə Pirverdi Hacəmməd qızının xaricdə biznes şəbəkəsi qurması ilə bağlı məlumatlar yayılırdı. Bakının Ə.Naxçivani küçəsində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Pərvanə xanım Gürcüstanda fəaliyyət göstərən “ESKO” LTD şirkətinin 3 təsisçisindən biridir. Şirkət E.Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından təxminən 1 il əvvəl, yəni 2017-ci mayın 29-da Gürcüstan Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı Milli Agentliyində 404538434 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət Etibar Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından təxminən 1 il əvvəl, yəni 2017-ci mayın 29-da Gürcüstan Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı Milli Agentliyində 404538434 saylı lisenziya ilə qeydiyyatdan keçib.
Reyestr sənədlərində şirkətin Tiflisdə iki hüquqi ünvanı olduğu qeyd edilib: Tiflisin köhnə Tiflis məhəlləsindəki Leonidze küçəsi 2 və G.Tabidze 1/3 ünvanları. Şirkət hissələrinin 34 faizi Pərvanə Pirverdinin, 33 faizi Zöhrə Sultanova adlı digər Azərbaycan vətəndaşının, qalan 33 faizi isə Sulxan Papaşvili adlı Gürcüstan vətəndaşının adına rəsmiləşdirilib, icraçı direktoru Paata Zhgentidir.
Qeydiyyatdan bir neçə gün sonra şirkət “Gürcüstan Dövlət Energetika Sistemi” Səhmdar Cəmiyyətinin elan etdiyi 1.868.873 dollarlıq tenderə qatılır, lakin müraciət yeni yaradılan şirkətin yüksək risk ehtimalı nəzərə alınaraq rədd edilib.
Qeyd edək ki, Etibar Pirverdiyevin qızı Dünya Pirverdi də İngiltərədə bizneslə məşğuldur, 2017-ci ildə burada “JDE TRADING LIMITED”-i qeydiyyatdan keçirib. Dünya Pirverdi və hazırda Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan əri Eldar Abbasova məxsus “INFIPRO LIMITED”, “JDE CAPITAL LTD” şirkətləri 2018-ci ilin sonlarında qapadılıb.
E.Pirverdiyev Türkiyədə “Algima İnşaat” şirkətinin şəriklərindən biridir. Onun əsas şəriki isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçmiş direktoru Ayaz Orucovdur.
Son bir il ərzində Azərbaycanda həyata keçirilən həbslər göstərir ki, ölkədə korrpsioner məmurlara qarşı amansız mübarizəyə start verilib.
Mənbə qeyd edir ki, E.Pirverdiyevlə bağlı məsələ çox ciddidir, onun dövlətə vurduğu ziyanın məbləği yüz milyonlarla ölçülür. Ona görə də həbsi qaçılmazdır. Eyni zamanda, onun xarici ölkələrdəki siyasi əlaqələri ilə bağlı tükürpədən faktlar ortaya çıxıb.
Azsiyasət.com
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- BOZ kardinal-ın boz günü...
17 aprel 2026 11:21
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 2026 00:02
- Bundan sonra da savaş davam etdirilsə, ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…
8 aprel 2026 22:36
- Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur... - Buddadan hikmətli kəlamlar
8 aprel 2026 19:00
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
6 yanvar 2026 10:59
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
